Skip to content
22 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Milli Məclis Fransada kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib, çağırış edib
  • Cəmiyyət

Milli Məclis Fransada kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib, çağırış edib

Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib. Bu barədə Milli Məclisin
Cavidan 22 Oktyabr, 2026
6ad9c0ab5827f6ad9c0ab58 v

Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

“Milli Məclisi 2026-cı ilin sentyabr-oktyabr aylarında Fransada baş verən kütləvi etirazlar və iğtişaşlar, uşaqlara və dinc nümayişçilərə qarşı polis zorakılığı, ağır xəsarət halları, kütləvi həbslər və ictimai təhlükəsizliyin təmin olunmasında yaranmış ciddi problemlərlə əlaqədar dərin narahatlığını ifadə edərək aşağıdakıları bildirir:

– Fransada təhsil sisteminin vəziyyətindən, yaşayış xərclərinin artmasından və sosial problemlərdən narazılıq zəminində başlayan etirazlar oktyabrın 17-də daha geniş coğrafiyanı əhatə edərək ölkənin müxtəlif şəhərlərinə yayılmışdır. Rəsmi məlumatlara görə, həmin gün nümayişlərdə 550 min nəfər iştirak etmişdir. Paris, Marsel, Lion və digər şəhərlərdə baş vermiş iğtişaşlar, yanğınlar və talanlar Emmanuel Makron rejiminin ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin qorunması sahəsində üzləşdiyi ciddi çətinlikləri nümayiş etdirir;

– Xüsusilə hiddət doğuran məqam azyaşlıların polis zorakılığına məruz qalması barədə məlumatlardır. Məktəb şagirdlərinə qarşı dəyənəklərdən, gözyaşardıcı qazdan, rezin gülləatan silahlardan və partlayıcı xüsusi vasitələrdən istifadə olunması, uşaqların fiziki zorakılığa məruz qalması barədə məlumatlar ciddi narahatlıq doğurur. Polis zorakılığı nəticəsində Lansda 15 yaşlı yeniyetmənin əlini, Müluzda isə 17 yaşlı qızın bir gözünün görmə qabiliyyətini itirməsi xüsusilə sarsıdıcıdır. Uşaqların həyatının və sağlamlığının qorunması dövlətin birbaşa öhdəliyidir və ictimai asayişin təmin edilməsi zərurəti onlara qarşı qeyri-mütənasib güc tətbiqinə heç bir halda bəraət qazandıra bilməz. Bu zorakılıq aktları müstəqil və şəffaf qaydada araşdırılmalıdır;

Kütləvi etirazlar zamanı azyaşlılar da daxil olmaqla, minlərlə şəxsin həbs edilməsi, dinc nümayişçilərin hərəkət imkanlarının məhdudlaşdırılması və ayrı-ayrı şəhərlərdə toplantıların qadağan edilməsi sərbəst toplaşmaq azadlığına və mütənasiblik prinsipinə riayət olunması baxımından ciddi narahatlıq doğurur. Təkcə 17 oktyabr hadisələri ilə əlaqədar 2400 nəfərə yaxın şəxs həbs edilmişdir. Vətəndaşların dinc etiraz etmək hüququnun təmin olunması Fransa dövlətinin beynəlxalq öhdəliklərindən irəli gəlir və bu hüququn məhdudlaşdırılması qəbuledilməzdir;

– Fransanın Dənizaşırı ərazilərində də ictimai təhlükəsizliyin və fundamental hüquqların təmin olunması sahəsində ciddi problemlər mövcuddur. Qvadelupda 17-18 oktyabr gecəsi baş vermiş iğtişaşlar, yanğınlar və ticarət obyektlərinə hücumlardan sonra bir sıra yerlərdə komendant saatı tətbiq edilmişdir. Yeni Kaledoniyada isə Fransanın İnsan Hüquqları üzrə Milli Məsləhət Komissiyası 2026-cı ilin yanvarında Kanak əhalisinin fundamental hüquqlarının pisləşdiyini, ayrı-seçkiliyin dərinləşdiyini, son illərdə hüquq-mühafizə orqanlarının həddindən artıq güc tətbiqinə dair çoxsaylı məlumatların mövcudluğunu bildirmişdir. Bu hallar Makron rejimi diktaturasının Dənizaşırı ərazilərdə yaşayan insanların, xüsusilə yerli xalqların nümayəndələrinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi sahəsində üzləşdiyi ciddi problemləri nümayiş etdirir;

– Azərbaycan Respublikasının Milli Məclisi hesab edir ki, Fransada baş verən hadisələr ictimai asayişin təsadüfi pozuntuları ilə məhdudlaşmır, hökumətin dərin siyasi və idarəetmə böhranının, sosial narazılıqlara cavab vermək və vətəndaşların təhlükəsizliyini təmin etmək sahəsində yürütdüyü siyasətin iflasının göstəricisidir. Makron rejimi bir tərəfdən dinc nümayişçiləri, o cümlədən uşaqları polisin qeyri-mütənasib müdaxiləsindən, digər tərəfdən isə vətəndaşları və onların əmlakını iğtişaşlar zamanı zorakılıqdan qoruya bilməmişdir. Baş vermiş hadisələrə görə siyasi məsuliyyət məsələsi diqqətdən kənarda qala bilməz. Fransa dövlətinin, Makron rejimi diktaturasının, dünyaya insan hüquqları, demokratiya, dəyərlər mövzusunda mühazirə oxumağa çalışanların dərin siyasi və idarəetmə böhranı keçirdiyi açıq-aşkar sezilir;

