Skip to content
13 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 494)
  • Dünya (3. 051)
  • Gündəm (10. 610)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Dünya
  • Dünya
  • Gündəm

BİZİM TƏQVİM: 27 mayda dünyada nələr olub?

2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvanda Azərbaycan və Ermənistan arasında silahlı toqquşma olub. Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə
Cavidan 27 May, 2024

2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvanda Azərbaycan və Ermənistan arasında silahlı toqquşma olub. Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçib.

Döyüşlər nəticəsində, ümumi olaraq, 11,000 hektarlıq ərazi azad olunub. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor- Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib.

Bəs, mayın 27-də dünyada daha hansı hadisələr baş verib?

1. 1703-cü ildə Rusiya çarı I Pyotrun təşəbbüsü ilə Sankt-Peterburq şəhərinin əsası qoyulub. 1914-cü ilin avqustundan bu şəhər Petroqrad, Sovet hakimiyyəti illərində Leninqrad adlandırılıb. 1990-cı ilin əvvəllərində şəhərin ilkin adı bərpa olunub.

2. Rusiya ilə Yaponiya arasında Şərqi Asiya hökmranlığı üstündə çıxan savaşda – Tsushima Dəniz Müharibəsində Yaponiya Donanması 1905-ci ilin 27 mayında Rusiyanın Sakit Okean Donanması, ondan sonra bölgəyə göndərilən Baltik Donanmasını məhv edib. Bu nəticə Rusiya çarlığının süqutu prosesinə yol açan donanma üsyanlarının başlanmasına səbəb olub.

3. 27 may 1918-ci ildə Transqafqaz Seyminin buraxılması ilə əlaqədar yaranmış böhranlı vəziyyəti müzakirə etmək üçün seym fraksiyasına daxil olan Azərbaycan nümayəndələrinin fövqəladə iclası keçirilib. İclasda Azərbaycanın idarə olunması ələ alındı və Məhəmməd Əmin Rəsulzadənin sədrliyilə Azərbaycan Müvəqqəti Milli Şurası elan edilib. Müxtəlif sahələrdə işlərə rəhbərlik etmək üçün Milli Şuranın 9 nəfərdən ibarət icraiyyə orqanı yaradılıb və Fətəli xan Xoyski yekdilliklə onun sədri (baş nazir) seçilib.

4. 1960-cı ilin 27 mayında Türkiyədə hərbi çevriliş baş verib. Nəticədə prezident Cəlal Bayar və Adnan Menderes hökuməti vəzifələrindən kənarlaşdırılıblar.

5. 1992-ci il 27 mayda Milli Məclis Azərbaycan respublikasının dövlət himnini təsdiq edib. Müstəqil dövlətin himninin müəllifi dahi bəstəkar Üzeyir Hacıbəyovdur. Himnin mətni isə görkəmli Azərbaycan şairi Əhməd Cavada məxsusdur.

6. SSRİ-dəki əmək düşərgələri (kolxoz, sovxoz və s.) haqqında kitabından sonra – 1974-cü ildə ölkədən sürgün edilən yazıçı Aleksandr Soljenitsin 20 il sonra – 1994-cü ilin 27 mayında geri qayıtdı.

7. 27 may 2001-ci ildə 53 ölkə Afrika Birliyini qurub.

8. 27 may – Beynəlxalq Rəqs Günüdür. Beynəlxalq Teatr İnstitutu və UNESCO ortağı QHT Beynəlxalq Rəqs Komitəsi tərəfindən 1982-ci ildə tanıdılıb və hər il 29 apreldə qeyd edilir.

27 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1. Bu gün dahi skripkaçı, musiqidə romantizmin banisi Nikkola Paqanininin xatirə günüdür. Paqanini 1840-cı ilin 27 mayında 58 yaşında Nitsa şəhərində vəfat edib. Lakin dini fikirlərinə görə Roma Papası görkəmli bəstəkar və ifaçının İtaliyada dəfn olunmasına icazə verməyib. Uzun illərdən sonra onun cənazəsinin qalıqları Parmaya köçürülüb. (1782-1840)

2. 27 may müasir bakterologiya və epidemiologiyanın banisi, alman mikrobioloqu Robert Koxun xatirə günüdür. Alim 1910-cu ilin bu günü 67 yaşında Baden-Baden şəhərində vəfat edib. (1843-1910)

3. Türkiyədə ötən əsrin görkəmli ilahiyyatçılarından olan Məhəmməd Hamdi Yazır 1942-ci ilin 27 mayında 64 yaşında vəfat edib. Onun tanınan ən mühüm əsəri 9 cilddən ibarət Quranın “Elmalılı Tefsiri”dir. (1878-1942)

4. 1956-cı ilin 27 mayında Azərbaycanın görkəmli şairi Səməd Vurğun vəfat edib (1906- 1956). S.Vurğun Azərbaycanın ilk Xalq şairi, Azərbaycan SSR-in Əməkdar İncəsənət Xadimi fəxri adlarına layiq görülüb. S.Vurğun Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü və vitse-prezidenti, Azərbaycanın Xarici Ölkələrlə Mədəni Əlaqə Cəmiyyətinin sədri olub.

