Skip to content
30 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 781)
  • Dünya (3. 155)
  • Gündəm (10. 982)
  • İdman (612)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (456)
  • Kriminal (1. 322)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Çoban məhkəmədə gömrükçünü uddu

Dövlət Gömrük Komitəsinin əməkdaşı təsərrüfatında çoban işləyən qohumunu xüsusi ittiham qaydasında məhkəməyə verib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə,
Cavidan 31 Avqust, 2023

Dövlət Gömrük Komitəsinin əməkdaşı təsərrüfatında çoban işləyən qohumunu xüsusi ittiham qaydasında məhkəməyə verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Balakən rayonunda gömrük orqanında işləyən Mübariz Ağayev iddia edib ki, dayısı oğlu Şahin Eldarov telekanallardan birində yalan məlumat verərək ona böhtan atıb.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, təqsirləndirilən Ş.Eldarov uzun müddət xüsusi ittihamçının təsərrüfatında çobanlıq edib, onun heyvanlarına baxıb. Aralarındakı qeyri-rəsmi razılaşmaya görə, M.Ağayev zəhmət haqqının əvəzi olaraq heyvanların bir hissəsini Şahinə verməli imiş.

Bir müddət sonra qohumlar arasında mübahisə yaranıb. M.Ağayev bütün heyvanları çobanlıq edən qohumundan alıb, əvvəlcədən olan sövdələşməyə də əməl etməyib.

Problemin həlli üçün təqsirləndirilən şəxs dəfələrlə Dövlət Gömrük Komitəsinə şikayət edib, qohumunun əməlləri barədə məlumat verib. Mütəmadi şikayətlər araşdırılıb və sözügedən şəxsin onun təsərüfatında əmək müqaviləsi olmadan işlədiyi məlum olub. Bununla bağlı Xidmət tərəfindən M.Ağayevə şiddətli töhmət də verilib.

Təqsirləndirilən şəxs bununla da kifayətlənməyərək televiziya kanallarından birinə müraciət edib, reportajda vəzifəli qohumunun onu aldatdığını, haqqı olan 180 baş heyvanı ona vermədiyini deyib. Xəbərlər buraxılışının aparıcısı isə təqsirləndirilən şəxsə münasibətdə “Çobanın haqqını kəsiblər, zəhmətinin qarşılığını vermirlər, halbuki gecəsini gündüzünə qatıb, evindən ayrı düşən bu şəxs böyük bir sürünü otarmaqdan başqa, onu canavar və çaqqaldan qorumaqla həyatını riskə atıb”, – ifadələrdən istifadə edib.

Qohumunun davamlı şikayətləri ilə bağlı gömrükçü məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldırıb. O, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 147.1-ci ( böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.

M.Ağayev deyib ki, çobana heç bir borcu yoxdur, qohumlarına nisbətən imkanlı olduğu üçün ünvanına deyilənlər şantaj və böhtan xarakteri daşıyır.

İşə Yasamal Rayon Məhkəməsində baxılıb. Məhkəmə gömrükçünün iddiasını əsaslı sayaraq ona böhtan atıldığının faktlarla sübut olunduğunu elan edib. Qərara əsasən, Şahin Eldarovun aylıq qazancından 15 faiz məbləğində dövlət nəfinə pul tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxs qərardan narazı qalaraq apellyasiya şikayəti verib. Bu dəfə işə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Habil Məmmədovun sədrlik etdiyi hakimlər heyəti cinayət işinin materiallarını hərtərəfli araşdırıb, dəlil və sübutları yenidən tədqiq ediblər. Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı əvvəlki qərar işin faktiki halları ilə uyğun deyil. Qeyd edilib ki, şəxsin  şikayətini televiziya kanalı vasitəsilə işıqlandırması cinayət əməli hesab oluna bilməz.

Qərara əsasən Şahin Eldarovun əməlində cinayət tərkibi olmadığından ona bəraət verilib.

Continue Reading

Previous: Universitetə qəbul olanların NƏZƏRİNƏ
Next: “15 yaşlı uşaqlar arasında oxuduğunu başa düşən azdır” – Emin Əmrullayev

Bölmənin digər xəbərləri

Sahibə Qafarova Oman Şura Məclisinin sədri ilə görüşüb
  • Cəmiyyət

Sahibə Qafarova Oman Şura Məclisinin sədri ilə görüşüb

29 Yanvar, 2026
Prezident Gömrük Komitəsinin əməkdaşlarını təltif edib, ali xüsusi rütbələr verib – SİYAHI
  • Cəmiyyət

Prezident Gömrük Komitəsinin əməkdaşlarını təltif edib, ali xüsusi rütbələr verib – SİYAHI

29 Yanvar, 2026
Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilir – VİDEO
  • Cəmiyyət

Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilir – VİDEO

29 Yanvar, 2026

Top 7 Xəbər

Sahibə Qafarova Oman Şura Məclisinin sədri ilə görüşüb 1

Sahibə Qafarova Oman Şura Məclisinin sədri ilə görüşüb

29 Yanvar, 2026
Prezident Gömrük Komitəsinin əməkdaşlarını təltif edib, ali xüsusi rütbələr verib – SİYAHI 2

Prezident Gömrük Komitəsinin əməkdaşlarını təltif edib, ali xüsusi rütbələr verib – SİYAHI

29 Yanvar, 2026
“Axios”: İsrail və Səudiyyə Ərəbistanından olan hərbi rəsmilər Vaşinqtonda İranı müzakirə edir 3

“Axios”: İsrail və Səudiyyə Ərəbistanından olan hərbi rəsmilər Vaşinqtonda İranı müzakirə edir

29 Yanvar, 2026
ABŞ səfirliyi “Qarabağ”ı təbrik edib 4

ABŞ səfirliyi “Qarabağ”ı təbrik edib

29 Yanvar, 2026
Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilir – VİDEO 5

Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilir – VİDEO

29 Yanvar, 2026
“Qardaşım ölməyib, sağdır” – Əhəd Abıyev 6

“Qardaşım ölməyib, sağdır” – Əhəd Abıyev

29 Yanvar, 2026
Bu Fərmanın icra müddəti başa çatıb 7

Bu Fərmanın icra müddəti başa çatıb

29 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 781)
  • Dünya (3. 155)
  • Gündəm (10. 982)
  • İdman (612)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (456)
  • Kriminal (1. 322)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8781) Dünya (3155) Gündəm (10982) Kateqoriyasızlar (456) Kriminal (1322) Mədəniyyət (331) Siyasət (2929) Texnologiya (14) İdman (612) İqtisadiyyat (564)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Sahibə Qafarova Oman Şura Məclisinin sədri ilə görüşüb 29 Yanvar, 2026
  • Prezident Gömrük Komitəsinin əməkdaşlarını təltif edib, ali xüsusi rütbələr verib – SİYAHI 29 Yanvar, 2026
  • “Axios”: İsrail və Səudiyyə Ərəbistanından olan hərbi rəsmilər Vaşinqtonda İranı müzakirə edir 29 Yanvar, 2026
  • ABŞ səfirliyi “Qarabağ”ı təbrik edib 29 Yanvar, 2026
  • Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilir – VİDEO 29 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.