Skip to content
23 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 489)
  • Dünya (3. 378)
  • Gündəm (11. 792)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 390)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Rəşad Dağlının məhkəmədə SON SÖZÜ

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda son sözünü deyərkən övladlarının
Cavidan 28 İyul, 2023

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda son sözünü deyərkən övladlarının nəzərə alınmasını istəyib.

Bu barədə APA xəbər verir.

Qeyd olunur ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə öncə Rəşad Dağlının vəkili çıxış edərək müvəkkili barəsində daha yüngül cəza verilməsinin xahiş edib.

Vəkil çıxışında qeyd edib ki, İsgəndər Mehdiyev Rəşad Dağlıya küçə söyüşləri söyüb:

“Bu söyüşlərdən Rəşad affekt halına düşüb. Rəşad Dağlı məhkəmədə və istintaqda həmin anı xatırlamayıb. Mən dəfələrlə psixoloji ekspertizaların keçirilməsi ilə bağlı vəsatət verdim. Mənim iştirakım təmin edilmədi. Hadisə baş verəndən sonra özü təslim olub. Səmimi olaraq peşman olduğunu deyib. Atası və anası işləmir, övladları özəl məktəbdə oxuyurlar. Onun əməlində ağırlaşdırma halı yoxdur. Ona Cinayət Məcəlləsinin 228-ci maddəsi üzrə bəraət verilməsini istəyirəm”.

Daha sonra prosesdə Rəşad Dağlı son söz deyib. Rəşad Dağlı son sözündə bildirib ki, onun necə adam olduğunu hamı bilir:
“Dövlətimin, xalqımın yanında olmuşam. Dövlət tədbirlərində iştirak etmişəm. Himayəmdə azyaşlı uşaqlar var, ödənişli təhsil alırlar. Azadlıqdan uzun müddət məhrum edilsəm, övladlarımın təhsil almağı çətinləşəcək. Xahiş edirəm, bunu da nəzərə alasınız”.

Müşavirədən sonra hakim qərarı açıqlayıb: Rəşad Dağlı 9 il 6 ay müddətində azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu – 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) və 228.4-cü (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham irəli sürülüb.

Continue Reading

Previous: Ermənistanda hərbi maşın aşdı – Yaralananlar var
Next: Övladlığa götürmənin dövlət qeydiyyatı qaydası dəyişib

Bölmənin digər xəbərləri

May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
  • Cəmiyyət

May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

23 May, 2026
Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb
  • Cəmiyyət

Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb

23 May, 2026
Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ
  • Cəmiyyət

Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ

22 May, 2026

Top 7 Xəbər

Ukraynanın Novorossiyskə dron hücumundan sonra neft terminalı yanıb, yaralılar var 1

Ukraynanın Novorossiyskə dron hücumundan sonra neft terminalı yanıb, yaralılar var

23 May, 2026
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb 2

May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

23 May, 2026
Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb 3

Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb

23 May, 2026
Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ 4

Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ

22 May, 2026
Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb 5

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

22 May, 2026
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə “Meydançanın kralı və kraliçası” turniri keçiriləcək 6

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə “Meydançanın kralı və kraliçası” turniri keçiriləcək

22 May, 2026
“Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu 7

“Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu

22 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 489)
  • Dünya (3. 378)
  • Gündəm (11. 792)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 390)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9489) Dünya (3378) Gündəm (11792) Kateqoriyasızlar (496) Kriminal (1390) Mədəniyyət (351) Siyasət (2994) Texnologiya (14) İdman (652) İqtisadiyyat (597)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Ukraynanın Novorossiyskə dron hücumundan sonra neft terminalı yanıb, yaralılar var 23 May, 2026
  • May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb 23 May, 2026
  • Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb 23 May, 2026
  • Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ 22 May, 2026
  • Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb 22 May, 2026
© Addim.az | MoreNews by AF themes.