Skip to content
30 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 338)
  • Dünya (3. 346)
  • Gündəm (11. 689)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (347)
  • Siyasət (2. 986)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Atalar da uşaqlara görə əmək pensiyaları ala biləcək – Şərtlər açıqlandı

Analarla bərabər ataların da uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olacaq, güzəştə yol verən
Cavidan 6 Mart, 2024

Analarla bərabər ataların da uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olacaq, güzəştə yol verən şərtlər sırasına valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağı hal da şamil ediləcək.

Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, 3 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Mövcud qanuna görə, beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya əlilliyi müəyyən edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

Təklif olunan dəyişikliyə əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olacaq.

Həmin kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda tətbiq ediləcək.

Layihə parlamentin plenar iclasına tövsiyə edilib.

Continue Reading

Previous: Azərbaycanda evlənənlərin sayı azalıb, boşanmalar artıb – Yeni statistika
Next: Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

Bölmənin digər xəbərləri

Mayın ilk günündə 25 dərəcə isti olacaq
  • Cəmiyyət

Mayın ilk günündə 25 dərəcə isti olacaq

30 Aprel, 2026
“Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidməti istifadəyə verilib
  • Cəmiyyət

“Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidməti istifadəyə verilib

30 Aprel, 2026
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub
  • Cəmiyyət

Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub

30 Aprel, 2026

Top 7 Xəbər

Mayın ilk günündə 25 dərəcə isti olacaq 1

Mayın ilk günündə 25 dərəcə isti olacaq

30 Aprel, 2026
“Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidməti istifadəyə verilib 2

“Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidməti istifadəyə verilib

30 Aprel, 2026
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub 3

Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub

30 Aprel, 2026
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək 4

Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək

30 Aprel, 2026
Rusiyada mədən çöküb, uçqun altında qalanlar var 5

Rusiyada mədən çöküb, uçqun altında qalanlar var

30 Aprel, 2026
Premyer Liqa: Təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu bu gün keçiriləcək 6

Premyer Liqa: Təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu bu gün keçiriləcək

30 Aprel, 2026
Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür 7

Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür

30 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 338)
  • Dünya (3. 346)
  • Gündəm (11. 689)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (347)
  • Siyasət (2. 986)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9338) Dünya (3346) Gündəm (11689) Kateqoriyasızlar (484) Kriminal (1378) Mədəniyyət (347) Siyasət (2986) Texnologiya (14) İdman (648) İqtisadiyyat (591)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Mayın ilk günündə 25 dərəcə isti olacaq 30 Aprel, 2026
  • “Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidməti istifadəyə verilib 30 Aprel, 2026
  • Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub 30 Aprel, 2026
  • Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək 30 Aprel, 2026
  • Rusiyada mədən çöküb, uçqun altında qalanlar var 30 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.