Skip to content
12 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 489)
  • Dünya (3. 049)
  • Gündəm (10. 603)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Ceyhun Bayramov Hakan Fidanla nələri müzakirə edib?

Xəbər veriyimiz kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfəri çərçivəsində xarici işlər naziri Hakan Fidanla
Cavidan 31 İyul, 2023

Xəbər veriyimiz kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfəri çərçivəsində xarici işlər naziri Hakan Fidanla görüşüb.

XİN-dən verilən məlumata görə, Ceyhun Bayramov və Hakan Fidan arasında təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Geniştərkibli görüşdə Azərbaycan və Türkiyə arasında çoxşaxəli ikitərəfli, regional və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən bölgədə mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov qardaş Türkiyə ilə müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, hərbi, müdafiə sənayesi, enerji təhlükəsizliyi, investisiyalar, humanitar, təhsil, mədəniyyət və s. sahələr üzrə münasibətlərin inkişaf dinamikasının məmnunluq doğurduğunu qeyd edərək, dostluq, qardaşlıq, qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan müttəfiqlik əlaqələrimizin bölgədə sabitliyin qorunmasında vacib rol oynadığını diqqətə çatdırıb.

Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycanın sülh gündəliyinin 3 istiqaməti olan sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması sahələrində apardığı fəaliyyəti, habelə Ermənistanın mövcud sülh gündəliyinin irəlilədilməsinə hədə törədən təxribatları barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Ermənistanın destruktiv mövqeyi və addımlarına baxmayaraq, Azərbaycanın sülh gündəliyini irəli aparmaq əzmində və niyyətində olduğu diqqətə çatdırılıb. Bu xüsusda, bölgədə bütün kommunikasiyaların açılması istiqamətində görülən işlərin əhəmiyyətindən bəhs edən nazir Ceyhun Bayramov, bağlantıların bərpasının Azərbaycan və Türkiyə arasında əməkdaşlığı daha da gücləndirəcəyinə dair inam ifadə edib.

Türkiyə xarici işlər naziri Hakan Fidan ortaq tarixə, mədəniyyətə və dəyərlərə sahib ölkələrimiz arasında mövcud münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. İki ölkənin ən çətin günlərdə daim bir-birini dəstəkləməsinin qardaşlığımızın yalnız sözdə deyil, əməldə də öz təsdiqini tapmasının göstəricisi olduğu bildirilib.
Azərbaycan tərəfindən bölgədə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin, o cümlədən sülh gündəliyinin irəlilədilməsi istiqamətində görülən işlərin bölgədə davamlı sülhün bərqərar edilməsində mühüm rol oynadığı vurğulanıb.

Görüş zamanı, eyni zamanda beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Orta Asiya ölkələri ilə üçtərəfli və dördtərəfli formatlar çərçivəsində birgə tədbirlərin, eləcə də digər çoxtərəfli təşəbbüslərin daha da genişləndirilməsinin əhəmiyyəti nazirlər tərəfindən vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

Continue Reading

Previous: Daşınmaz əmlak sahəsində tariflər tənzimləndi
Next: Günün qoroskopu: Sevdiyiniz insanla fikir ayrılığı yarana bilər

Bölmənin digər xəbərləri

Heydər Əliyev – yaşadığı keşməkeşli hadisələrin qalibi – ŞƏRH
  • Cəmiyyət

Heydər Əliyev – yaşadığı keşməkeşli hadisələrin qalibi – ŞƏRH

12 Dekabr, 2025
Zod qızıl yatağında Ermənistanın hər-hansı bir qazıntı və istismar işlərinin aparmadığı aşkarlanıb
  • Cəmiyyət

Zod qızıl yatağında Ermənistanın hər-hansı bir qazıntı və istismar işlərinin aparmadığı aşkarlanıb

12 Dekabr, 2025
Milli Məclisin dekabrın 16-na olan plenar iclasının gündəliyi açıqlanıb
  • Cəmiyyət

Milli Məclisin dekabrın 16-na olan plenar iclasının gündəliyi açıqlanıb

12 Dekabr, 2025

Top 7 Xəbər

Heydər Əliyev – yaşadığı keşməkeşli hadisələrin qalibi – ŞƏRH 1

Heydər Əliyev – yaşadığı keşməkeşli hadisələrin qalibi – ŞƏRH

12 Dekabr, 2025
Zod qızıl yatağında Ermənistanın hər-hansı bir qazıntı və istismar işlərinin aparmadığı aşkarlanıb 2

Zod qızıl yatağında Ermənistanın hər-hansı bir qazıntı və istismar işlərinin aparmadığı aşkarlanıb

12 Dekabr, 2025
Milli Məclisin dekabrın 16-na olan plenar iclasının gündəliyi açıqlanıb 3

Milli Məclisin dekabrın 16-na olan plenar iclasının gündəliyi açıqlanıb

12 Dekabr, 2025
“Reuters”: ABŞ Venesuela nefti daşıyan əlavə tankerləri ələ keçirə bilər 4

“Reuters”: ABŞ Venesuela nefti daşıyan əlavə tankerləri ələ keçirə bilər

12 Dekabr, 2025
Bakıda bir çox istiqamətlərdə nəqliyyatın sıxlığı müşahidə edilir 5

Bakıda bir çox istiqamətlərdə nəqliyyatın sıxlığı müşahidə edilir

12 Dekabr, 2025
Dubayda sürücüsüz taksilərin sınaqlarına başlanılıb 6

Dubayda sürücüsüz taksilərin sınaqlarına başlanılıb

12 Dekabr, 2025
Mehriban Əliyeva Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib 7

Mehriban Əliyeva Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib

12 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 489)
  • Dünya (3. 049)
  • Gündəm (10. 603)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8489) Dünya (3049) Gündəm (10603) Kateqoriyasızlar (437) Kriminal (1294) Mədəniyyət (322) Siyasət (2909) Texnologiya (14) İdman (593) İqtisadiyyat (550)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Heydər Əliyev – yaşadığı keşməkeşli hadisələrin qalibi – ŞƏRH 12 Dekabr, 2025
  • Zod qızıl yatağında Ermənistanın hər-hansı bir qazıntı və istismar işlərinin aparmadığı aşkarlanıb 12 Dekabr, 2025
  • Milli Məclisin dekabrın 16-na olan plenar iclasının gündəliyi açıqlanıb 12 Dekabr, 2025
  • “Reuters”: ABŞ Venesuela nefti daşıyan əlavə tankerləri ələ keçirə bilər 12 Dekabr, 2025
  • Bakıda bir çox istiqamətlərdə nəqliyyatın sıxlığı müşahidə edilir 12 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.