Skip to content
1 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Muxtar Babayev: “Çoxtərəfli inkişaf banklarını milli planlar üçün uyğunlaşma maliyyəsini artırmağa bir daha çağırırıq”
  • Cəmiyyət

Muxtar Babayev: “Çoxtərəfli inkişaf banklarını milli planlar üçün uyğunlaşma maliyyəsini artırmağa bir daha çağırırıq”

İqlim böhranı bir çoxları üçün ekzistensial xarakter daşıyır və hərəkətsizlik ciddi insan və iqtisadi itkilərə səbəb ola bilər.
Cavidan 14 Noyabr, 2024
5b808f80-c31b-3157-ae59-80f214b0b3ba_850

İqlim böhranı bir çoxları üçün ekzistensial xarakter daşıyır və hərəkətsizlik ciddi insan və iqtisadi itkilərə səbəb ola bilər.

Bunu COP29-un prezidenti Muxtar Babayev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Transformasiyaedici iqlim fəaliyyəti: Maliyyə daxilolmalarından təsirə və Çoxtərəfli İnkişaf Banklarının katalitik təsirinə keçid” mövzusunda təşkil olunan dəyirmi masada çıxışı zamanı bildirib.

M. Babayev qeyd edib ki, iqlim dəyişikliyindən təsirlənən icmalara qarşı mənəvi öhdəliklər var: “Bu yük çox vaxt öndə olanların və maliyyə resursları ən az olanların üzərinə düşür. Təxminlərə görə, inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyinə uyğunlaşma xərcləri illik ÜDM-in 4-5 %-ni təşkil edir, borc öhdəlikləri isə bu məhdud resursların daha da tükənməsinə səbəb olur. İqlim maliyyəsi bu icmalar və iqlim dəyişikliyinin önündə olan milyonlarla insan üçün işləməlidir”.

O əlavə edib ki, COP29 il ərzində iqlim maliyyəsini mərkəzi element kimi qəbul edərək, iddialı milli iqlim planlarının həyata keçirilməsini və iqlim maliyyəsinin artırılmasını qarşıya məqsəd qoyub: “Ümumi çağırış budur ki, iqlim ehtiyacları trilyonlarla ölçülür”.

M. Babayev vurğulayıb ki, ambisiyalar və maliyyə arxitekturasında islahatların genişləndirilməsinə ehtiyac var: “Mövcud maneələri aşmaq üçün maliyyə sisteminin bütün iştirakçılarını cəlb etməliyik. COP rəhbərliyi sizin təkliflərinizi eşitməkdən məmnundur. COP24-də Çoxtərəfli İnkişaf Bankları (MDB) Paris Sazişinə uyğun fəaliyyət göstərmə öhdəliyini təsdiqləmişdi. O vaxtdan MDB-lər 2019-2023-cü illər arasında iqlim maliyyəsini iki dəfədən çox artırıb. Mərakeş Bəyannaməsində birgə iqlim səyləri üçün əsas addımlar müəyyən edilib. MDB rəhbərləri 2024-cü ildə iqlim fəaliyyətlərinin gücləndirilməsinin əsas yollarını təqdim ediblər və 1,5 dərəcə hədəfinə nail olmaq üçün səylərə öz töhfələrini veriblər”.

COP29-un prezidenti MDB-ləri milli iqlim planları üçün uyğunlaşma maliyyəsini artırmağa çağırıb: “Bu həftə aparıcı çoxtərəfli banklar 2030-cu ilə qədər illik kollektiv iqlim maliyyələşməsinin 170 milyard ABŞ dollarına çatdırılacağını, bunun 49 milyard ABŞ dollarının isə uyğunlaşma maliyyəsinə ayrılacağını proqnozlaşdırıblar”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Azərbaycan Prezidenti Banqladeşə rəsmi səfərə dəvət olunub
Next: COP29-un prezidenti: Azərbaycan iqlim dəyişikliyinin təsirlərini birbaşa yaşayır

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-01 165537
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 162725
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 151534
  • Cəmiyyət

Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

Cavidan 1 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 673)
  • Dünya (3. 430)
  • Gündəm (11. 918)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir Screenshot 2026-07-01 165537 1
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

1 İyul, 2026
AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib Screenshot 2026-07-01 162725 2
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

1 İyul, 2026
Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH Screenshot 2026-07-01 154646 3
  • Siyasət

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH

1 İyul, 2026
Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək Screenshot 2026-07-01 151534 4
  • Cəmiyyət

Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

1 İyul, 2026
“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib Screenshot 2026-07-01 144509 5
  • Gündəm

“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib

1 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9673) Dünya (3430) Gündəm (11918) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.