Skip to content
22 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Kateqoriyasızlar
  • Nazim Eynallı: “20 Yanvar” Azərbaycan xalqının tarixinin həm faciəli səhifəsi, həm də qəhrəmanlıq səlnaməsidir
  • Kateqoriyasızlar

Nazim Eynallı: “20 Yanvar” Azərbaycan xalqının tarixinin həm faciəli səhifəsi, həm də qəhrəmanlıq səlnaməsidir

Cavidan 19 Yanvar, 2025
1737275985_ekran-kli-2025-01-19-123743

Nazim Eynallı

AAYDA 19 N-li Xüsusi Təyinatlı Yol İstismar MMC-nin Direktoru

Qanlı yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. Bəli, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Beləliklə, həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. 

Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq. 

20 Yanvar faciəsinin ertəsi günü o vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə gəlib, burada xalqımızın kədərini bölüşüb və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləyən bəyanatla çıxış edib. Ümummilli liderin bu addımı xalqımıza güc verib, ona dayaq və dəstək olub.  

1990-cı il yanvarın 22-də paytaxt Bakıdakı dağüstü parkda müxtəlif millətlərdən olan qadınlar, qocalar və uşaqların dəfn edildiyi Şəhidlər xiyabanı salınıb. Elə o günü binaların damlarında hərbçilər tərəfindən quraşdırılmış pulemyotların müşayiəti ilə yüz minlərlə Bakı sakini güllələnən dinc insanların dəfnində iştirak edib. 20 Yanvar faciəsi qurbanları müstəqillik uğrunda mübarizə qəhrəmanları kimi dəfn olunub.

Eyni zamanda, 2000-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis olunub. Məhz, Yanvarın 20-si  Azərbaycanda Ümummilli hüzn günü elan edilib. Hərbirimizə məlumdur ki, hər ilin bu günündə ölkəmizin bütün guşələrində xatirə tədbirləri keçirilir. Bakıda isə yüz minlərlə insan 20 Yanvar qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına axışır.

Sözün əsl mənasında, 20 yanvar hadisələri nəticəsində Sovet imperiyası Azərbaycanda özünün bütün siyasi və hüquqi dayaqlarını itirdi. Beləliklə onların məkrli niyyətləri ifşa oldu. Yanvar hadisələrindən sonra Azərbaycan xalqı daha bir gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başladı. Belə ki, Qanlı Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Təəssüf ki, onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər. 

Ancaq Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi, Azərbaycan xalqının xilaskarı Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdı.

Faciənin ertəsi günü yəni, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. Heydər Əliyev bütün təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”. Ulu Öndər həmçinin Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlamanı tələb etdi. Bununla yanaşı 

Ümummilli Liderin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Eyni zamanda, 1994-cü il martın 29-da Heydər Əliyevin təşəbbüsü ilə qanlı yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verildi. Milli Məclisin qəbul etdiyi Qərarda 20 yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. 

Ümummilli Lider vaxtilə Qanlı Yanvar hadisələrini belə səciyyələndirirdi. Ulu Öndər böyük uzaqgörənliklə deyirdi ki, biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərindən dərk edəcəyik. Lakin bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi oldu. Məhz, həmin günü xalqımız öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Xalqın birliyi və milli ləyaqət hissi top-tüfəngə qalib gəldi və bu, 20 Yanvarı səciyyələndirən ən mühüm məqamlardan biri oldu. Bəli, Ümummilli Liderimizin dediyi kimi, 20 Yanvarın tariximizdə tutduğu yeri bu gün daha aydın görürük. 20 Yanvar günü xalqımızın tarixinin həm faciəli səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Güclü külək əsəcək! – XƏBƏRDARLIQ
Sonrakı: Makron Trampa söz atdı: “Müharibə sabah dayanmayacaq”

Bölmənin digər xəbərləri

yyVUZykeN2XWtjMfLb
  • Kateqoriyasızlar

Dövlət Statistika Komitəsinin strukturu dəyişib

Cavidan 21 Oktyabr, 2026
Ekran şəkli 2026-10-21 121006
  • Kateqoriyasızlar

Bir kəndin taleyi, bir xalqın yaddaşı: Qərbi Azərbaycanın Almalıq kəndi

Cavidan 21 Oktyabr, 2026
4a7984d6-93 v
  • Kateqoriyasızlar

Zabit, gizir, miçman və MAXE-nin məsuliyyəti artırılır

Cavidan 20 Oktyabr, 2026

Teqlər

Aktivlərin idarə edilməsi Aktiv yaddaş Android Anime ani çap AnTuTu Apple AzInTelecom Bank infrastrukturu bazar Bee Birbank Business Counterpoint Research Edgerunners fotoaparat Fujifilm geympad Instax Square 2 iPad Pro iPhone 18 Pro JBOD Meta Microsoft Muse Wonder Netflix Newsbeat oyun Oyunlar Planşetlər Pul köçürmələri QNAP Reytinq Roadster Rəqəmsal İmza Samsung Science smartfon spacex Süni intellekt SİMA İmza Texnologiya World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 327)
  • Dünya (1. 089)
  • Gündəm (3. 471)
  • İdman (252)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (241)
  • Kriminal (302)
  • Mədəniyyət (97)
  • Siyasət (443)
  • Texnologiya (23)

Xəbər Trendi

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib 6ad9c7172f0666ad9c7172f v 1
  • Cəmiyyət

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

22 Oktyabr, 2026
Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib elcin-yusubov 2
  • Gündəm

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

22 Oktyabr, 2026
Milli Məclis Fransada kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib, çağırış edib 6ad9c0ab5827f6ad9c0ab58 v 3
  • Cəmiyyət

Milli Məclis Fransada kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib, çağırış edib

22 Oktyabr, 2026
“The New York Times”: ABŞ və İsrail İrana yeni zərbələr endirməyi planlaşdırır 54420d05-4262-39B 4
  • Dünya

“The New York Times”: ABŞ və İsrail İrana yeni zərbələr endirməyi planlaşdırır

22 Oktyabr, 2026
Azərbaycan nefti cüzi bahalaşıb vEnm8lZkg2JMZ8K8128c6q v 5
  • Cəmiyyət

Azərbaycan nefti cüzi bahalaşıb

22 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3327) Dünya (1089) Gündəm (3471) Kateqoriyasızlar (241) Kriminal (302) Mədəniyyət (97) Siyasət (443) Texnologiya (23) İdman (252) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 4
  • 598
  • 374
  • 5. 786

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.