Skip to content
29 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • İdman
  • “Şahruddin barədə sual verməyə tələsirsiniz” – Qurban Qurbanov
  • İdman

“Şahruddin barədə sual verməyə tələsirsiniz” – Qurban Qurbanov

“Çox yaxşı oyun oldu. Futbolçularım yaxşı oyun göstərdilər. Həddinən çox razı qaldım. Əsl Çempionlar Liqası oyunu idi”. Bu
Cavidan 27 İyul, 2023
161954_y92dasxv6y

“Çox yaxşı oyun oldu. Futbolçularım yaxşı oyun göstərdilər. Həddinən çox razı qaldım. Əsl Çempionlar Liqası oyunu idi”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Rakov”la səfər oyunundan sonra mətbuat konfransında deyib.

O, 2:3 hesablı məğlubiyyəti belə şərh edib: “Meydanda iki yaxşı kollektiv var idi. İlk hissədə bəlkə də daha qapalı futbol gedirdi. Amma ikinci hissədə boş zonalar daha çox oldu. Böyümək üçün faydalı oyun idi. Rəqibi daha yaxından tanıdıq. Bakıda bu komandaya qarşı daha diqqətli olmağa çalışacağıq. “Rakov”un istənilən an qol vurmaq bacarığı var. İnanıram ki, Bakıda daha yaxşı oynayacağıq. Futbolçuların hər birindən razı qaldım”.

Q.Qurbanov oyunda qolla nəticələnən səhvlərlə yadda qalan qapıçı Şahruddin Məhəmmədəliyev və mümkün qapıçısı transferi ilə bağlı sualı da cavablandırıb: “Həmişə Şahruddin və ya başqa futbolçular barədə sual verməyə tələsirsiz. Bu, futboldur. Futbolda elə hallar olur ki, qaçılmazdır. Kənardan bəlkə bir az fərqli görünür. Amma epizoda yaxın olsaz, tam fərqli fikirdə olarsız. Çünki, top yumrudur, istənilən an istiqamətini dəyişə bilər. Bacardığımız qədər yerli-yerində transferlər etməyə çalışırıq. Bu gün futbolçuların hər birindən razıyam. Bura çəkinmədən, müdafiədə oturmadan oyun göstərməyə gəldik. Futbolçularım bunu bacardılar. Transferlər istənilən an ola bilər. Hansı mövqeyə olacağını əvvəlcədən deyə bilmərəm”.

Baş məşqçi “Bugünkü məğlubiyyət fərdi səhvlərlə bağlıdır, yoxsa ümumi oyun planında rəqib “Qarabağ”ı üstələdi” sualına belə cavab verib: “Fərdi səhvlər yox, bir az diqqətsizlik ola bilər. Rəqibin bütün hücumlarını demək olar ki, bilirdik. Elə ilk qol fərdi, texniki səhvdən buraxıldı. Təkcə bir oyunçu yox, ümumən düzülüşdə gecikdilər. Deməzdim ki, rəqib bu gün bizi üstələdi. Bəlkə də siz kənardan fərqli görürsünüz. Oyuna yenə baxacam. İlk hissəyə də baxsaq, xeyli qol epizodlarımız oldu. İkinci hissədə 10-15 dəqiqə dinamikanı qoruyub-saxlaya bilmədik. Sonra get-gedə daha fəal olmağa başladıq. Futbolçuların oyununa görə deyə bilmərəm ki, rəqib bizi üstələdi. Üçüncü qol fərdi ustalıqlarına görə oldu. Belə qollar nadir hallarda olur. Bəlkə də ədalətli nəticə bərabərlik idi. Buraxılan üçüncü qol bizə daha çox məsuliyyət verəcək”.

Q.Qurbanov “Rakov” və “Qarabağ” futbolçularını fərqləndirmək istəməyib: “Belə bir hesabat verməyə ehtiyac yoxdur. Bu, futboldur. Bu gün futbol elə səviyyəyə gəlib ki, nəinki Polşa, Azərbaycan, bizim zəif düşündüyümüz ölkələrin komandaları da istənilən rəqibə qarşı düzgün oyun qura, mübarizə apara, hətta qalib gələ bilir. Bakıda olanda da bildirmişdim ki, “Rakov”a simpatiyam çoxdur. Onların oyun üslubunu çox bəyənirəm. Neçə illərdir bu üslubda davam edirlər. Bu komandaya ancaq uğurlar arzulayıram”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Bu gün Xalq artisti Nəcibə Məlikovanın anım günüdür
Next: Niger hərbçiləri Prezidenti vəzifəsindən kənarlaşdırdı

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-29 125244
  • İdman

Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər

Cavidan 29 İyun, 2026
1mYgenY6Cy9DaaHzyv
  • İdman

ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib

Cavidan 26 İyun, 2026
1782304152051-664152687
  • İdman

Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib

Cavidan 24 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 660)
  • Dünya (3. 426)
  • Gündəm (11. 907)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək 6a427200e36e46av 1
  • Dünya

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

29 İyun, 2026
Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB JlUrdPT2xgmb3zqys0E v 2
  • Cəmiyyət

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

29 İyun, 2026
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil 6a426a830e8966a426 v 3
  • Dünya

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

29 İyun, 2026
Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH oqMb8BaqfPh v 4
  • Cəmiyyət

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH

29 İyun, 2026
Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb 5
  • Cəmiyyət

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

29 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9660) Dünya (3426) Gündəm (11907) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.