Delimitasiya və demarkasiyanın məqsədi bir tərəfdə Ermənistan, digər tərəfdə Azərbaycan olmaqla, sərhəd xəttini dəqiq müəyyən etməkdir.
Bunu martın 13-də parlamentdə jurnalistlərlə söhbətində Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.
“Hər iki tərəf üçün məqbul olan, bu proses üçün əsas olacaq hüquqi xəritəni götürməkdir”, – o əlavə edib.
Ermənistanın baş naziri Nikol Paşinyanın infrastrukturların Ermənistan ərazisindən keçməsi üçün yenidən qurulmalı olduğu barədə bəyanatına toxunan nazir qeyd edib:
“Bu ərazilərdə yollar və ya digər infrastrukturlar sərhədə kifayət qədər yaxındır. Bəzi yerlərdə ola bilər ki, onlar sərhədi keçsinlər, bu o deməkdir ki, bəzi hissələrdə yenidən strukturlaşma məsələsi yarana bilər. Söhbət bu gün istifadədə olan yoldan gedir”.
Ermənistana daxil olan yalnız yollar və ya qaz kəmərinin marşrutunun dəyişdirilməli olub-olmaması ilə bağlı aydınlaşdırıcı suala nazir belə cavab verib: “İş aparılmalıdır, onun nəticələrinə əsasən aydın olacaq ki, söhbət yalnız yoldan gedir, ya yox. Hələ bu işlərə başlanmayıb”.
“Hələ heç nə aydın deyilsə, komissiyaların hələ görəcəyi işlər varsa, o zaman baş nazir niyə bu 4 kəndin Ermənistan Respublikası ərazisində yerləşmədiyini söyləməyə tələsib” sualına Sanosyan belə cavab verib: “Baxmayaraq ki, iş gedir və hələ tamamlanmayıb, amma müəyyən xəritələr var ki, nəyisə göstərir”.