Skip to content
8 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 442)
  • Dünya (3. 042)
  • Gündəm (10. 560)
  • İdman (588)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Quru sərhədlərlə bağlı VACİB XƏBƏR: Yanvardan…

Uzun müddətdir ölkədə narahatlığa səbəb olan problemlərdən biri quru sərhədlərin açılmamasıdır. Artıq 3 ildir ki, quru sərhədlər bağlıdır.
Cavidan 20 Noyabr, 2023

Uzun müddətdir ölkədə narahatlığa səbəb olan problemlərdən biri quru sərhədlərin açılmamasıdır.

Artıq 3 ildir ki, quru sərhədlər bağlıdır. Xüsusən yaxınları və özü xaricdə olan vətəndaşlarımız narahatdır. Quru sərhədlər bağlı, təyyarə biletləri baha olduğundan əksəriyyət uzun müddət ölkəyə gələ və ya yaxınlarının yanına gedə bilmir.

Son dəfə quru sərhədlərin noyabrda açılacağı deyilsə də, lakin hələ də bağlıdır. Quru sərhədlərin il sonuna qədər açılması gözlənilir?

Deputat Fazil Mustafa açıqlamasında bildirib ki, quru sərhədlərin açılması ilə bağlı hələ ki bir qərar yoxdur: “Biz də təklif etmişik ki, xəstə və tələbələr üçün bu məsələ asanlaşdırılmalı, quru sərhədlər açılmalıdır. Ancaq hələ Nazirlər Kabineti yanında Operativ Qərargah bununla bağlı yeni qaydalar qəbul etməyib. Ümid edək ki, yanvar ayından bu məsələ öz həllini tapsın”.

Müsahibimiz qeyd edib ki, hər halda bunun hansı motivlərlə edildiyi məsələsi dəqiqləşdirilir. “Daha çox təhlükəsizliyi təmin etmək və yayılma ehtimalı olan hər hansı virusun qarşısını almaq düşünülə bilər. Kifayət qədər zəruri məsələdir, mütləq bu yollar açılmalıdır”, – deyə Fazil Mustafa vurğulayıb.

Deputat Razi Nurullayev də açıqlamasında bildirib ki, quru sərhədlərinin bağlı qalması hər bir Azərbaycan vətəndaşını narahat edir: O cümlədən, deputatı kimi məni də narahat edir. Təbii ki, quru sərhədlərinin bağlı qalması üçün hökumətin də əlində kifayət qədər əsaslar var idi. Ümid edirəm ki, artıq bu narahatlıq aradan qalxıb və bundan sonra quru sərhədlərinin bağlı qalmasına ehtiyac yoxdur”.

Deputat ümid edir, Nazirlər Kabineti quru sərhədlərinin bağlı qalmasını noyabrdan o tərəfə uzatmayacaq: “Çox istərdim ki, tez bir zamanda quru sərhədlərinin açılması ilə bağlı bir qərar verilsin”.

R.Nurullayev qeyd edib ki. doğrudan da, quru sərhədlərimizin bağlı qalması həm iqtisadiyyatımıza ziyandır, həm də turizmin inkişafını ləngidir: “O cümlədən, qonşu ölkələrdə yaşayan vətəndaşlarımızın Azərbaycana giriş-çıxışına ciddi əngəl yaradır. Bu hal onlar üçün əlavə maliyyə yükü yaradır. Bu baxımdan quru sərhədlərinin tez bir zamanda açılmasının tərəfdarıyam. Ümid edirəm ki, bu uzatma son olacaq, yanvar ayında insanlarımız quru sərhədlərindən istifadə edə bilər. Yanvarı gözləmədən dekabrda açılacağına da ümid etmək istəyirəm”.

Qeyd edək ki, Azərbaycan 2020-ci ilin martında Covid-19 virusu yayılarkən pandemiyanın qarşısının alınması məqsədilə ölkənin quru sərhədlərini gediş-gəlişə bağlayıb. (Bakıvaxtı.az)

Continue Reading

Previous: Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi – Fotolar
Next: “Azad olunmuş ərazilərdə silahsızlaşdırma prosesi davam edir” – MN

Bölmənin digər xəbərləri

Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ
  • Cəmiyyət

Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ

6 Dekabr, 2025
“Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU
  • Cəmiyyət

“Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU

6 Dekabr, 2025
İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək
  • Cəmiyyət

İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək

6 Dekabr, 2025

Top 7 Xəbər

Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ 1

Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ

6 Dekabr, 2025
“Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU 2

“Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU

6 Dekabr, 2025
İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək 3

İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək

6 Dekabr, 2025
Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı 4

Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı

6 Dekabr, 2025
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb 5

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb

6 Dekabr, 2025
Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək 6

Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək

6 Dekabr, 2025
Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL 7

Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL

6 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 442)
  • Dünya (3. 042)
  • Gündəm (10. 560)
  • İdman (588)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8442) Dünya (3042) Gündəm (10560) Kateqoriyasızlar (435) Kriminal (1292) Mədəniyyət (321) Siyasət (2908) Texnologiya (14) İdman (588) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ 6 Dekabr, 2025
  • “Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU 6 Dekabr, 2025
  • İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək 6 Dekabr, 2025
  • Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı 6 Dekabr, 2025
  • Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb 6 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.