Skip to content
14 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Taksi sürücülərindən tələb ediləcək sənədlər açıqlandı
  • Cəmiyyət
  • Gündəm

Taksi sürücülərindən tələb ediləcək sənədlər açıqlandı

Taksi sürücülərindən xüsusi hazırlıq üzrə dərslərdə iştirak etmək üçün tələb ediləcək sənədlər açıqlanıb. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2016-cı
Cavidan 1 Dekabr, 2023
taksi_suruculerinin_nezerine (1)jpg-1701420472

Taksi sürücülərindən xüsusi hazırlıq üzrə dərslərdə iştirak etmək üçün tələb ediləcək sənədlər açıqlanıb. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2016-cı il 16 may tarixli 18/Q nömrəli qərarı ilə təsdiq edilmiş “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası”nda edilmiş dəyişikliklərdə əksini tapıb. Dəyişikliyə əsasən, sürücülər xüsusi hazırlıq üzrə dərslərdə iştirak etmək üçün aşağıdakı sənədləri bu Qaydada göstərilən qurumlara təqdim etməlidirlər: – şəxsiyyəti təsdiq edən sənədin surəti; – bir ədəd fotoşəkil (3×4 sm ölçüsündə); – sürücülük vəsiqəsinin surəti. Xüsusi hazırlığı keçirən qurumlar tərəfindən yuxarıda qeyd edilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sürücülərdən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sürücülərin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sürücülər tərəfindən təmin edilir. Xüsusi hazırlıqda iştirak etmək üçün müraciət etmiş və bu Qaydada göstərilən sənədləri təqdim etmiş sürücülərə hazırlığın başlanılmasına azı 5 (beş) gün qalmış bu barədə məlumat verilir. Xüsusi hazırlıq üzrə mühazirələr bu Qaydanın tələbi nəzərə alınmaqla, əyani formada keçirilir. Xüsusi hazırlıq üzrə mühazirələr sürücülərin müraciət etdiyi halda, habelə forsmajor hallarda həmin mühazirələri keçirən bu Qaydanın 4-cü hissəsində göstərilən qurumların qərarı əsasında distant formada və ya əyani və distant formanın birgə tətbiqi ilə keçirilə bilər. Xüsusi hazırlıq zamanı şəxslər kağız və (və ya) elektron daşıyıcılarda hazırlıq materialları ilə təmin olunurlar. Qeyd edək ki, xüsusi hazırlığın təşkili və keçirilməsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə təhsili müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin edilir.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Şagirdi ölən məktəb DİSTANT TƏHSİLƏ KEÇDİ
Next: Moskvada azərbaycanlı iş adamlarına məxsus bazar yanır

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-14 115333
  • Cəmiyyət

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 103027
  • Cəmiyyət

Hikmət Hacıyev: Süni intellekt artıq reallığa çevrilib

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 095154
  • Cəmiyyət

Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından 6 il ötür

Cavidan 14 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 737)
  • Dünya (3. 453)
  • Gündəm (11. 948)
  • İdman (673)
  • İqtisadiyyat (605)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 411)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 014)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib Screenshot 2026-07-14 115333 1
  • Cəmiyyət

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib

14 İyul, 2026
İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış edirlər Screenshot 2026-07-14 105650 2
  • Siyasət

İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış edirlər

14 İyul, 2026
Hikmət Hacıyev: Süni intellekt artıq reallığa çevrilib Screenshot 2026-07-14 103027 3
  • Cəmiyyət

Hikmət Hacıyev: Süni intellekt artıq reallığa çevrilib

14 İyul, 2026
Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb Screenshot 2026-07-14 101330 4
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

14 İyul, 2026
Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından 6 il ötür Screenshot 2026-07-14 095154 5
  • Cəmiyyət

Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından 6 il ötür

14 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9737) Dünya (3453) Gündəm (11948) Kateqoriyasızlar (522) Kriminal (1411) Mədəniyyət (356) Siyasət (3014) Texnologiya (15) İdman (673) İqtisadiyyat (605)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.