Skip to content
5 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 367)
  • Dünya (3. 349)
  • Gündəm (11. 708)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (488)
  • Kriminal (1. 381)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

“İrəvan öhdəliklərindən imtina etsə…” – Hikmət Hacıyev

“Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina edərsə, Azərbaycan alternativ nəqliyyat marşrutları üzərində çalışacaq”. Bunu Azərbaycan Prezidentinin
Cavidan 16 Sentyabr, 2023

“Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina edərsə, Azərbaycan alternativ nəqliyyat marşrutları üzərində çalışacaq”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS-a müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan logistika ehtiyaclarını “Ermənistan hökumətinin şıltaqlığı”na uyğunlaşdırmaq niyyətində deyil və ölkəmiz regional tərəfdaşları ilə birlikdə irəliləyəcək:

“İrəvan müxtəlif bəhanələrlə öz öhdəliklərindən imtina edərsə və əgər təcrid olunmuş vəziyyətdə qalmağı davam etdirmək istəyirsə, o zaman Bakı gözləmək fikrində deyil. Regionun digər ölkələri ilə alternativ layihələr üzərində artıq fəal işlər görülür”.

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan ardıcıl olaraq regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarıdır, çünki sıx ticari-iqtisadi əlaqələr regionun sülh, sabitlik və rifahına töhfə verəcək. Bu istiqamətdə irəliləyiş əldə etmək üçün böyük səylər göstərən Rusiyanın mövqeyini Azərbaycan yüksək qiymətləndirir.

Hikmət Hacıyev bildirib ki, nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı danışıqlarda müəyyən durğunluq müşahidə olunur.

“Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatının müddəalarından biri Zəngəzur dəhlizinin açılmasıdır ki, bu da Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin Ermənistan ərazisindən keçərək təmin edilməsi deməkdir. Bəyanatın bu bəndi, təqribən üç ilə yaxın zaman keçsə də, Ermənistan tərəfindən hələ də yerinə yetirilməyib”, – Prezidentin köməkçisi qeyd edib.

“Zəngəzur dəhlizinin açılması ilk növbədə Ermənistanın özü üçün sərfəlidir, hansı ki, bu ölkə Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində 30 ilə yaxın müddət ərzində regionun nəqliyyat və logistika arxitekturasından kənarda qalıb”, – H.Hacıyev vurğulayıb.

Continue Reading

Previous: Şəhid anası məktəb direktoru təyin edildi
Next: Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu

Bölmənin digər xəbərləri

Prezidentin sosial şəbəkə hesablarında “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb
  • Cəmiyyət

Prezidentin sosial şəbəkə hesablarında “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb

4 May, 2026
Dövlət Komitəsində kollegiya iclası keçirilib, tapşırıqlar verilib
  • Cəmiyyət

Dövlət Komitəsində kollegiya iclası keçirilib, tapşırıqlar verilib

4 May, 2026
İntensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək – XƏBƏRDARLIQ
  • Cəmiyyət

İntensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək – XƏBƏRDARLIQ

4 May, 2026

Top 7 Xəbər

İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib 1

İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib

4 May, 2026
Prezidentin sosial şəbəkə hesablarında “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb 2

Prezidentin sosial şəbəkə hesablarında “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb

4 May, 2026
Dövlət Komitəsində kollegiya iclası keçirilib, tapşırıqlar verilib 3

Dövlət Komitəsində kollegiya iclası keçirilib, tapşırıqlar verilib

4 May, 2026
Bir qrup xalçaçı “Tərəqqi” medalı ilə təltif edilib – SƏRƏNCAM 4

Bir qrup xalçaçı “Tərəqqi” medalı ilə təltif edilib – SƏRƏNCAM

4 May, 2026
İntensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək – XƏBƏRDARLIQ 5

İntensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək – XƏBƏRDARLIQ

4 May, 2026
Naxçıvanda “Zəngəzur yolu: tarixin izi ilə” mövzusunda konfrans keçirilib 6

Naxçıvanda “Zəngəzur yolu: tarixin izi ilə” mövzusunda konfrans keçirilib

4 May, 2026
İran ordusu: ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb 7

İran ordusu: ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb

4 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 367)
  • Dünya (3. 349)
  • Gündəm (11. 708)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (488)
  • Kriminal (1. 381)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9367) Dünya (3349) Gündəm (11708) Kateqoriyasızlar (488) Kriminal (1381) Mədəniyyət (348) Siyasət (2988) Texnologiya (14) İdman (649) İqtisadiyyat (592)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib 4 May, 2026
  • Prezidentin sosial şəbəkə hesablarında “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb 4 May, 2026
  • Dövlət Komitəsində kollegiya iclası keçirilib, tapşırıqlar verilib 4 May, 2026
  • Bir qrup xalçaçı “Tərəqqi” medalı ilə təltif edilib – SƏRƏNCAM 4 May, 2026
  • İntensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək – XƏBƏRDARLIQ 4 May, 2026
© Addim.az | MoreNews by AF themes.