Skip to content
14 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Erməni radikallar səfirliyimizə HÜCUM EDƏCƏKLƏR
  • Cəmiyyət
  • Gündəm

Erməni radikallar səfirliyimizə HÜCUM EDƏCƏKLƏR

Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Vaqif Sadıqov Belçikada məskunlaşan “ekstremist erməni diasporu
Cavidan 1 Oktyabr, 2023
1696138014_1557829711_245cda8f049ac56

Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Vaqif Sadıqov Belçikada məskunlaşan “ekstremist erməni diasporu təşkilatlarının” paytaxt Brüsseldəki Azərbaycan səfirliyi qarşısında zorakılığa əl atacağını açıqlayıb.

Bu barədə diplomat sosial şəbəkədə yazıb.

“Sabah, oktyabrın 1-i saat 14:00-da Belçikada fəaliyyət göstərən ekstremist erməni diasporu təşkilatları Fransadan gələn analoji radikallarla Brüsselin Robert Şuman qovşağında mitinq təşkil edəcəklər. Mövcud insayder məlumatlarına görə, mitinqdən sonra ekstremist dəstələr Tervüren prospekti, 282 ünvanında yerləşən Azərbaycan səfirliyinə qarşı zorakılıq tətbiq etməyi planlaşdırırlar. Səfirlik bu barədə Belçika Xarici İşlər Nazirliyi və Brüssel polisini bilgiləndirib. Erməni mənbələrinin məlumatına görə, bir neçə belçikalı siyasətçi də dəvətlidir. Bu təxribat radikal erməni diaspor qrupları tərəfindən sentyabrın 29-da Beyrutda və sentyabrın 30-da Los-Ancelesdə Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı son analoji zorakılıq hərəkətləri ardınca baş verəcək.

Belçikada məskunlaşan və ev sahibi millətin qonaqpərvərliyindən və bu ölkədə yaşadıqları azadlıqlardan sui-istifadə edən radikal erməni qruplaşmalarının üzvləri Belçikada daim Azərbaycanı hədəfə alıblar. 2021-ci ildə səfirliyə qarşı zorakı hücumda iki Azərbaycan vətəndaşı yaralanıb.

Səfirliyə və onun diplomatlarına qarşı sabaha planlaşdırılan zorakı hərəkətlər oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək yüksəksəviyyəli mühüm görüş ərəfəsində Ermənistan və Azərbaycan arasında yenicə inkişaf edən sülh prosesinə və Aİ ilə ABŞ-nin yorulmaz səylərinə qarşı yönəlib. Bu oyunun yeni elementi ondan ibarətdir ki, Belçikada yerləşən radikal erməni qruplarının hərəkətləri həm də “milli maraqlara xəyanətdə” günahlandırılan Ermənistan hökumətinə qarşı yönəlib. Ən şokasalan isə odur ki, Brüsseldəki erməni diplomatlar daşnaklarla və nümayəndələrinin Ermənistana getməsinə belə icazə verilməyən digər radikal müxalifət qrupları ilə operativ əlaqə saxlamaqla həmfikirdirlər.

Təhlükə böyükdür. Brüssel polisinin xarici diplomatik missiyanı qorumasını gözləyirik. Sağlam düşüncənin qalib gələcəyinə ümidliyəm”, – Azərbaycan səfiri qeyd edib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Bu şəxslər imtahan verəcək 
Next: Hərbi xidmətə növbəti çağırış BAŞLADI

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-14 130155
  • Cəmiyyət

Azərbaycanda iyul ayının pensiyaları ödənilib

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 121537
  • Cəmiyyət

Milli Məclis aqrar sektorda ƏMTQ öhdəliyi ilə bağlı qanun layihəsini I oxunuşda qəbul edib

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 115333
  • Cəmiyyət

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib

Cavidan 14 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 739)
  • Dünya (3. 453)
  • Gündəm (11. 948)
  • İdman (673)
  • İqtisadiyyat (605)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 411)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 015)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycanda iyul ayının pensiyaları ödənilib Screenshot 2026-07-14 130155 1
  • Cəmiyyət

Azərbaycanda iyul ayının pensiyaları ödənilib

14 İyul, 2026
İlham Əliyev və Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar Screenshot 2026-07-14 124126 2
  • Siyasət

İlham Əliyev və Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

14 İyul, 2026
Milli Məclis aqrar sektorda ƏMTQ öhdəliyi ilə bağlı qanun layihəsini I oxunuşda qəbul edib Screenshot 2026-07-14 121537 3
  • Cəmiyyət

Milli Məclis aqrar sektorda ƏMTQ öhdəliyi ilə bağlı qanun layihəsini I oxunuşda qəbul edib

14 İyul, 2026
Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib Screenshot 2026-07-14 115333 4
  • Cəmiyyət

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib

14 İyul, 2026
İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış edirlər Screenshot 2026-07-14 105650 5
  • Siyasət

İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış edirlər

14 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9739) Dünya (3453) Gündəm (11948) Kateqoriyasızlar (522) Kriminal (1411) Mədəniyyət (356) Siyasət (3015) Texnologiya (15) İdman (673) İqtisadiyyat (605)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.