Skip to content
2 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 359)
  • Dünya (3. 347)
  • Gündəm (11. 701)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

Azərbaycanda Dövlət Bayrağı Günüdür

 Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.  Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər
Cavidan 9 Noyabr, 2021

 Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.

 Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Belə ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilib.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib.

2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanun ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Sərəncama əsasən, Dövlət bayrağı Azərbaycan Respublikasının dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr – Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Bu il ilk dəfədir ki, Dövlət Bayrağı Günü işğaldan azad edilən Azərbaycan torpaqlarında da qeyd olunur. Ötən il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız azad edilib. 44 gün davam edən Vətən müharibəsi dövründə hər gün yaşayış məntəqələri işğaldan azad olunurdu və həmin torpaqlarda Azərbaycanın şanlı bayrağı ucaldılırdı. Hazırda azad edilmiş bütün torpaqlarda bayrağımız dalğalanır.

Continue Reading

Previous: Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Next: Prezidentdən Bayraq Günü paylaşımı

Bölmənin digər xəbərləri

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib
  • Gündəm

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib

30 Aprel, 2026
“Yaşıl enerji”nin Azərbaycan modeli: istehsal və idarəetmədə liderlik – TƏHLİL
  • Gündəm

“Yaşıl enerji”nin Azərbaycan modeli: istehsal və idarəetmədə liderlik – TƏHLİL

28 Aprel, 2026
Prezident bir qrup sahibkarı təltif edib
  • Siyasət

Prezident bir qrup sahibkarı təltif edib

28 Aprel, 2026

Top 7 Xəbər

Xəzərdə zəlzələ olub 1

Xəzərdə zəlzələ olub

2 May, 2026
Diplomatik korpusun nümayəndələri Şuşada sağlamlıq mərkəzinin işi ilə tanış olub 2

Diplomatik korpusun nümayəndələri Şuşada sağlamlıq mərkəzinin işi ilə tanış olub

2 May, 2026
Dünya bazarlarında neftin qiyməti açıqlanıb 3

Dünya bazarlarında neftin qiyməti açıqlanıb

2 May, 2026
Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək 4

Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək

2 May, 2026
Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında – Fotolar 5

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında – Fotolar

1 May, 2026
Buraxılış imtahanının nəticələri ELAN OLUNDU 6

Buraxılış imtahanının nəticələri ELAN OLUNDU

1 May, 2026
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat 7

Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat

1 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 359)
  • Dünya (3. 347)
  • Gündəm (11. 701)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9359) Dünya (3347) Gündəm (11701) Kateqoriyasızlar (484) Kriminal (1379) Mədəniyyət (348) Siyasət (2987) Texnologiya (14) İdman (649) İqtisadiyyat (592)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Xəzərdə zəlzələ olub 2 May, 2026
  • Diplomatik korpusun nümayəndələri Şuşada sağlamlıq mərkəzinin işi ilə tanış olub 2 May, 2026
  • Dünya bazarlarında neftin qiyməti açıqlanıb 2 May, 2026
  • Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək 2 May, 2026
  • Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında – Fotolar 1 May, 2026
© Addim.az | MoreNews by AF themes.