Skip to content
1 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 349)
  • Dünya (3. 347)
  • Gündəm (11. 695)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

COP29-un prezidenti: Azərbaycan iqlim dəyişikliyinin təsirlərini birbaşa yaşayır

Regionumuz geri çəkilən buzlaqlar səbəbindən artan risklərə məruz qalır. Bunu COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri
Cavidan 14 Noyabr, 2024

Regionumuz geri çəkilən buzlaqlar səbəbindən artan risklərə məruz qalır.

Bunu COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Mərkəzi və Qərbi Asiyada Buzlaqların Əriməsinin Qarşısının Alınması üçün İqlim Dəyişikliyi və Regional Əməkdaşlıq mövzusunda keçirilən nazirlərin görüşündə deyib.

O bildirib ki, nəticədə şirin su ehtiyatları sürətlə azalır, su qıtlığına, səhralaşmaya və kənd təsərrüfatı məhsuldarlığının azalmasına səbəb olur, yaşayış və ekosistemlərə güclü təsir göstərir.

M.Babayev qeyd edib ki, Azərbaycan iqlim dəyişikliyinin təsirlərini birbaşa yaşayır, Böyük Qafqazdakı buzlaqlar əhəmiyyətli dərəcədə kiçilir:

“Azərbaycan son zamanlarda su idarəetməsini təkmilləşdirmək, resursların qiymətləndirilməsini yaxşılaşdırmaq və inteqrasiya olunmuş idarəetmə, innovativ texnologiyalar və regional əməkdaşlıq vasitəsilə iqlim risklərini həll etmək üçün Milli Su Strategiyasını qəbul edib. Cavabımız əməkdaşlıq, adaptiv və gələcəyə yönəlik olmalıdır”.

Nazir vurğulayıb ki, Azərbaycan regional tərəfdaşları ilə həmrəylik nümayiş etdirərək buzlaqların qorunması və dayanıqlı su idarəetməsinə sadiq qaldığını bir daha təsdiqləyir: “Gələcək illər ərzində maliyyələşməni səfərbər etməyi hədəfləyən transformativ “Buzlaqdan Təsərrüfata” Regional Proqramını dəstəkləyirik. Bu proqram buzlaqların əriməsinin həlli, iqlim davamlılığının artırılması və icmalarımız üçün ərzaq və su sistemlərinin təmin edilməsi üçün perspektivli həll yolu kimi xidmət edir”.

“Azərbaycan əsas sektorlar üzrə müvafiq adaptasiya tədbirlərini özündə birləşdirən milli adaptasiya planı hazırlayıb. Biz su idarəetməsinə, iqlimə davamlı infrastruktura və dayanıqlı torpaq təcrübələrinə üstünlük verməli, eyni zamanda sərhədyanı əməkdaşlıq və dialoqu təşviq etməliyik. Regionumuz iqlim adaptasiyası üçün əhəmiyyətli maliyyə çatışmazlığı ilə üzləşir. Qarşımızda duran çağırışlar böyükdür, lakin onlar eyni zamanda fürsətlərdir. Gəlin, bu fürsətdən istifadə edərək səylərimizi birləşdirək və ümumi baxışımızı konkret addımlara çevirək. Birlikdə biz buzlaqlarımızı qoruya, regional su təhlükəsizliyini təmin edə və gələcək nəsillər üçün dayanıqlı gələcək qura bilərik”, – COP29 prezidenti vurğulayıb.

Continue Reading

Previous: Muxtar Babayev: “Çoxtərəfli inkişaf banklarını milli planlar üçün uyğunlaşma maliyyəsini artırmağa bir daha çağırırıq”
Next: Azərbaycan Prezidenti Avropa Şurasının Baş katibi ilə görüşüb – YENİLƏNİB

Bölmənin digər xəbərləri

Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib
  • Cəmiyyət

Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

1 May, 2026
Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq
  • Cəmiyyət

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

1 May, 2026
“Gənclər evi” sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək
  • Cəmiyyət

“Gənclər evi” sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək

1 May, 2026

Top 7 Xəbər

Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib 1

Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

1 May, 2026
Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq 2

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

1 May, 2026
“Gənclər evi” sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək 3

“Gənclər evi” sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək

1 May, 2026
Bazar günü bu yollar tam bağlanacaq – SİYAHI 4

Bazar günü bu yollar tam bağlanacaq – SİYAHI

1 May, 2026
Milli Məclisin iclası başladı 5

Milli Məclisin iclası başladı

1 May, 2026
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb 6

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb

1 May, 2026
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb 7

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

1 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 349)
  • Dünya (3. 347)
  • Gündəm (11. 695)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9349) Dünya (3347) Gündəm (11695) Kateqoriyasızlar (484) Kriminal (1379) Mədəniyyət (348) Siyasət (2987) Texnologiya (14) İdman (648) İqtisadiyyat (591)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib 1 May, 2026
  • Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq 1 May, 2026
  • “Gənclər evi” sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək 1 May, 2026
  • Bazar günü bu yollar tam bağlanacaq – SİYAHI 1 May, 2026
  • Milli Məclisin iclası başladı 1 May, 2026
© Addim.az | MoreNews by AF themes.