Skip to content
26 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 132)
  • Dünya (3. 280)
  • Gündəm (11. 466)
  • İdman (638)
  • İqtisadiyyat (578)
  • Kateqoriyasızlar (475)
  • Kriminal (1. 357)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Mədəniyyət
  • Gündəm
  • Mədəniyyət

Bu gün Xalq artisti Nəcibə Məlikovanın anım günüdür

Azərbaycan kino və teatr sənəti tarixində müstəsna xidmətləri olan Xalq artisti Nəcibə Məlikova yaratdığı bir sıra yaddaqalan obrazlarla
Cavidan 27 İyul, 2023

Azərbaycan kino və teatr sənəti tarixində müstəsna xidmətləri olan Xalq artisti Nəcibə Məlikova yaratdığı bir sıra yaddaqalan obrazlarla ürəklərə yol tapıb və böyük tamaşaçı sevgisi qazanıb.

Bu gün Azərbaycanın Xalq artisti Nəcibə Məlikovanın vəfatından 31 il ötür. Əvvəlcə kino aktrisası kimi şöhrət qazanmış sənətkarın yaradıcılığının əsas qolu teatr sənəti ilə bağlıdır.

Kino tariximizdə bir-birindən bənzərsiz rollar ifa etmiş Nəcibə Məlikova 1921-ci il oktyabrın 25-də Bakının Buzovna kəndində anadan olub. 1943-cü ildə Bakı Teatr Məktəbində Xalq artisti Fatma Qədrinin sinfini bitirərək istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək Bakıya qayıdıb və təzə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olaraq 1951-ci ildə oranı bitirib.

Təhsil aldığı illərdə Akademik Milli Dram Teatrının tamaşalarında epizodik rollar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib.

Nəcibə Məlikova Azərbaycan və dünya dramaturqlarının əsərlərinin səhnə həyatında rol alıb. Eyni zamanda, kinoda bir sıra uğurlu rollar ifaçısı kimi yadda qalıb. Onların sırasında “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir. Nəcibə Məlikova məlahətli, emosional, lirik-dramatik aktrisa idi. Mənən saf qəlbli qəhrəmanları, məhəbbət yolunda mürəkkəb vəziyətlərdə gücsüz görünüb kövrələn, ancaq xeyirxah insanların köməyi ilə mətanətini qoruyub saxlayan personajları uğurla oynayıb. Aktrisanın yumorunda da həzin və kövrək lirizm üstünlük təşkil edib.

Kino və teatr sahəsində xidmətlərinə görə aktrisa 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1974-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Görkəmli sənətkar 1992-ci il iyulun 27-də vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.

Məqaləyə dair fotomateriallar:

AZƏRTAC

Continue Reading

Previous: Ehtiyatsızlıq, yoxsa…? – Lənkəranda icra başçısının qardaşının ölümünün TƏFƏRRÜATLARI – FOTO
Next: Niger hərbçiləri Prezidenti vəzifəsindən kənarlaşdırdı

Bölmənin digər xəbərləri

Beynəlxalq səyyahlar Şuşaya gəliblər
  • Dünya

Beynəlxalq səyyahlar Şuşaya gəliblər

26 Mart, 2026
Azərbaycana soyuqlar gəlib
  • Cəmiyyət

Azərbaycana soyuqlar gəlib

26 Mart, 2026
Türkiyənin 140 min ton neftlə yüklü tankeri dronla vurulub
  • Dünya

Türkiyənin 140 min ton neftlə yüklü tankeri dronla vurulub

26 Mart, 2026

Top 7 Xəbər

Beynəlxalq səyyahlar Şuşaya gəliblər 1

Beynəlxalq səyyahlar Şuşaya gəliblər

26 Mart, 2026
Azərbaycana soyuqlar gəlib 2

Azərbaycana soyuqlar gəlib

26 Mart, 2026
Bakının ən rahat iş tapılan rayonları – SİYAHI 3

Bakının ən rahat iş tapılan rayonları – SİYAHI

26 Mart, 2026
Ağdamda 41 yaşlı kişi minaya düşüb 4

Ağdamda 41 yaşlı kişi minaya düşüb

26 Mart, 2026
Moped sürənlərdən bu gündən vəsiqə tələb olunur 5

Moped sürənlərdən bu gündən vəsiqə tələb olunur

26 Mart, 2026
Azərbaycan lideri Banqladeş Prezidentini təbrik edib 6

Azərbaycan lideri Banqladeş Prezidentini təbrik edib

26 Mart, 2026
Araqçı Azərbayacana təşəkkür etdi 7

Araqçı Azərbayacana təşəkkür etdi

26 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 132)
  • Dünya (3. 280)
  • Gündəm (11. 466)
  • İdman (638)
  • İqtisadiyyat (578)
  • Kateqoriyasızlar (475)
  • Kriminal (1. 357)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9132) Dünya (3280) Gündəm (11466) Kateqoriyasızlar (475) Kriminal (1357) Mədəniyyət (341) Siyasət (2971) Texnologiya (14) İdman (638) İqtisadiyyat (578)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Beynəlxalq səyyahlar Şuşaya gəliblər 26 Mart, 2026
  • Azərbaycana soyuqlar gəlib 26 Mart, 2026
  • Bakının ən rahat iş tapılan rayonları – SİYAHI 26 Mart, 2026
  • Ağdamda 41 yaşlı kişi minaya düşüb 26 Mart, 2026
  • Moped sürənlərdən bu gündən vəsiqə tələb olunur 26 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.