5. Azərbaycanın xalq şairi, nasir, publisist Söhrab Tahir 27 may 1926-cı ildə anadan olub.

6. Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev 27 may 1950-ci ildə dünyaya gəlib. (Bizim.Media)

Continue Reading

Previous: Azərbaycanda müstəqil ekspert sertifikatı alan şəxslərə dair tələblər müəyyənləşib
Next: Bakıda tozlu hava davam edir: 3 dəfə çoxdur

Bölmənin digər xəbərləri

ABŞ, Ukrayna və “Avropa Üçlüsü”nün Parisdə keçiriləcək görüşü ləğv edilib
  • Cəmiyyət

ABŞ, Ukrayna və “Avropa Üçlüsü”nün Parisdə keçiriləcək görüşü ləğv edilib

13 Dekabr, 2025
Bakıda “16-cı NATO günləri” keçirilib
  • Cəmiyyət

Bakıda “16-cı NATO günləri” keçirilib

13 Dekabr, 2025
TÜRKPA sədri: Özbəkistanla Türk dünyası əsrlərdən bəri möhkəm bağlarla birləşib
  • Cəmiyyət

TÜRKPA sədri: Özbəkistanla Türk dünyası əsrlərdən bəri möhkəm bağlarla birləşib

13 Dekabr, 2025

Top 7 Xəbər

ABŞ, Ukrayna və “Avropa Üçlüsü”nün Parisdə keçiriləcək görüşü ləğv edilib 1

ABŞ, Ukrayna və “Avropa Üçlüsü”nün Parisdə keçiriləcək görüşü ləğv edilib

13 Dekabr, 2025
Bakıda “16-cı NATO günləri” keçirilib 2

Bakıda “16-cı NATO günləri” keçirilib

13 Dekabr, 2025
TÜRKPA sədri: Özbəkistanla Türk dünyası əsrlərdən bəri möhkəm bağlarla birləşib 3

TÜRKPA sədri: Özbəkistanla Türk dünyası əsrlərdən bəri möhkəm bağlarla birləşib

13 Dekabr, 2025
Ukrayna Prezidenti gələn həftə Almaniyaya səfər edəcək 4

Ukrayna Prezidenti gələn həftə Almaniyaya səfər edəcək

12 Dekabr, 2025
Ərdoğan: Türkiyə Ukraynada müharibənin dayandırılması üçün danışıqlara ev sahibliyi edə bilər 5

Ərdoğan: Türkiyə Ukraynada müharibənin dayandırılması üçün danışıqlara ev sahibliyi edə bilər

12 Dekabr, 2025
Ərdoğan: Pakistan və Əfqanıstan arasında barışığa töhfə verməyə hazırıq 6

Ərdoğan: Pakistan və Əfqanıstan arasında barışığa töhfə verməyə hazırıq

12 Dekabr, 2025
Sabahdan havanın temperaturu 5-7 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq – XƏBƏRDARLIQ 7

Sabahdan havanın temperaturu 5-7 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq – XƏBƏRDARLIQ

12 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 494)
  • Dünya (3. 051)
  • Gündəm (10. 610)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8494) Dünya (3051) Gündəm (10610) Kateqoriyasızlar (437) Kriminal (1294) Mədəniyyət (322) Siyasət (2909) Texnologiya (14) İdman (593) İqtisadiyyat (550)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • ABŞ, Ukrayna və “Avropa Üçlüsü”nün Parisdə keçiriləcək görüşü ləğv edilib 13 Dekabr, 2025
  • Bakıda “16-cı NATO günləri” keçirilib 13 Dekabr, 2025
  • TÜRKPA sədri: Özbəkistanla Türk dünyası əsrlərdən bəri möhkəm bağlarla birləşib 13 Dekabr, 2025
  • Ukrayna Prezidenti gələn həftə Almaniyaya səfər edəcək 12 Dekabr, 2025
  • Ərdoğan: Türkiyə Ukraynada müharibənin dayandırılması üçün danışıqlara ev sahibliyi edə bilər 12 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.