![](https://addim.az/wp-content/uploads/2023/08/1693315139.imran_-1024x731.jpg)
Qobustan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bu vəzifə İmran Qurbanova həvalə olunub.
Bu gün TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov onu kollektivə təqdim edib.
Qeyd edək ki, İ. Qurbanov 2021-ci ildən hazırkı təyinatınadək TƏBİB-in Koordinasiya şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.