Skip to content
26 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 750)
  • Dünya (3. 145)
  • Gündəm (10. 939)
  • İdman (610)
  • İqtisadiyyat (561)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 318)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Buraxılış imtahanlarının nəticələri açıqlandı – Bir nəfər 300 bal topladı

Cavidan 18 May, 2023

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 30-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub.

İmtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2023/netorta/) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər.

İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding” (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Bu imtahanlarda iştirakı nəzərdə tutulan 48 065 nəfərdən 373 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 9 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 1 nəfər – Naxçıvan Qarnizonunun tam orta məktəbinin şagirdi maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 25 may tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 22 may saat 10:00-dan 24 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Şagirdlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Continue Reading

Previous: “Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edildi
Next: Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür

Bölmənin digər xəbərləri

Xocalının iki kəndinə daha 25 ailə yola salındı
  • Cəmiyyət

Xocalının iki kəndinə daha 25 ailə yola salındı

26 Yanvar, 2026
Ceyhun Bayramov israilli həmkarı ilə görüşdü
  • Cəmiyyət

Ceyhun Bayramov israilli həmkarı ilə görüşdü

26 Yanvar, 2026
İsrailin xarici işlər naziri İlham Əliyevin qəbulunda – GÖRÜNTÜLƏR
  • Cəmiyyət

İsrailin xarici işlər naziri İlham Əliyevin qəbulunda – GÖRÜNTÜLƏR

26 Yanvar, 2026

Top 7 Xəbər

Xocalının iki kəndinə daha 25 ailə yola salındı 1

Xocalının iki kəndinə daha 25 ailə yola salındı

26 Yanvar, 2026
Ceyhun Bayramov israilli həmkarı ilə görüşdü 2

Ceyhun Bayramov israilli həmkarı ilə görüşdü

26 Yanvar, 2026
Dələduzluqda təqsirləndirilən keçmiş vəkil həbs olunub 3

Dələduzluqda təqsirləndirilən keçmiş vəkil həbs olunub

26 Yanvar, 2026
İsrailin xarici işlər naziri İlham Əliyevin qəbulunda – GÖRÜNTÜLƏR 4

İsrailin xarici işlər naziri İlham Əliyevin qəbulunda – GÖRÜNTÜLƏR

26 Yanvar, 2026
Azərbaycanın ən çox məhsul alıb-satdığı ölkələr – SİYAHI 5

Azərbaycanın ən çox məhsul alıb-satdığı ölkələr – SİYAHI

26 Yanvar, 2026
Buzovnaya işığın verilməsi DAYANDIRILACAQ 6

Buzovnaya işığın verilməsi DAYANDIRILACAQ

26 Yanvar, 2026
Kredit faizləri artır – VİDEO 7

Kredit faizləri artır – VİDEO

26 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 750)
  • Dünya (3. 145)
  • Gündəm (10. 939)
  • İdman (610)
  • İqtisadiyyat (561)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 318)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8750) Dünya (3145) Gündəm (10939) Kateqoriyasızlar (454) Kriminal (1318) Mədəniyyət (329) Siyasət (2927) Texnologiya (14) İdman (610) İqtisadiyyat (561)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Xocalının iki kəndinə daha 25 ailə yola salındı 26 Yanvar, 2026
  • Ceyhun Bayramov israilli həmkarı ilə görüşdü 26 Yanvar, 2026
  • Dələduzluqda təqsirləndirilən keçmiş vəkil həbs olunub 26 Yanvar, 2026
  • İsrailin xarici işlər naziri İlham Əliyevin qəbulunda – GÖRÜNTÜLƏR 26 Yanvar, 2026
  • Azərbaycanın ən çox məhsul alıb-satdığı ölkələr – SİYAHI 26 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.