Skip to content
26 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 132)
  • Dünya (3. 280)
  • Gündəm (11. 466)
  • İdman (638)
  • İqtisadiyyat (578)
  • Kateqoriyasızlar (475)
  • Kriminal (1. 357)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Mədəniyyət
  • Mədəniyyət

“İçi mən qarışıq, hər kəs özünü yığışdırmalıdır!”

Son illər yerli şou-biznes nümayəndələrinin bir çoxu verilişlərə getməkdən imtina edirlər. Onlar verilişlərin keyfiyyətindən gileylənir, müğənnilərə hörmətsizlik edildiyini
Cavidan 18 Noyabr, 2023

Son illər yerli şou-biznes nümayəndələrinin bir çoxu verilişlərə getməkdən imtina edirlər. Onlar verilişlərin keyfiyyətindən gileylənir, müğənnilərə hörmətsizlik edildiyini iddia edirlər.

Məsələ ilə bağlı danışan müğənni Nadir Qafarzadə də hər verilişə getmədiyini, getdikləri ilə də öncədən şərt kəsdiyini açıqlayıb:

“Bu gün aləm bir-birinə dəyib, kim harada nə işlə məşğuldur bilinmir. Artıq mən özüm seçirəm gedəcəyim verilişləri. Hətta nəinki verilişi, orada məndən başqa gələcək qonaqları da soruşuram. Çünki mən gedib studiyada sürprizlə qarşılaşmaq istəmirəm, bəlkə gələn elə adam olacaq ki, mənim onunla sözüm düz gəlməyəcək? Bunu etməyə haqqım var, buna yaşım da, fəaliyyətim də, sənət stajım da çatır. Artıq mən gedəcəyim yeri özüm seçirəm, öncədən şərtlərimi bildirirəm, hər verilişə də getmirəm”. 

Sənətçi bəzi proqramlarda biabırçı hallar yaşandığını və bunun izləyici kütləsi cəlb etmək məqsədilə edildiyini bildirib:  

“Ümumiyyətlə, düşünürəm ki, verilişlərimizə əl gəzdirilməli, bəzi aparıcılara “stop” deyilməlidir, artıq bunun zamanıdır. Çox biabırçı hallar yaşanır, bazara çevrilmiş efirlər görürük, bir çoxlarında demək olar ki, efir mədəniyyəti qalmayıb. Tamaşaçı da bundan küsür, inciyir və efirə baxmaqdan qaçır və sosial şəbəkələrə, “YouTube”a üz tutur. Efirlər artıq tamaşaçıları itirməyə başlayıb, bunun da günahkarı elə özləridir. Söhbət bəzilərindən gedir, təbii ki, bu, bütün verilişlərə aid deyil, keyfiyyətli verilişlərimiz var. 

Bəziləri düşünür ki, veriliş vaxtı biabırçı hallar baş versə, baxan çox olacaq, bu, insanlar üçün maraqlı olacaq. Amma insanların da gözü açılıb, onlar bunu hiss edirlər, artıq tamaşaçını aldatmaq olmur. Ona görə düşünürəm ki, özünə, yaşına, sənətinə hörmət edən ifaçılar hər verilişə getməməlidirlər. Düzdür, bəzən olur ki, illərdir tanış olduğun, duz-çörək kəsdiyin adamlar verilişinə dəvət edir və getməli olursan. Amma bu zaman da şərt qoyuram ki, mən yalnız oxumağa gəlirəm, müğənniyəm və peşəm oxumaqdır, mən efirə kiminsə problemini həll etməyə getmirəm, nə də siyasətçi, iqtisadçı, psixoloq deyiləm ki, gedib kiməsə dərs keçim, kiminsə taleyini müzakirə edim, insanların əsəbləri ilə oynayım. Mən ifaçıyam və ancaq oxuya bilərəm. Ola bilər ki, hansısa mövzuda fikrimi bildirim, bu zaman da ancaq şəxsi fikrimi deyirəm, heç kəsə məsləhət vermirəm. Onsuz da indi heç kəs məsləhətə qulaq asmır, fikirləşir ki, məsləhət verənsənsə, özünə ver.(Yenisabah.az)

Fikrimcə, içi mən qarışıq, artıq hər kəs özünü yığışdırmalıdır. Yetər ki, telekanallarımız mədəniyyəti təbliğ etsinlər, bazarı yox”.

Continue Reading

Previous: Müğənni Sevil həbs olundu – FOTO
Next: “Biri Əmrahdadır, biri də məndə” – Əməkdar artist

Bölmənin digər xəbərləri

Cənubi Koreya Hörmüz boğazında vəziyyətin normallaşması üçün İranla danışıqlar aparır
  • Mədəniyyət

Cənubi Koreya Hörmüz boğazında vəziyyətin normallaşması üçün İranla danışıqlar aparır

21 Mart, 2026
Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib
  • Mədəniyyət

Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib

13 Mart, 2026
Bazarda işləyənlərlə bağlı qalmaqalı sözlərinə aydınlıq gətirdi
  • Mədəniyyət

Bazarda işləyənlərlə bağlı qalmaqalı sözlərinə aydınlıq gətirdi

13 Mart, 2026

Top 7 Xəbər

Beynəlxalq səyyahlar Şuşaya gəliblər 1

Beynəlxalq səyyahlar Şuşaya gəliblər

26 Mart, 2026
Azərbaycana soyuqlar gəlib 2

Azərbaycana soyuqlar gəlib

26 Mart, 2026
Bakının ən rahat iş tapılan rayonları – SİYAHI 3

Bakının ən rahat iş tapılan rayonları – SİYAHI

26 Mart, 2026
Ağdamda 41 yaşlı kişi minaya düşüb 4

Ağdamda 41 yaşlı kişi minaya düşüb

26 Mart, 2026
Moped sürənlərdən bu gündən vəsiqə tələb olunur 5

Moped sürənlərdən bu gündən vəsiqə tələb olunur

26 Mart, 2026
Azərbaycan lideri Banqladeş Prezidentini təbrik edib 6

Azərbaycan lideri Banqladeş Prezidentini təbrik edib

26 Mart, 2026
Araqçı Azərbayacana təşəkkür etdi 7

Araqçı Azərbayacana təşəkkür etdi

26 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 132)
  • Dünya (3. 280)
  • Gündəm (11. 466)
  • İdman (638)
  • İqtisadiyyat (578)
  • Kateqoriyasızlar (475)
  • Kriminal (1. 357)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9132) Dünya (3280) Gündəm (11466) Kateqoriyasızlar (475) Kriminal (1357) Mədəniyyət (341) Siyasət (2971) Texnologiya (14) İdman (638) İqtisadiyyat (578)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Beynəlxalq səyyahlar Şuşaya gəliblər 26 Mart, 2026
  • Azərbaycana soyuqlar gəlib 26 Mart, 2026
  • Bakının ən rahat iş tapılan rayonları – SİYAHI 26 Mart, 2026
  • Ağdamda 41 yaşlı kişi minaya düşüb 26 Mart, 2026
  • Moped sürənlərdən bu gündən vəsiqə tələb olunur 26 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.