Skip to content
23 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 489)
  • Dünya (3. 377)
  • Gündəm (11. 792)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 390)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

FHN-dən yanğınla bağlı əhaliyə XƏBƏRDARLIQ – VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir. Bu
Cavidan 12 Fevral, 2024

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, respublika ərazisində baş verən yanğınların Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış statistik təhlili göstərir ki, yanğınların böyük əksəriyyəti yaşayış sektorunun payına düşür. Yaşayış sektorunda baş verən yanğınların isə təqribən 50 faizi elektrik avadanlıqlarının, 15 faizi qaz cihazlarının (qurğularının) quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verir. Bununla yanaşı, odla ehtiyatsızlıq, uşaqların nəzarətsiz qalması və s. kimi səbəblər də yanğınların baş verməsində əsas faktorlardandır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, aşağıda göstərilən mühüm yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:

– elektrik və qaz şəbəkəsinin quraşdırılmasını yalnız mütəxəssislərə həvalə edin və bu məqsədlə keyfiyyətli məhsullardan istifadə edin!

– standartlara uyğun olmayan qaz cihazlarından istifadə yanğın və partlayış təhlükəsi yaratdığından, onların istismarına yol verməyin!

– elektrik xətləri və uzadıcılarını həddindən artıq yükləməyin!

– elektrik avadanlıqları və qaz cihazlarını işlək vəziyyətdə qoyub mənzili tərk etməyin!

– mənzil daxilində, eyvan və pilləkən qəfəslərində tezalışan yanar maddə saxlamayın!

– mənzilə daxil olarkən qaz qoxusu hiss etdikdə işığı yandırmayın, qapı-pəncərələri açın, mənzilə qazın girişini bağlayın və mütəxəssis çağırın!

– uşaqları nəzarətsiz qoymayın, onların elektrik və qaz cihazlarından istifadəsinə yol verməyin!

– tam söndürülməmiş kibrit və siqaret kötüyünü zibil qutusuna və ya eyvandan atmayın!

Göstərilən sadə, lakin çox vacib təhlükəsizlik qaydalarına əməl etməklə, həyat və sağlamlığa, əmlaka mümkün zərərlərin qarşısı alınmış olacaq!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng vurun!

[media=https://youtu.be/eBwcWVmWHl0]

Continue Reading

Previous: Zeynəb Xanlarovanın bacısı oğlundan xəbər var – TƏFƏRRÜAT
Next: Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini bu tarixdə TƏSDİQLƏYƏCƏK

Bölmənin digər xəbərləri

May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
  • Cəmiyyət

May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

23 May, 2026
Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb
  • Cəmiyyət

Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb

23 May, 2026
Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ
  • Cəmiyyət

Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ

22 May, 2026

Top 7 Xəbər

May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb 1

May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

23 May, 2026
Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb 2

Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb

23 May, 2026
Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ 3

Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ

22 May, 2026
Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb 4

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

22 May, 2026
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə “Meydançanın kralı və kraliçası” turniri keçiriləcək 5

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə “Meydançanın kralı və kraliçası” turniri keçiriləcək

22 May, 2026
“Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu 6

“Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu

22 May, 2026
TDT Baş katibi: Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artlb 7

TDT Baş katibi: Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artlb

22 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 489)
  • Dünya (3. 377)
  • Gündəm (11. 792)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 390)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9489) Dünya (3377) Gündəm (11792) Kateqoriyasızlar (496) Kriminal (1390) Mədəniyyət (351) Siyasət (2994) Texnologiya (14) İdman (652) İqtisadiyyat (597)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb 23 May, 2026
  • Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb 23 May, 2026
  • Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ 22 May, 2026
  • Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb 22 May, 2026
  • Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə “Meydançanın kralı və kraliçası” turniri keçiriləcək 22 May, 2026
© Addim.az | MoreNews by AF themes.