Skip to content
22 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 725)
  • Dünya (3. 136)
  • Gündəm (10. 905)
  • İdman (609)
  • İqtisadiyyat (559)
  • Kateqoriyasızlar (452)
  • Kriminal (1. 316)
  • Mədəniyyət (328)
  • Siyasət (2. 926)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

Ümid edirik ki, Ermənistan ev tapşırığını yerinə yetirəcək

Əvvəlcə, mən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə görüşdüm. Bir saat ərzində biz geniş sahələri əhatə edən
Cavidan 18 Dekabr, 2021

Əvvəlcə, mən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə görüşdüm. Bir saat ərzində biz geniş sahələri əhatə edən məsələləri müzakirə etdik. Əlbəttə, əsas diqqət münaqişədən, ötənilki müharibədən sonra yaranmış vəziyyətə yönəldilmişdir. Əlbəttə, Avropa Komissiyasının səyləri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönəldilib. Biz Avropa Komissiyasının və xüsusilə də cənab Mişelin səylərini yüksək qiymətləndiririk. O, bu ilin yayında Azərbaycanda və Ermənistanda səfərdə olmuşdu. Biz bu səfərdən sonra daim təmasda olmuşuq və o, vəziyyətin təfərrüatından xəbərdardır. Biz onun şəxsi iştirakına böyük dəyər veririk.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində deyib.

“Günün sonunda bizim üçtərəfli görüşümüz oldu və həmin görüş dörd saatdan artıq çəkdi. Hesab edirəm ki, görüş olduqca səmərəli idi. Hər iki tərəf əsasən İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə öz mövqeyini aydın şəkildə təqdim etdi. Əlbəttə, biz postmüharibə vəziyyətinin praktiki elementlərini, xüsusilə də kommunikasiyaların açılmasını müzakirə etdik. Bu, ötən ilin noyabrında Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli Bəyanatın mühüm hissəsidir. Lakin çox vacib Bəyanatın bu hissəsinin icrası olduqca ləng gedir. Beləliklə, dünən Ermənistan tərəfindən dərhal həyata keçiriləcək fəaliyyətə dair mühüm qərarlar qəbul edildi ki, dəmir yolu layihəsinin praktiki reallaşdırılmasına start verilsin. Bizə gəldikdə, artıq işlərə başlamışıq və azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olmalıdır. Biz, əlbəttə, ümid edirik ki, o vaxta qədər Ermənistan özünün ev tapşırığını yerinə yetirəcək. Əlbəttə, biz digər məsələlərə də toxunduq. Minaların təmizlənməsi məsələsi tərəfimizdən qaldırıldı və Prezident Mişel Azərbaycana bu vəziyyətin öhdəsindən gəlməkdə yardımçı olmaq arzusunu ifadə etdi. Çünki müharibə bitdikdən sonra 200 nəfərə yaxın insan minalar səbəbindən həlak olub və ya ağır yaralanıb. Biz, həmçinin humanitar və bir çox digər məsələləri müzakirə etdik. Hesab edirəm ki, olduqca məhsuldar müzakirələr aparıldı. Mən çox məmnunam”, – Prezident bildirib.

Continue Reading

Previous: Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verdi
Next: Dedim ki, pulu bizə verməyin… – Prezident

Bölmənin digər xəbərləri

İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi”nin imzalanma mərasimində iştirak edir
  • Siyasət

İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi”nin imzalanma mərasimində iştirak edir

22 Yanvar, 2026
Suriyada son hadisələr: dördgünlük atəşkəs, 14 maddəlik saziş – TƏHLİL
  • Gündəm

Suriyada son hadisələr: dördgünlük atəşkəs, 14 maddəlik saziş – TƏHLİL

21 Yanvar, 2026
Prezident: “Zayed İnsan Qardaşlığı Mükafatı”nı almaq mənim üçün böyük şərəfdir
  • Gündəm

Prezident: “Zayed İnsan Qardaşlığı Mükafatı”nı almaq mənim üçün böyük şərəfdir

20 Yanvar, 2026

Top 7 Xəbər

İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi”nin imzalanma mərasimində iştirak edir 1

İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi”nin imzalanma mərasimində iştirak edir

22 Yanvar, 2026
Gürcüstanda yeni dövlət qurumu yaradılır 2

Gürcüstanda yeni dövlət qurumu yaradılır

22 Yanvar, 2026
Respublika üzrə yanvarın pensiya ödənişi yekunlaşıb 3

Respublika üzrə yanvarın pensiya ödənişi yekunlaşıb

22 Yanvar, 2026
Aİ komissarı: Azərbaycan Prezidenti ilə görüşdə ticarət əlaqələrinin gücləndirilməsi üzrə razılıq əldə olunub 4

Aİ komissarı: Azərbaycan Prezidenti ilə görüşdə ticarət əlaqələrinin gücləndirilməsi üzrə razılıq əldə olunub

22 Yanvar, 2026
ABŞ Suriyada həbsdə olan 7 minədək İŞİD-çini İraqa köçürür 5

ABŞ Suriyada həbsdə olan 7 minədək İŞİD-çini İraqa köçürür

22 Yanvar, 2026
Deputat qatlanan bıçaqların satışının qadağan olunmasını istəyir 6

Deputat qatlanan bıçaqların satışının qadağan olunmasını istəyir

22 Yanvar, 2026
Buzovnada maşın piyadanı vuraraq öldürüb 7

Buzovnada maşın piyadanı vuraraq öldürüb

22 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 725)
  • Dünya (3. 136)
  • Gündəm (10. 905)
  • İdman (609)
  • İqtisadiyyat (559)
  • Kateqoriyasızlar (452)
  • Kriminal (1. 316)
  • Mədəniyyət (328)
  • Siyasət (2. 926)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8725) Dünya (3136) Gündəm (10905) Kateqoriyasızlar (452) Kriminal (1316) Mədəniyyət (328) Siyasət (2926) Texnologiya (14) İdman (609) İqtisadiyyat (559)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi”nin imzalanma mərasimində iştirak edir 22 Yanvar, 2026
  • Gürcüstanda yeni dövlət qurumu yaradılır 22 Yanvar, 2026
  • Respublika üzrə yanvarın pensiya ödənişi yekunlaşıb 22 Yanvar, 2026
  • Aİ komissarı: Azərbaycan Prezidenti ilə görüşdə ticarət əlaqələrinin gücləndirilməsi üzrə razılıq əldə olunub 22 Yanvar, 2026
  • ABŞ Suriyada həbsdə olan 7 minədək İŞİD-çini İraqa köçürür 22 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.