Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçiriləcək.
İdarə Heyətinin genişləndirilmiş iclası sabah, dekabrın 15-də saat 10:00-da başlayacaq.
Heydər Əliyev Mərkəzində keçiriləcək iclasda partiyanın növbədənkənar prezident seçkilərində namizədi irəli sürüləcək.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Bir neçə gün öncə YAP sədrinin müavini Tahir Budaqov bildirib ki, hakim partiyanın 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq.