Skip to content
7 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 853)
  • Dünya (3. 178)
  • Gündəm (11. 064)
  • İdman (617)
  • İqtisadiyyat (567)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 331)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 936)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Prezidentdən neft sənayesi işçilərinə – Təbrik

Cavidan 21 Sentyabr, 2024

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərini təbrik edib.

Təbrikində ölkəmiz üçün əlamətdar tarixi hadisə olan “Əsrin müqaviləsi”nin və Neftçilər Gününün məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu vurğulayan dövlət başçısı qeyd edib: “Otuz il öncə Ulu Öndərin uzaqgörən siyasəti və dəmir iradəsi sayəsində imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın inkişafında dönüş nöqtəsi oldu, ölkəmiz beynəlxalq enerji layihələrinin fəal iştirakçısına çevrildi. Xarici tərəfdaşlarla birlikdə reallaşdırılan iri layihələr enerji xəritəsində ölkəyə strateji mövqe qazandırmaqla yanaşı, dünya enerji təchizatının sabitliyinə də töhfə verdi.

Ümummilli Lider bu böyük layihəni həyata keçirməklə Azərbaycanın gələcək nəsillərinə iqtisadi müstəqillik və davamlı inkişaf mirası qoydu. Ötən 30 ildə ölkə iqtisadiyyatı gücləndi, Azərbaycanın regional və qlobal səviyyədə mövqeyi möhkəmləndi. İri xarici sərmayələr cəlb olundu, infrastruktur müasirləşdi, yeni iş yerləri yaradıldı və əhalinin həyat şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdı.

Azərbaycan neft-qaz sektorunun inkişafı, şaxələndirilmiş enerji siyasəti, müasir enerji infrastrukturu və beynəlxalq əməkdaşlıq sayəsində etibarlı tərəfdaşa və nümunəvi ölkəyə çevrilib. Artıq dünyanın on ölkəsini mavi yanacaqla təchiz etməsi və enerji layihələrinin əhatə dairəsini davamlı genişləndirməsi regionda ölkəmizin əhəmiyyətini artırır, həmçinin yeni iqtisadi sahələrin inkişafına imkanlar yaradır.

Qlobal çağırışları nəzərə alaraq, Azərbaycan bərpaolunan enerji resurslarının artırılması üçün yeni təşəbbüslər həyata keçirir. “Yaşıl dünya naminə həmrəylik ili” və Azərbaycanın ev sahibliyi edəcəyi COP29 beynəlxalq tədbiri dayanıqlı enerji mənbələrindən geniş istifadə, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı baxımından fürsət olmaqla, qlobal ekoloji problemlərin həllinə mühüm töhfə verəcək”.

Prezident İlham Əliyev vurğulayıb ki, daim inkişaf edən neft-qaz sektoru hazırda yeni tarixi dövrünü yaşayır. Ötən illər ərzində qazanılan böyük uğurlar enerji sahəsinin inkişafı və onun təməli olan “Əsrin müqaviləsi” ilə bilavasitə bağlıdır.

Neftçilərin Azərbaycanın neft sənayesindəki uğurlarının gələcək nəsillərə də örnək olacağına inandığını qeyd edən dövlət başçısı bildirib: “Əminəm ki, fədakar əməyinizin bəhrələri hələ uzun illər xalqımıza xidmət edəcək. Bu yolda hər birinizə yeni nailiyyətlər və müvəffəqiyyətlər arzulayıram!”.

Continue Reading

Previous: Şənbə günü yağış yağacaq – PROQNOZ
Next: Türkiyədə Ərdoğanın vəzifəsini müvəqqəti olaraq icra edəcək şəxsin adı açıqlanıb

Bölmənin digər xəbərləri

İran XİN başçısı: Raket proqramımız müzakirə olunmayacaq
  • Cəmiyyət

İran XİN başçısı: Raket proqramımız müzakirə olunmayacaq

7 Fevral, 2026
Azərbaycan və Pakistan XİN başçıları İslamabaddakı partlayışdan sonrakı vəziyyəti müzakirə ediblər
  • Cəmiyyət

Azərbaycan və Pakistan XİN başçıları İslamabaddakı partlayışdan sonrakı vəziyyəti müzakirə ediblər

7 Fevral, 2026
Hər kəsə yuxarıdan aşağı baxan bürclər- SİYAHI
  • Cəmiyyət

Hər kəsə yuxarıdan aşağı baxan bürclər- SİYAHI

7 Fevral, 2026

Top 7 Xəbər

KİV: Ağ Ev Trampın “Sülh Şurası” üzrə ilk liderlər görüşünü fevralın 19-na planlaşdırır 1

KİV: Ağ Ev Trampın “Sülh Şurası” üzrə ilk liderlər görüşünü fevralın 19-na planlaşdırır

7 Fevral, 2026
Zelenski: ABŞ Ukraynada müharibənin yaya qədər başa çatmasını istəyir 2

Zelenski: ABŞ Ukraynada müharibənin yaya qədər başa çatmasını istəyir

7 Fevral, 2026
Bakıda körpə əkiz bacı-qardaş dəm qazından boğularaq ölüb 3

Bakıda körpə əkiz bacı-qardaş dəm qazından boğularaq ölüb

7 Fevral, 2026
İran XİN başçısı: Raket proqramımız müzakirə olunmayacaq 4

İran XİN başçısı: Raket proqramımız müzakirə olunmayacaq

7 Fevral, 2026
Azərbaycan və Pakistan XİN başçıları İslamabaddakı partlayışdan sonrakı vəziyyəti müzakirə ediblər 5

Azərbaycan və Pakistan XİN başçıları İslamabaddakı partlayışdan sonrakı vəziyyəti müzakirə ediblər

7 Fevral, 2026
Çində biotexnologiya müəssisəsində partlayış olub, 5 nəfər ölüb 6

Çində biotexnologiya müəssisəsində partlayış olub, 5 nəfər ölüb

7 Fevral, 2026
Avropanı XAOS BÜRÜDÜ – Bu dövlətlər yenidən Kremlin “QAPISINI DÖYMƏK” istəyir 7

Avropanı XAOS BÜRÜDÜ – Bu dövlətlər yenidən Kremlin “QAPISINI DÖYMƏK” istəyir

7 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 853)
  • Dünya (3. 178)
  • Gündəm (11. 064)
  • İdman (617)
  • İqtisadiyyat (567)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 331)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 936)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8853) Dünya (3178) Gündəm (11064) Kateqoriyasızlar (459) Kriminal (1331) Mədəniyyət (333) Siyasət (2936) Texnologiya (14) İdman (617) İqtisadiyyat (567)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • KİV: Ağ Ev Trampın “Sülh Şurası” üzrə ilk liderlər görüşünü fevralın 19-na planlaşdırır 7 Fevral, 2026
  • Zelenski: ABŞ Ukraynada müharibənin yaya qədər başa çatmasını istəyir 7 Fevral, 2026
  • Bakıda körpə əkiz bacı-qardaş dəm qazından boğularaq ölüb 7 Fevral, 2026
  • İran XİN başçısı: Raket proqramımız müzakirə olunmayacaq 7 Fevral, 2026
  • Azərbaycan və Pakistan XİN başçıları İslamabaddakı partlayışdan sonrakı vəziyyəti müzakirə ediblər 7 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.