Skip to content
11 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 480)
  • Dünya (3. 046)
  • Gündəm (10. 594)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Ermənistan BCM üzvü kimi öhdəliyini yerinə yetirməli, Gəncə terrorunu araşdırmalıdır – ANALİZ

Cavidan 17 Oktyabr, 2024

Bu gün İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür.

Gəncə terroru Ermənistanın vandallığının, cinayətkarlığının ən bariz nümunələrindəndir. Belə ki, döyüş meydanında Azərbaycan Ordusu ilə bacarmayan Ermənistan hərbi-siyasi rəhbərliyi və ovaxtkı separatçı xunta rejimi mülki əhalini və yaşayış məntəqələrini hədəf alırdı. Burada iki əsas məqsəd var idi. Birincisi, Azərbaycan daxilində xaos yaratmaq, həmrəyliyi pozmaq, ikincisi isə mülki əhalini qorxutmaq və müharibəni dayandırmaq. Ermənistan biabırçı formada məğlub olacağını öncədən başa düşmüşdü.

Xatırladaq ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən Gəncə şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə növbəti dəfə atəşə tutub.

Düşmənin bu hücumu zamanı yaşayış binaları tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb. Nəticədə 15 nəfər şəhid olub, 55 nəfər yaralanıb, bir çox mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.

Faktla bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Bundan başqa, Ermənistan silahlı qüvvələri həmin gün – oktyabrın 17-də gecə saat 1 radələrində növbəti dəfə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasına malik Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb. Raketlər Ordumuzun Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilib.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları 2023-cü il oktyabrın 3-də separatçıların keçmiş rəhbəri Araik Arutyunyanı saxlayıblar. Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində A.Arutyunyan tərəfindən terror aktlarının törədilməsi məqsədilə Azərbaycan ərazilərinin davamlı şəkildə minalanması, cəbhə zonasından kənarda yerləşən, əhalinin sıx məskunlaşdığı Azərbaycanın Gəncə şəhəri və Bərdə rayonunun yaşayış məntəqələri və mülki obyektlərini hədəfə alaraq ballistik və digər növ raketlər atılmaqla çoxsaylı mülki şəxslərin öldürülməsi və onlara müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilməsi, mülki və hərbi infrastruktura ağır nəticələrə səbəb olan ziyan vurulması ilə nəticələnən terror hücumlarının təşkil olunması və digər çoxsaylı cinayətlər törədilməsinə də əsaslı şübhələr müəyyən edilib. Ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib.

Hazırda Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 27 mülki şəxs şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə mülki infrastruktura, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncəyə raket hücumları barədə özünün sosial şəbəkə hesabında yazıb ki, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvü kimi 2020-ci ildə Gəncəyə edilmiş raket hücumlarını araşdırmalıdır.

“17 oktyabr 2020: Gəncəyə ikinci ən ölümcül ballistik raket hücumu olub. Ermənistanın ballistik raket hücumları ilə dinc sakinləri qətlə yetirməsi təsadüf və ya yan təsir deyil, məqsədyönlü terror və qətl siyasətidir. BCM üzvü kimi Ermənistan bu hərbi cinayətləri araşdırmalıdır”, – o qeyd edib.

İndi Cənubi Qafqazda yeni reallıq yaranıb. Bu reallıq bölgədə sülh və sabitliyin, əməkdaşlıq mühitinin təmin olunmasını şərtləndirir. Həmçinin, deməliyik ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün unikal tarixi şərait yaranıb. Bunu hər iki tərəf deyir. İndi əsas məsələ qarşılıqlı etimad mühitinin yaradılmasıdır. Bu baxımdan, rəsmi İrəvanın kifayət qədər şansı var. Məsələn, Gəncə terrorunun araşdırılması buna nümunədir.

Məlum olduğu kimi, BCM beynəlxalq cinayətlər, insanlığa qarşı cinayətlər, soyqırımılar, müharibə cinayətləri və təcavüzkarlıq cinayətlərinə görə şəxsləri təqib etmək səlahiyyətinə malikdir. Bu baxımdan, Ermənistan hakimiyyətinin Gəncə terrorunu araşdırması və cinayətkarların məsuliyyətə cəlbini tələb etməsi vacibdir. Beləliklə, Ermənistan həm də beynəlxalq hüquqa əməl etdiyini göstərmiş olar.

Gəncə terrorunun arxasında Qarabağdakı keçmiş separatçılar, onların rəhbəri A.Arutyunyan, eləcə də buna razılıq verən Ermənistan hərbi-siyasi rəhbərliyi dayanır. Hökumətin başçısı Nikol Paşinyan isə bunu bilə-bilə Azərbaycanda saxlanılan separatçıları hərbi əsir kimi təqdim edir, onların qaytarılmasını tələb edir. Hərçənd, keçmiş xunta rejiminin bütün nümayəndələri hərbi cinayətkardır və müvafiq formada cəzalarını almalıdırlar. Ermənistan hakimiyyəti isə onların qaytarılmasını tələb etməklə bu və ya digər formada Gəncə terrorunun şəriki olduqlarını etiraf edirlər. Beləliklə, qarşılıqlı etimad mühitinin yaranması və sülh sazişinin imzalanması sual altına düşür.

