Skip to content
14 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • 16 yaşlı oğlanın meyitini 1 gecə maşında saxlayıb, hələ işə də gedibmiş…
  • Cəmiyyət

16 yaşlı oğlanın meyitini 1 gecə maşında saxlayıb, hələ işə də gedibmiş…

Keçən ilin sentyabrında Bakıda 16 yaşlı Hüseynağa Şeydabəyovu qətlə yetirən və meyitini xeyli müddət avtomobilində saxladıqdan sonra “Sədərək”
Cavidan 3 Oktyabr, 2023
sederek

Keçən ilin sentyabrında Bakıda 16 yaşlı Hüseynağa Şeydabəyovu qətlə yetirən və meyitini xeyli müddət avtomobilində saxladıqdan sonra “Sədərək” ticarət mərkəzinin ərazisində basdıran 1968-ci il təvəllüdlü Babək Quliyevin məhkəməsi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə B.Quliyev Cinayət Məcəlləsinin 120.2.9 və 145.2.3-cü (köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə və qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndirilib.

Məhkəmə prosesində hadisənin təfərrüatı da məlum olub. Bildirilib ki, B.Quliyevin şəhərin mərkəzində və Bilgəh qəsəbəsində evləri olub. Onun ailə üzvləri, eləcə də 2007-ci il təvəllüdlü qızı vaxtaşırı Bilgəhdəki bağ evinə gedib orada qalırmış. Bu müddət ərzində B.Quliyev yeniyetmə qızının qonşuluqda yaşayan 2006-cı il təvəllüdlü Hüseynağa ilə münasibətinin yarandığını düşünüb. Hadisədən bir neçə gün əvvəl B.Quliyev oğlana zəng edərək xəbərdarlıq edib, həmçinin qızının telefonunu əlindən alıb. Bundan 10 gün sonra, yəni sentyabrın 6-da B.Quliyev gecə saatlarında Bilgəhdəki evinə gedib və həyətdə Hüseynağanı yaxalayıb. O, 16 yaşlı oğlanın əl-qolunu iplə, ağzını yapışqanlı lentlə bağlayaraq özünə məxsus “Toyota Prado” markalı avtomobilə qoyub və Albalılıq adlanan əraziyə aparıb. Burada B.Quliyev Hüseynağanı maşından endirərək ağızını açıb və onu sorğu-sual edib. Daha sonra o, 16 yaşlı oğlanı amansızlıqla döyüb və ölümünə tam əmin olmaq üçün sonda boğub.
Ətraflı

Bundan sonra B.Quliyev qətlə yetirdiyi oğlanın meyitini maşına qoyub və yaşadığı evə gedib. O, avtomobildə meyit olması barədə heç kimə məlumat verməyib. Sentyabrın 7-də B.Quliyev işlədiyi “Sədərək” ticarət mərkəzinə gedib və günorta iş başa çatandan sonra Hüseynağanın meyitini oradakı çuxura atıb və traktorla üstünü torpaqla örtüb.

Hadisədən sonra H.Şeydabəyovun ailə üzvləri onun axtarışına çıxıblar. Onlar B.Quliyevin evinə gəliblər. Lakin B.Quliyev və ailə üzvləri Hüseynağanı görmədiklərini deyiblər. Polisin itkin kimi axtardığı şəxsin naməlum şəraitdə yoxa çıxması şübhələri Babək Quliyev istiqamətində artırıb və o, törətdiyi əməli etiraf edib. Ötən ilin 10 sentyabr tarixində o, saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda B.Quliyevə 18 il həbs cəzası təyin edilib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “The Guardian”: “Qarabağdakı ermənilərin reinteqrasiyaya qarşı çıxmaq üçün heç bir hüquqi əsasları yoxdur”
Next: Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən qayayadırmanma festivalı keçiriləcək – FOTO

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-14 121537
  • Cəmiyyət

Milli Məclis aqrar sektorda ƏMTQ öhdəliyi ilə bağlı qanun layihəsini I oxunuşda qəbul edib

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 115333
  • Cəmiyyət

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 103027
  • Cəmiyyət

Hikmət Hacıyev: Süni intellekt artıq reallığa çevrilib

Cavidan 14 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 738)
  • Dünya (3. 453)
  • Gündəm (11. 948)
  • İdman (673)
  • İqtisadiyyat (605)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 411)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 014)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Milli Məclis aqrar sektorda ƏMTQ öhdəliyi ilə bağlı qanun layihəsini I oxunuşda qəbul edib Screenshot 2026-07-14 121537 1
  • Cəmiyyət

Milli Məclis aqrar sektorda ƏMTQ öhdəliyi ilə bağlı qanun layihəsini I oxunuşda qəbul edib

14 İyul, 2026
Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib Screenshot 2026-07-14 115333 2
  • Cəmiyyət

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib

14 İyul, 2026
İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış edirlər Screenshot 2026-07-14 105650 3
  • Siyasət

İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış edirlər

14 İyul, 2026
Hikmət Hacıyev: Süni intellekt artıq reallığa çevrilib Screenshot 2026-07-14 103027 4
  • Cəmiyyət

Hikmət Hacıyev: Süni intellekt artıq reallığa çevrilib

14 İyul, 2026
Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb Screenshot 2026-07-14 101330 5
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

14 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9738) Dünya (3453) Gündəm (11948) Kateqoriyasızlar (522) Kriminal (1411) Mədəniyyət (356) Siyasət (3014) Texnologiya (15) İdman (673) İqtisadiyyat (605)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.