Skip to content
10 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 874)
  • Dünya (3. 183)
  • Gündəm (11. 096)
  • İdman (619)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (460)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 938)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Zeynəb Xanlarovanın bacısı oğlundan xəbər var – TƏFƏRRÜAT

Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov və digərlərinin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının
Cavidan 12 Fevral, 2024

Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov və digərlərinin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub. Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses fevralın 13-nə təyin edilib. Şikayət hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq. Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Çingiz Səfərov 3 il 6 ay, sabiq icra nümayəndəsi Rahil Babayev 2 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, polisin nəzarəti altında verilmiş Daşqın Nəsirov 5 il 6 ay şərti cəza verilib. Bundan başqa, ev dustaqlığında olan Eldar Mirzəyevlə Zəfər Abdulovun hər biri isə 1 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti olaraq azadlıqdan məhrum olunub. Bu hökmdən həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmiş tərəf narazı qalıb və apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qərarı dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlayıb. Qeyd: Türkan qəsəbə sakinləri Xumara Şabanova və Əzizxanım Atayevaya məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla qanunsuz satılması faktı ilə bağlı prokurorluq orqanları tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanıb. Aparılmış istintaqla fərdi qaydada torpaq alqı-satqısı ilə məşğul olan Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirovun təhriki ilə Xəzər RİH-nin başçısının Türkan qəsəbəsi üzrə sabiq nümayəndəsi Rahil Babayev və bələdiyyənin sabiq sədri Mehman Ağayevin, eləcə də ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulovun, sabiq rəis müavini Eldar Mirzəyevlə qabaqcadan əlbir olub öz qulluq səlahiyyətlərindən sui-istifadə edib paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində dəniz sahilində yerləşən ümumilikdə 1.12 ha ölçüdə, 190 min manat dəyərində torpaq sahəsinin ayrı-ayrı şəxslərin qanunsuz mülkiyyətinə vermələrinə əsaslı şübhələr müəyyən edilib. İstintaq zamanı Ç.Səfərov, Qərib Nadirov və D.Nəsirov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda), 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) və başqa maddələri ilə, Rahil Babayev, M.Ağayev, Z.Abdulov və E.Mirzəyev isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Təqsirləndirilən R.Babayev və Ç.Səfərov barəsində məhkəmənin qərarı ilə həbs, D.Nəsirov barəsində həbsə alternativ olan ev dustaqlığı, Z.Abdulov və E.Mirzəyev barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, M.Ağayev və Qərib Nadirov isə istintaq orqanının çağırışlarına gəlməkdən qəsdən boyun qaçırdıqlarına görə barələrində axtarış elan edilib. 29.04.2021-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Qeyd edilməlidir ki, axtarış elan edilmiş M.Ağayev və Q.Nadirov barəsində cinayət işi ayrıca icraata ayrılaraq hazırda Baş Prokurorluğun İstintaq idarəsində istintaqı davam etdirilir. Xatırlatma: D.Nəsirov Xalq artisti, Milli Məclisin sabiq deputatı Zeynəb Xanlarovanın bacısı oğludur.(Pravda)

Continue Reading

Previous: Qarabağ məsələsi bağlıdır – Rusiya səfiri
Next: FHN-dən yanğınla bağlı əhaliyə XƏBƏRDARLIQ – VİDEO

Bölmənin digər xəbərləri

İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb
  • Gündəm

İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb

10 Fevral, 2026
ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib
  • Cəmiyyət

ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib

10 Fevral, 2026
Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir?
  • Cəmiyyət

Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir?

10 Fevral, 2026

Top 7 Xəbər

İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb 1

İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb

10 Fevral, 2026
ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib 2

ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib

10 Fevral, 2026
“Tahir Gözəllə bu barədə danışmamışam” – Qurban Qurbanov 3

“Tahir Gözəllə bu barədə danışmamışam” – Qurban Qurbanov

10 Fevral, 2026
Yağıntılar nə vaxt kəsiləcək? 4

Yağıntılar nə vaxt kəsiləcək?

10 Fevral, 2026
Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir? 5

Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir?

10 Fevral, 2026
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi 6

Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi

10 Fevral, 2026
Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib 7

Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib

10 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 874)
  • Dünya (3. 183)
  • Gündəm (11. 096)
  • İdman (619)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (460)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 938)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8874) Dünya (3183) Gündəm (11096) Kateqoriyasızlar (460) Kriminal (1332) Mədəniyyət (334) Siyasət (2938) Texnologiya (14) İdman (619) İqtisadiyyat (568)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb 10 Fevral, 2026
  • ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib 10 Fevral, 2026
  • “Tahir Gözəllə bu barədə danışmamışam” – Qurban Qurbanov 10 Fevral, 2026
  • Yağıntılar nə vaxt kəsiləcək? 10 Fevral, 2026
  • Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir? 10 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.