İki mümkün versiya var. Əgər Gəncə terrorunu separatçı xunta rejimi Ermənistan hakimiyyətinin xəbəri və əmri olmadan törədibsə, onda baş nazir Nikol Paşinyan separatçıları müdafiə etməməli və onların müvafiq qaydada cəzalanmalarını tələb etməlidir. Yox, əgər Ermənistan hakimiyyətinin bu əməldən xəbəri var idisə, onda Azərbaycandan üzr istənilməlidir.

Bundan başqa, Ermənistan Azərbaycana dəymiş maddi və mənəvi ziyana görə təzminat ödəməlidir. Rəsmi Bakı hər an bu məsələni gündəmə gətirə bilər.

Beləliklə, Ermənistanın destruktiv mövqe sərgiləməsi, hansısa şərtlərlə çıxış etməsi üçün şansı yoxdur. Belə davam edərsə, Azərbaycan daha konkret tələblər ortaya qoya bilər.(Report)

Continue Reading

Previous: Bakıda hansı bələdiyyələrin birləşdiriləcəyi məlum olub – SİYAHI
Next: Bakıda torpaq SÜRÜŞMƏSİ

Bölmənin digər xəbərləri

Azərbaycanda məhkəmə ekspertizasının inkişafına dair Konsepsiya təsdiq edilib
  • Cəmiyyət

Azərbaycanda məhkəmə ekspertizasının inkişafına dair Konsepsiya təsdiq edilib

11 Dekabr, 2025
Paşinyanın təyyarəsi Ukrayna dronlarının hücumu səbəbindən Moskvaya enə bilməyib
  • Cəmiyyət

Paşinyanın təyyarəsi Ukrayna dronlarının hücumu səbəbindən Moskvaya enə bilməyib

11 Dekabr, 2025
İstanbulda evdə yanğın olub, 3 uşaq həlak olub
  • Gündəm

İstanbulda evdə yanğın olub, 3 uşaq həlak olub

11 Dekabr, 2025

Top 7 Xəbər

Ən çox yağıntı düşən bölgələr açıqlanıb 1

Ən çox yağıntı düşən bölgələr açıqlanıb

11 Dekabr, 2025
Xankəndidə silahlı təxribat planlaşdıran erməni əsilli şəxsin məhkəməsi keçirilir 2

Xankəndidə silahlı təxribat planlaşdıran erməni əsilli şəxsin məhkəməsi keçirilir

11 Dekabr, 2025
Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul keçirilib 3

Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul keçirilib

11 Dekabr, 2025
Yaponiya ilə ABŞ Çin və Rusiya təyyarələrinin uçuşlarına cavab olaraq birgə təlim keçirib 4

Yaponiya ilə ABŞ Çin və Rusiya təyyarələrinin uçuşlarına cavab olaraq birgə təlim keçirib

11 Dekabr, 2025
Azərbaycanda məhkəmə ekspertizasının inkişafına dair Konsepsiya təsdiq edilib 5

Azərbaycanda məhkəmə ekspertizasının inkişafına dair Konsepsiya təsdiq edilib

11 Dekabr, 2025
XİN: Rusiya ilə ABŞ arasında anlaşılmazlıqlar aradan qaldırılıb 6

XİN: Rusiya ilə ABŞ arasında anlaşılmazlıqlar aradan qaldırılıb

11 Dekabr, 2025
Sabah hava yağmursuz olacaq 7

Sabah hava yağmursuz olacaq

11 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 480)
  • Dünya (3. 046)
  • Gündəm (10. 594)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8480) Dünya (3046) Gündəm (10594) Kateqoriyasızlar (437) Kriminal (1294) Mədəniyyət (322) Siyasət (2909) Texnologiya (14) İdman (593) İqtisadiyyat (550)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Ən çox yağıntı düşən bölgələr açıqlanıb 11 Dekabr, 2025
  • Xankəndidə silahlı təxribat planlaşdıran erməni əsilli şəxsin məhkəməsi keçirilir 11 Dekabr, 2025
  • Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul keçirilib 11 Dekabr, 2025
  • Yaponiya ilə ABŞ Çin və Rusiya təyyarələrinin uçuşlarına cavab olaraq birgə təlim keçirib 11 Dekabr, 2025
  • Azərbaycanda məhkəmə ekspertizasının inkişafına dair Konsepsiya təsdiq edilib 11 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.