Skip to content
2 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Əli Əsədov Soçidə iclasda iştirak etdi – YENİLƏNİB
  • Gündəm
  • Siyasət

Əli Əsədov Soçidə iclasda iştirak etdi – YENİLƏNİB

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 8-də Rusiya Federasiyasının Soçi şəhərində Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclasında qonaq
Cavidan 8 İyun, 2023
6481a-3372442968

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 8-də Rusiya Federasiyasının Soçi şəhərində Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak edib.

Nazirlər Kabinetinin (NK) Mətbuat xidmətindən verilən məlumata görə, Baş nazir Prezident İlham Əliyevin ötən ayın sonunda Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirakının əhəmiyyətini qeyd edib.

Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə investisiya sahəsində əməkdaşlığın müsbət dinamikasını qeyd edən Ə.Əsədov iclas iştirakçılarını ölkəmizdəki əlverişli investisiya mühiti barədə məlumatlandırıb: “Biz xarici sərmayədarların Azərbaycanda özünü rahat hiss etməsi üçün hər cür şərait yaratmışıq”.

Baş nazir Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının üzvlərinin diqqətini Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı üzrə gördüyü işlərə çəkib. O bildirib ki, ölkədə son 20 ildə minlərlə kilometr uzunluğunda avtomobil və dəmir yolları tikilib və ya əsaslı təmir olunub: “Bu gün biz Şimal nəqliyyat şəbəkəsini Cənub və Şərq şəbəkələri ilə birləşdirərək, azad olunmuş Qarabağda avtomobil və dəmir yollarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına sərmayə yatırırıq”.

Qeyd olunub ki, Azərbaycan ərazisində – Laçında artıq 2025-ci ildə istismara veriləcək 9-cu beynəlxalq hava limanının tikintisi yüksək sürətlə gedir, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının potensialının artırılması üzrə işlər davam etdirilir. Bütün bu tədbirlər yükdaşımaların artan həcminin öhdəsindən gəlmək və beynəlxalq nəqliyyat dəhlizlərinin fasiləsiz işini təmin etmək məqsədilə Azərbaycanın tranzit potensialını əhəmiyyətli şəkildə artırmağa imkan verəcək.

***

8 iyun 2023-cü il tarixində Soçi şəhərində Qırğızıstan Respublikasının sədrliyi ilə Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının iclası keçirilib.

İclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin və digər üzr ölkələrin hökumət rəhbərləri iştirak edib.

Gündəliyə daxil edilmiş bütün məsələlərə baxılıb və 17 sənəd qəbul edilib.

Hökumət başçıları MDB-də iqtisadi əməkdaşlığın aktual məsələləri ətrafında fikir mübadiləsi aparıb, xidmətlərin, təsisatların, fəaliyyətlərin və investisiyaların azad ticarəti haqqında Sazişi müzakirə edib və imzalayıblar.

Əsas müzakirə mövzularından biri MDB-yə üzv dövlətlər arasında sənaye əməkdaşlığının inkişafı olub. İclasda onun inkişafına dair 2030-cu ilədək olan dövr üçün müvafiq Konsepsiya və Tədbirlər Kompleksi qəbul olunub.

Konsepsiyanın məqsədləri yeni yüksək texnologiyalı sənaye sahələrinin yaradılması, Birlik ölkələrində sənaye istehsalının sürətləndirilmiş inkişafı və modernləşdirilməsi, onun texnoloji cəhətdən yeniləşdirilməsi, rəqabətqabiliyyətli, innovativ və elmtutumlu məhsulların istehsalının və ixracının artırılmasından, əlavə dəyərin payı, o cümlədən məhsulun keyfiyyəti üzrə beynəlxalq standartlara nail olunması, yeni iş yerlərinin yaradılması, əhalinin rifah səviyyəsinin və həyat keyfiyyətinin yüksəldilməsindən ibarətdir.

2030-cu ilə qədər olan dövr üçün MDB iştirakçısı olan dövlətlərin sənaye kooperasiyasının inkişafı üzrə tədbirlər kompleksi Konsepsiyanın həyata keçirilməsi mexanizmi kimi çıxış edir və Birliyin müvafiq dövlətlərin sənaye siyasətinin həyata keçirilməsi yolu ilə sənaye kooperasiyasının inkişafı və dərinləşdirilməsini nəzərdə tutur.

Telekommunikasiya şəbəkələrində fırıldaqçılıq ilə mübarizə sahəsində Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəddə belə cinayətlərə görə inzibati və cinayət məsuliyyətinin daha da sərtləşdirilməsi, onların qarşısının alınması üçün istifadə olunan mexanizmlər üzrə əməkdaşlıq və müsbət təcrübə mübadiləsi, telekommunikasiya operatorlarının iqtisadi maraqlarının, telekommunikasiya şəbəkələrində təhlükəsizliyin təmin edilməsi sahəsində milli qanunvericiliyin uyğunlaşdırılması, son istifadəçilərin maraqları və müdafiəsi naminə beynəlxalq telekommunikasiya xidmətləri bazarının dayanıqlı fəaliyyəti və səmərəli inkişafı üçün şərait yaradılması qeyd olunub.

MDB hökumət başçıları həmçinin 2030-cu ilə qədər olan dövr üçün elektron və elektrik avadanlıqlarının tullantılarının idarə olunması sahəsində əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsi üzrə Tədbirlər Planını qəbul ediblər.

DİM üzvləri Müstəqil Dövlətlər Birliyində sağlamlıq imkanları məhdud uşaqlar arasında idman günlərinin mütəmadi olaraq keçirilməsi barədə qərar qəbul ediblər. Onlar dörd ildə bir dəfə, qış və yay idman növləri üzrə ayrıca keçiriləcək. İlk yarışların 2024-cü ildə qış idman növləri üzrə, 2026-cı ildə isə yay idman növləri üzrə keçirilməsi təklif edilir.

Bundan başqa, Şuranın iclasında MDB orqanlarının işinin maliyyə təminatı, bir sıra kadr təyinatları məsələlərinə də baxılıb.

Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının növbəti iclasının 2023-cü il oktyabrın 27-də Bişkekdə keçirilməsi planlaşdırılır.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Bu məhsulların idxalı ƏDV-dən azad edildi
Next: Prezidentdən “ASAN Kommunal” mərkəzləri ilə bağlı FƏRMAN

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-01 165537
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 162725
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 154646
  • Siyasət

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH

Cavidan 1 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 673)
  • Dünya (3. 430)
  • Gündəm (11. 918)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir Screenshot 2026-07-01 165537 1
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

1 İyul, 2026
AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib Screenshot 2026-07-01 162725 2
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

1 İyul, 2026
Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH Screenshot 2026-07-01 154646 3
  • Siyasət

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH

1 İyul, 2026
Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək Screenshot 2026-07-01 151534 4
  • Cəmiyyət

Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

1 İyul, 2026
“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib Screenshot 2026-07-01 144509 5
  • Gündəm

“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib

1 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9673) Dünya (3430) Gündəm (11918) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.