Skip to content
9 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 456)
  • Dünya (3. 044)
  • Gündəm (10. 576)
  • İdman (592)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

“Çörəkpulu” ləğv olunur? – “Qaçqınkom”dan AÇIQLAMA

Bəzi media subyektləri “VÖEN-i olan və sahibkar kimi fəaliyyət göstərən məcburi köçkünlərə dövlət tərəfindən verilən “çörəkpulu” avqust ayından
Cavidan 15 İyun, 2023

Bəzi media subyektləri “VÖEN-i olan və sahibkar kimi fəaliyyət göstərən məcburi köçkünlərə dövlət tərəfindən verilən “çörəkpulu” avqust ayından etibarən dayandırılacağı” barədə məlumat yayıblar.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq bildiririk ki, məcburi köçkünlərin sosial müdafiəsi və yaşayış şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətidir, onlara dövlət büdcəsindən ayrılan vəsait hesabına vahid aylıq müavinət ödənilir. Müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Qayda əsasında təyin edilir və hər ay ödəniş aparılır.

“Qaydanın 2.13. bəndinə əsasən, məcburi köçkün statusu olan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə vahid aylıq müavinət şamil edilmir. Vahid aylıq müavinət dövlətin sosial müdafiə aləti kimi həqiqətən ağır şəraitdə yaşayan, gəlirgətirən fəaliyyətdən müxtəlif səbəblərə görə kənarda qalan, sosial müdafiəyə xüsusi ehtiyacı olan məcburi köçkünlərə verilir.

Mövcud qanunvericiliyə görə, sahibkarlıq fəaliyyəti – şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürmək olan fəaliyyətdir. Bu fəaliyyətlə məşğul olanlar dövlət vergi orqanında qeydiyyata alınır və onlara Vergi Ödəyicilərinin Eyniləşdirmə Nömrəsi (VÖEN) verilir.

Vergi orqanında qeydiyyata düşərək qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məcburi köçkünə öz yaşayış səviyyəsini yaxşılaşdırmaq imkanı qazandırır, dövlət belə şəxslərin sahibkarlıq imkanlarının genişləndirilməsinə dəstək verir və onlar sosial müdafiəyə xüsusi ehtiyacı olmayan vətəndaşlar sayılırlar. Onu da qeyd edək ki, VÖEN-i olan məcburi köçkün vətəndaşlara yalnız onların aktiv sahibkarlıq fəaliyyəti dövründə vahid aylıq müavinətin verilməsi dayandırılır. İqtisadi rəqabət mühitində sahibkarlıq fəaliyyəti bəzən davamlı və dayanıqlı olmaya bilər. Belə halda vergi orqanına müraciət etməklə VÖEN-i bağlamaq mümkündür. Bununla da sahibkarlıq fəaliyyəti başa çatmış sayılır və məcburi köçkün vətəndaşın vahid aylıq müavinət almasına yenidən imkan yaranır.

Bir daha xatırladırıq ki, vahid aylıq müavinətin şamil edildiyi məcburi köçkünlərin siyahısında hər ay dürüstləşdirmə aparılır. Mövcud Qaydanın tələblərinə uyğun gəlməyən hallarda müavinət verilməsi dayandırılır”, – məlumatda vurğulanıb.

Continue Reading

Previous: Füzulidəki mövqelərimiz atəşə TUTULDU
Next: Hulusi Akar və Soyluya yeni vəzifə verildi

Bölmənin digər xəbərləri

Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək
  • Cəmiyyət

Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək

9 Dekabr, 2025
Növbəti üç gündə leysan yağacaq – XƏBƏRDARLIQ
  • Cəmiyyət

Növbəti üç gündə leysan yağacaq – XƏBƏRDARLIQ

9 Dekabr, 2025
Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq müzakirə olunub
  • Gündəm

Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq müzakirə olunub

9 Dekabr, 2025

Top 7 Xəbər

Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək 1

Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək

9 Dekabr, 2025
Növbəti üç gündə leysan yağacaq – XƏBƏRDARLIQ 2

Növbəti üç gündə leysan yağacaq – XƏBƏRDARLIQ

9 Dekabr, 2025
Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq müzakirə olunub 3

Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq müzakirə olunub

9 Dekabr, 2025
“İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib 4

“İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib

9 Dekabr, 2025
KİV: Tehran və Bakı müxtəlif sahələrdə iqtisadi əməkdaşlığı genişləndirə bilər 5

KİV: Tehran və Bakı müxtəlif sahələrdə iqtisadi əməkdaşlığı genişləndirə bilər

9 Dekabr, 2025
Anar Əliyev Kürdəmirdə vətəndaşları qəbul edəcək 6

Anar Əliyev Kürdəmirdə vətəndaşları qəbul edəcək

9 Dekabr, 2025
UEFA Çempionlar Liqası: Əsas mərhələnin VI turunda “Qalatasaray” “Monako”nun qonağı olacaq 7

UEFA Çempionlar Liqası: Əsas mərhələnin VI turunda “Qalatasaray” “Monako”nun qonağı olacaq

9 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 456)
  • Dünya (3. 044)
  • Gündəm (10. 576)
  • İdman (592)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8456) Dünya (3044) Gündəm (10576) Kateqoriyasızlar (436) Kriminal (1292) Mədəniyyət (322) Siyasət (2908) Texnologiya (14) İdman (592) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək 9 Dekabr, 2025
  • Növbəti üç gündə leysan yağacaq – XƏBƏRDARLIQ 9 Dekabr, 2025
  • Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq müzakirə olunub 9 Dekabr, 2025
  • “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib 9 Dekabr, 2025
  • KİV: Tehran və Bakı müxtəlif sahələrdə iqtisadi əməkdaşlığı genişləndirə bilər 9 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.