– Azərbaycan Respublikasının Milli Məclisi Fransanı uşaqlara və dinc nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiqinin qarşısını almağa, ağır xəsarətlərlə nəticələnmiş hadisələri hərtərəfli araşdırmağa, günahkarların qanun qarşısında cavab verməsini təmin etməyə, həbs edilənlərin, xüsusilə azyaşlıların hüquqlarını qorumağa və vətəndaşların dinc toplaşmaq azadlığına hörmət etməyə çağırır;

– Azərbaycan Respublikasının Milli Məclisi, xüsusilə Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası kimi korrupsiyaya və mənəvi iflasa uğramış təsisatların Fransada tüğyan edən biabırçılıqları görməzdən gəlməsini, insan hüquqları məsələsinə selektiv yanaşmanı və ikili standartları kəskin şəkildə pisləyir;

– Fransada baş vermiş polis zorakılığı hallarının ölkənin milli istintaq və məhkəmə orqanları tərəfindən obyektiv, qərəzsiz və ədalətli şəkildə araşdırılacağı ciddi şübhələr doğurur. Bu baxımdan, beynəlxalq təşkilatları, xüsusilə BMT-nin İnsan Hüquqları Şurasını azyaşlılar da daxil olmaqla, dinc nümayişçilərə qarşı güc tətbiqi və insan hüquqlarının pozulması hallarının hərtərəfli araşdırılması məqsədilə müstəqil beynəlxalq təhqiqat komissiyası yaratmağa çağırırıq;

– Azərbaycan Respublikasının Milli Məclisi, həmçinin Fransa parlamentini, beynəlxalq parlament təşkilatlarını və insan hüquqları təsisatlarını baş vermiş hadisələrə prinsipial münasibət bildirməyə, müstəqil beynəlxalq təhqiqatın aparılmasına dəstək verməyə və Makron rejimindən insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə əməl olunmasını tələb etməyə çağırır”, – deyə məlumatda qeyd edilib.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: “The New York Times”: ABŞ və İsrail İrana yeni zərbələr endirməyi planlaşdırır
Sonrakı: Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Bölmənin digər xəbərləri

6ad9c7172f0666ad9c7172f v
  • Cəmiyyət

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

Cavidan 22 Oktyabr, 2026
vEnm8lZkg2JMZ8K8128c6q v
  • Cəmiyyət

Azərbaycan nefti cüzi bahalaşıb

Cavidan 22 Oktyabr, 2026
1792589081b
  • Cəmiyyət

Sürücülük imtahanları sərtləşdirilir? – Hər söz və hərəkət qeydə alına bilər

Cavidan 22 Oktyabr, 2026

Teqlər

Aktivlərin idarə edilməsi Aktiv yaddaş Android Anime ani çap AnTuTu Apple AzInTelecom Bank infrastrukturu bazar Bee Birbank Business Counterpoint Research Edgerunners fotoaparat Fujifilm geympad Instax Square 2 iPad Pro iPhone 18 Pro JBOD Meta Microsoft Muse Wonder Netflix Newsbeat oyun Oyunlar Planşetlər Pul köçürmələri QNAP Reytinq Roadster Rəqəmsal İmza Samsung Science smartfon spacex Süni intellekt SİMA İmza Texnologiya World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 327)
  • Dünya (1. 089)
  • Gündəm (3. 471)
  • İdman (252)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (241)
  • Kriminal (302)
  • Mədəniyyət (97)
  • Siyasət (443)
  • Texnologiya (23)

Xəbər Trendi

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib 6ad9c7172f0666ad9c7172f v 1
  • Cəmiyyət

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

22 Oktyabr, 2026
Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib elcin-yusubov 2
  • Gündəm

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

22 Oktyabr, 2026
Milli Məclis Fransada kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib, çağırış edib 6ad9c0ab5827f6ad9c0ab58 v 3
  • Cəmiyyət

Milli Məclis Fransada kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib, çağırış edib

22 Oktyabr, 2026
“The New York Times”: ABŞ və İsrail İrana yeni zərbələr endirməyi planlaşdırır 54420d05-4262-39B 4
  • Dünya

“The New York Times”: ABŞ və İsrail İrana yeni zərbələr endirməyi planlaşdırır

22 Oktyabr, 2026
Azərbaycan nefti cüzi bahalaşıb vEnm8lZkg2JMZ8K8128c6q v 5
  • Cəmiyyət

Azərbaycan nefti cüzi bahalaşıb

22 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3327) Dünya (1089) Gündəm (3471) Kateqoriyasızlar (241) Kriminal (302) Mədəniyyət (97) Siyasət (443) Texnologiya (23) İdman (252) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 2
  • 581
  • 368
  • 5. 769

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.