Skip to content
25 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 495)
  • Dünya (3. 380)
  • Gündəm (11. 798)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 391)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kateqoriyasızlar
  • Kateqoriyasızlar

Azərbaycanda yeni kiberdələduzluq – Valideynlərdən pul alırlar

Cavidan 26 Avqust, 2024

Yeni, təhlükəli və daha qorxunc dələduzluq növü yayılıb.

Bununla bağlı texnobloqer Fərid Pərdəşünas sosial hesabında paylaşım edib.

O qeyd edib ki, artıq Azərbaycanda bu dələduzların qurbanları var və külli miqdarda vəsait talanıb.

“Deməli, valideyninizə zəng gəlir. Dəstəyin o tərəfdə olan səsinizin süni intellekt ilə klonlanmış variantıdır. Valideyninizə sizin öz səsinizlə qəza keçirib, yararlı olduğunuzu və kimisə avtomobillə vurduğunuz deyilir. Burada səs klonlanır və evdə olan valideyn sanki övladı və ya nəvəsi ilə danışırmış kimi təəssürat yaranır.

Valideyndən təcili formada pul istənilir. Evdə nə var nə yox hamısı xəstəxana xərcləri üçün tələb olunur. Hətta, inandırıcı olsun deyə dəstəyi yanında olan saxta polis və ya prokuror olan şəxsə ötürür. O da təsdiqləyir ki, qəza baş verib, vəziyyət ağırdır.

Növbəti mərhələdə “oğul” valideyninə özünün gələ bilmədiyini və pul üçün adam göndərəcəyini deyir. Valideyn təlaş içində pulu aşağı düşürür və ondan 1 nəfər pulu götürür. Bu cür dələduzluqla artıq neçə nəfərin pulu talanıb. 11 000 avro pul itirən zərərçəkən var. Hazırda DİN məsələni araşdırır”, – deyə texnobloqer yazıb.

Məsələyə DİN-in Mətbuat xidmətinin rəis müavini Zeyni Hüseynov da münasibət bildirib.

“Polis tərəfindən kiberdələduzluqla mübarizə çərçivəsində mütəmadi olaraq təbliğat, təşviqat, maarifləndirmə işləri həyata keçirilir. Buna baxmayaraq, kiberdələduzlar dayanmadan yeni üsul və vasitələr üzərində çalışırlar. Son zamanlar isə belə şəxslər sosial mühəndislik yolu məlumatlar toplayaraq əsasən yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsilə zənglər edirlər. Hətta süni intellekt vasitəsilə səslər eyniləşdirilir.

Həmin vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən araşdırmalar aparılıb, bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib və şəxslərin saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.

Müəyyən edilib ki, həmin şəxs teleqram sosial şəbəkəsində əlaqə qurduğu xarici ölkələrdə yaşayan naməlum şəxslərin onu yönləndirdiyi ünvanlara yollanaraq onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib və yardım göstərilməsi üçün pul tələb edib. Saxlanılan şəxs pul vəsaitlərini zərərçəkənlərdən alandan sonra teleqramda əlaqə qurduğu şəxslərin kriptovalyuta hesablarına köçürüb. Məbləğin bir qismini özünə götürüb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə teleqram sosial şəbəkəsində əlaqə yaratdıqları naməlum şəxslərin sifarişi ilə analoji əməllərin törədilməsində kuryer qismində iştirak edən 20 nəfərə yaxın şəxs saxlanılıb. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bir daha vurğulayırıq ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməsinlər”, – o bildirib.

Continue Reading

Previous: “Əminəm ki, Putinin səfəri ikitərəfli münasibətlər üçün faydalı olacaq”
Next: Naxçıvan aeoportunda sıxlıq: Bakıya reyslərin sayı artırıldı

Bölmənin digər xəbərləri

Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib
  • Kateqoriyasızlar

Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib

15 May, 2026
Türkiyə XİN: Ermənistanla ticarət əlaqələrinin başlanması üçün hazırlıqlar başa çatıb
  • Kateqoriyasızlar

Türkiyə XİN: Ermənistanla ticarət əlaqələrinin başlanması üçün hazırlıqlar başa çatıb

13 May, 2026
İqtisadiyyat Nazirliyinin rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
  • Kateqoriyasızlar

İqtisadiyyat Nazirliyinin rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

9 May, 2026

Top 7 Xəbər

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik 1

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik

25 May, 2026
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 2

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

25 May, 2026
Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq 3

Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq

25 May, 2026
Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb 4

Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb

25 May, 2026
QMİ Qurban bayramı ilə bağlı fətva verib 5

QMİ Qurban bayramı ilə bağlı fətva verib

25 May, 2026
Xəzər dənizində zəlzələ olub 6

Xəzər dənizində zəlzələ olub

25 May, 2026
Qalibaf: Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq 7

Qalibaf: Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq

23 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 495)
  • Dünya (3. 380)
  • Gündəm (11. 798)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 391)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9495) Dünya (3380) Gündəm (11798) Kateqoriyasızlar (496) Kriminal (1391) Mədəniyyət (351) Siyasət (2994) Texnologiya (14) İdman (652) İqtisadiyyat (597)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik 25 May, 2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25 May, 2026
  • Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq 25 May, 2026
  • Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb 25 May, 2026
  • QMİ Qurban bayramı ilə bağlı fətva verib 25 May, 2026
© Addim.az | MoreNews by AF themes.