Skip to content
10 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 874)
  • Dünya (3. 183)
  • Gündəm (11. 095)
  • İdman (619)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (460)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 937)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Rəsulzadənin ev-muzeyi yaradıldı – VİDEO

Bu gün görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyidir. M.Ə.Rəsulzadə
Cavidan 31 Yanvar, 2024

Bu gün görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyidir. M.Ə.Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub. Prezident İlham Əliyevin sərəncamı ilə Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi dövlət səviyyəsində qeyd olunur. M.Ə. Rəsulzadənin şəxsiyyəti, tərcümeyi-halının çox az məlum olan fəsilləri, fotoşəkilləri, arxiv sənədləri və  şəxsi əşyaları ilə sözsüz ki, bütün ictimaiyyət tanış olmaq arzusundadır. Lakin təəssüf ki, bu günə kimi Bakıda onun ev muzeyi yaradılmayıb. Bu səhvi aradan qaldırmaq üçün tanınmış tarixçi, professor Solmaz Tohidi-Rüstəmova tərəfindən “Rəsulzadə ev-muzeyi ictimai qrup” yaradılmasına baxmayaraq, illər boyu bu məsələ hələ də öz həllini tapmayıb. Modern.az xəbər verir ki, həmin qrupun üzvü, VMF Holdinq-in rəhbəri Vahid Mustafayev bildirib ki, döymədikləri qapı qalmasa da, hələ də bu muzeyin açarını əlində tutan məmuru tapa bilməyiblər. “Türkiyə, İran, Polşa və dünyanın digər ölkələrdəki həmfikirlərimiz Rəsulzadənin şəxsi əşyaları və əvəzsiz materiallar və sənədləri bizim muzeyimizlə bölüşməyə hazır olsalar belə, bu məsələ hələ də həll olunmamış qalır”. V.Mustafayev deyib ki, “Rəsulzadə ev-muzeyi ictimai qrupu”nun sifarişi ilə ANS Şirkətlər Qrupu və VMF Holdinq Məhəmməd Əmin Rəsulzadənin 140-cı ildönümü yubileyində onun Virtual Ev-Muzeyini yaardıb. Virtual Ev-Muzeyi bir neçə bölmədən ibarətdir: burada Rəsulzadənin Bakı şəhərində AXC parlamentinin üzvü olan dövrdə ona dövlət tərəfindən verilən üçotaqlı mənzil, onun tərcümeyi-halı, şəxsi arxivi və şəxsi əşyalar, rəsmlər, fotokolleksiyası var. “Fotolara gəldikdə, mütləq qeyd etmək istəyirəm ki, ANS PRESS informasiya agentliyinin əməkdaşları tərəfindən 100-ə yaxın şəkil Süni İntellekt vasitəsi ilə tam şəkildə bərpa olunub və muzey web-sayt şəklində internetdə dərc olunandan sonra geniş ictimaiyyətə istifadə üçün açıq olacaq.”, – V.Mustafayev deyib. O bildirib ki, Rəsulzadənin ev-muzeyinin məhz virtual olaraq internet resursları vasitəsi ilə fəaliyyət göstərməsinin öz üstünlükləri var: İnternet auditoriyasının əhatə dairəsi daha genişdir – bu, Rəsulzadənin şəxsiyyətinə marağın böyük olduğunu nəzərə alsaq, xüsusilə vacibdir. “Bunu da vurğulamalıyam ki, ekspozisiyalar professor Solmaz Tohidi-Rüstəmovanın təklifi ilə Rəsulzadənin əziz dostu və silahdaşı, bəstəkar Üzeyir Hacıbəyovun “Sənsiz” romansı ilə müşayiət olunmaqla muzey ziyarətçilərində əlavə emosional duyğular yaradacaq. Muzeyin web versiyası və saytı işlənib qurtarmaqdadır. Lakin bu ad günü biz Sizi, əziz Rəsulzadə irsini sevənləri muzeysiz qoya bilməzdik. Yetər 140 il gözlədik!”.

Continue Reading

Previous: Ukraynanın daha çox sursata ehtiyacı var – Borel
Next: Konstitusiyamızda hansı maddə İrəvanı narahat edir?

Bölmənin digər xəbərləri

ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib
  • Cəmiyyət

ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib

10 Fevral, 2026
Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir?
  • Cəmiyyət

Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir?

10 Fevral, 2026
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi
  • Cəmiyyət

Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi

10 Fevral, 2026

Top 7 Xəbər

ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib 1

ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib

10 Fevral, 2026
“Tahir Gözəllə bu barədə danışmamışam” – Qurban Qurbanov 2

“Tahir Gözəllə bu barədə danışmamışam” – Qurban Qurbanov

10 Fevral, 2026
Yağıntılar nə vaxt kəsiləcək? 3

Yağıntılar nə vaxt kəsiləcək?

10 Fevral, 2026
Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir? 4

Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir?

10 Fevral, 2026
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi 5

Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi

10 Fevral, 2026
Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib 6

Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib

10 Fevral, 2026
Lukaşenko: Sərhədlərimizdə, xüsusilə Polşa tərəfindən hərbi fəallığın artırılması narahatlıq doğurur 7

Lukaşenko: Sərhədlərimizdə, xüsusilə Polşa tərəfindən hərbi fəallığın artırılması narahatlıq doğurur

10 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 874)
  • Dünya (3. 183)
  • Gündəm (11. 095)
  • İdman (619)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (460)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 937)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8874) Dünya (3183) Gündəm (11095) Kateqoriyasızlar (460) Kriminal (1332) Mədəniyyət (334) Siyasət (2937) Texnologiya (14) İdman (619) İqtisadiyyat (568)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib 10 Fevral, 2026
  • “Tahir Gözəllə bu barədə danışmamışam” – Qurban Qurbanov 10 Fevral, 2026
  • Yağıntılar nə vaxt kəsiləcək? 10 Fevral, 2026
  • Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir? 10 Fevral, 2026
  • Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi 10 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.