Skip to content
5 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 373)
  • Dünya (3. 349)
  • Gündəm (11. 713)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (491)
  • Kriminal (1. 382)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Zəngilanda saxlanılan erməni diversantlara cinayət işi açıldı

Azərbaycan Respublikası Baş Prokurorluğu və Dövlət Sərhəd Xidmətinin birgə məlumat yayıb. Məlumatda deyilir: “May 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin
Cavidan 27 May, 2023

Azərbaycan Respublikası Baş Prokurorluğu və Dövlət Sərhəd Xidmətinin birgə məlumat yayıb.

Məlumatda deyilir:

“May 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Belə ki, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.

Faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində aparılan araşdırma zamanı Ermənistan Respublikasının hərbi qulluqçuları – Hovakimyan Harut Yuriki, Qazaryan Karen Aşoti və qeyrilərinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib 26 may 2023-cü il tarixdə saat 16 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz əldə edib özləri ilə daşıdıqları odlu silah və döyüş sursatları ilə birlikdə qanunsuz olaraq nəzarət-buraxılış məntəqələrindən və gömrük sərhədindən gömrük nəzarətindən kənar keçməklə Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü ziddinə qərar qəbul edilməsinə təsir göstərmək və milli düşmənçilik salmaq məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması üçün Zəngilan rayonu Rəzdərə kəndi ərazisində yerləşən və dövlət sərhədini mühafizə edən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin hərbi qulluqçularına odlu silahla atəşlər açmaqla onlara qarşı zor tətbiq edib terror aktı törədəcəkləri ilə hədələmələrinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunanlarla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə törədildikdə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Toplanmış sübutlar əsasında Harut Hovakimyan və Karen Qazaryan şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam edir.

İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək”.

Continue Reading

Previous: Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları – YENİLƏNİR
Next: Sabah 35 dərəcə isti olacaq

Bölmənin digər xəbərləri

Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək
  • Cəmiyyət

Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək

5 May, 2026
Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib
  • Cəmiyyət

Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib

5 May, 2026
Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb
  • Cəmiyyət

Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb

5 May, 2026

Top 7 Xəbər

Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək 1

Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək

5 May, 2026
Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib 2

Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib

5 May, 2026
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb 3

Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb

5 May, 2026
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib 4

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

5 May, 2026
Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib 5

Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib

5 May, 2026
Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb 6

Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb

5 May, 2026
Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur 7

Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur

5 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 373)
  • Dünya (3. 349)
  • Gündəm (11. 713)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (491)
  • Kriminal (1. 382)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9373) Dünya (3349) Gündəm (11713) Kateqoriyasızlar (491) Kriminal (1382) Mədəniyyət (348) Siyasət (2988) Texnologiya (14) İdman (649) İqtisadiyyat (592)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək 5 May, 2026
  • Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib 5 May, 2026
  • Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb 5 May, 2026
  • MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib 5 May, 2026
  • Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib 5 May, 2026
© Addim.az | MoreNews by AF themes.