Azərbaycanın Slovakiyada səfirliyi açılacaq.
Bununla bağlı layihə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılıb.
“Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanunun layihəsi müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.