Mayın 24-ü axşam saatlarında 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayevin səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilməsi və daha sonra həyatını itirməsi ilə bağlı kütləvi-informasiya vasitələrində yayılmış məlumat Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırılıb.
Agentlikdən verilən məlumatda bildirilib ki, araşdırma zamanı hadisənin qida ilə heç bir əlaqəsinin olmadığı müəyyən edilib.
08:17
Mayın 25-də saat 5 radələrində polis baş serjantı, Əlahiddə Çevik Polis Alayında manqa komandiri xəstəxanada vəfat edib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.
Göstərilən tibbi müdaxilələrə baxmayaraq, o həyatını itirib.
Araşdırma aparılır.