Skip to content
29 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Manaf Manafov: Qarabağda qalanan tonqalın alovunun istisi bütün Azərbaycana yayıldı
  • Cəmiyyət

Manaf Manafov: Qarabağda qalanan tonqalın alovunun istisi bütün Azərbaycana yayıldı

Cavidan 14 Mart, 2024
-fe740745161624233969357899910508069

Manaf Manafov
Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi

Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanda digər milli adət-ənənələrimiz kimi, Novruz bayramı da xalqın sevgisi və ehtiramı səviyyəsində qeyd edilir. Amma xalqımız ən gözəl Novruz bayramını məhz 2021-ci il martın 20-də qeyd elədi. Həmin gün Şuşada, Cıdır düzündən Azərbaycan xalqını bayram münasibətilə təbrik edən Prezidenti İlham Əliyev dedi: “Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram”. Həmin gündən bayramlarımız tamam başqa və gözəl ab-havada keçirilir.

Novruz təkcə təbiətdə deyil, düşüncələrdə də yeniləşmənin rəmzi kimi qəbul edilir. Zərdüşt peyğəmbərə görə, bu bayramda insanlar gözəl düşünür, xeyirli sözlər danışır və savab işlər görürlər.

 Novruz bayramı yalnız onu qeyd edən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı, bütün Şərqdə qeyd olunur. 2010-cu il fevralın 23-də BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.

Novruzun azərbaycanlıların ən əziz bayramı olduğunu və tarixi irsə bağlılığımızı parlaq nümayiş etdirdiyini deyən Ümummilli Lider Heydər Əliyev çıxışlarında bildirmişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.

Ümummilli Liderin bu sözləri öz təsdiqini tapdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti və rəşadətli Ordumuzun sayəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azadlığına qovuşdu. 2021-ci il martın 21-də Şuşada qalanan tonqalın alovunun istisi bütün Azərbaycana yayıldı.

Hazırda işğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq işləri aparılır. Bir vaxtlar doğma yurdlarını məcburən tərk etmiş vətəndaşlarımız mərhələ-mərhələ onlar üçün müasir üslubda tikilmiş evlərə köçürülür.  Artıq Zəngilanın, Laçının, Fizulinin, Cəbrayılın sakinləri Novruzu öz doğma ev-eşiklərində qarşılayırlar.  İşğaldan azad edilən digər şəhər və kəndlərimizə də keçmiş məcburi köçkünlərin qayıdışı prossesi davam edir.  Bütün bunlar dövlətimizin iqtisadi gücünün göstəricisidir. Arzu edirik ki, işğaldan azad edilmiş bütün rayonlarımızın sakinləri doğma yurdlarına qayıtsınlar və bayram tonqallarını qalasınlar.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Musa Qurbanlı İsveçdə klubunu dəyişə bilər
Next: Sabahın hava – Proqnozu

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-29 120518
  • Cəmiyyət

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

Cavidan 29 İyun, 2026
Screenshot 2026-06-29 113529
  • Cəmiyyət

Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

Cavidan 29 İyun, 2026
Screenshot 2026-06-29 103851
  • Cəmiyyət

Rəsmi Bakıdan İsrailə çağırış – “Bu qərar ciddi narahatlıq doğurur”

Cavidan 29 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 657)
  • Dünya (3. 423)
  • Gündəm (11. 905)
  • İdman (668)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib Screenshot 2026-06-29 120518 1
  • Cəmiyyət

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

29 İyun, 2026
Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil Screenshot 2026-06-29 113529 2
  • Cəmiyyət

Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

29 İyun, 2026
Rəsmi Bakıdan İsrailə çağırış – “Bu qərar ciddi narahatlıq doğurur” Screenshot 2026-06-29 103851 3
  • Cəmiyyət

Rəsmi Bakıdan İsrailə çağırış – “Bu qərar ciddi narahatlıq doğurur”

29 İyun, 2026
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi Screenshot 2026-06-29 100122 4
  • Mədəniyyət

Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

29 İyun, 2026
Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq Screenshot 2026-06-29 092049 5
  • Cəmiyyət

Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

29 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9657) Dünya (3423) Gündəm (11905) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.