Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların fəaliyyəti haqqında Əsasnaməni imzalayıb.
Bu barədə məlumat Ermənistan prezidentinin saytında paylaşılıb.
Qeyd edək ki, oktyabrın 23-də Ermənistan parlamenti həmin əsasnaməni qəbul edib. 67 deputat sənədin lehinə səs verib.
Onu da xatırladaq ki, komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə 2024-cü il avqustun 30-u imzalanıb.