Skip to content
5 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 836)
  • Dünya (3. 168)
  • Gündəm (11. 036)
  • İdman (613)
  • İqtisadiyyat (567)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 328)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 932)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Mehriban Əliyeva Heydər Əliyevlə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə instaqram hesabında paylaşım edib.Paylaşımda deyilir: “Heydər Əliyevin
Cavidan 10 May, 2023

Birinci vitse-prezident Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə instaqram hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Heydər Əliyevin nurlu xatirəsinə

10.05.2023. Şuşa.

Əsrarəngiz və bənzərsiz Şuşa.

Ağaclar sıx çətirli, hava təmiz, şəffaf, nəfəs sanki həyatverici eliksir kimidir. Səma son dərəcə mavidir.

Daş döşənmiş dar küçələr. Yerlə-yeksan olmuş evlər, dağıntılar, amma özünəməxsus, doğma görkəmini qoruyub saxlamış dağıntılar.

Ətrafda biçilməmiş sıx otlar. Bəzi yerlərdə al lalələr baş qaldırıb.

Şuşanın sədasını necə təsvir etmək olar? Bəzən bu, tam, lal sükutdur. Quşların səsi, yarpaqların pıçıltısı şəhərin nəfəsidir.

Gəzmək, küçə və döngələr boyu dolanmaq, ağaclara toxunmaq, qədim daşlara sığal çəkərək ovcunla güllələrin izini silmək istəyirsən.

Cıdır düzündə vaxtın necə keçdiyini hiss etmirsən. Ətrafda ancaq ucsuz-bucaqsız dağlar və mavi səma görünür. Otun üzərində uzanasan və bəxtin gətirsə, qartalların səssiz uçuşunu – sanki yavaşıdılmış çəkilişdəki kimi onların nəhəng qanad çalmağını seyr edəsən.

Sehrli Şuşa şəhərində qəlbində olan hisslərini təsvir etmək üçün sözləri necə seçəsən? Fikirlər məni keçmişə aparır…

Ölkə uçurum kənarındadır, işğal olunmuş torpaqlar, xəyanətin qurbanı olmuş Şuşa.

Köçkünlər, köçkünlər, yüz minlərlə köçkün…

Çaşqınlıq, bəla və sonsuz ağrı-acılar. Bax, belə bir vaxtda – 1993-cü ilin payızında Siz – yaşlı, ağır xəstəlik keçirmiş İnsan Azərbaycana rəhbərlik etməyə başladınız. Sanki Siz və ölkə eyni zamanda xəstəliyə düçar olmuşdunuz. Sanki itkilərin, ədalətsizliyin şiddətli ağrısı Sizi yenidən xalqa, xalqı isə Sizə qaytardı.

Sonrası Uca Tanrı tərəfindən yazılmışdır. Sonra bizi ecazkar Şuşa şəhərinə uzun yol gözləyirdi.

Sonra sağalma, dirçəliş, qurub-yaratma. Qürurumuzu özümüzə qaytarma. Zəfər qazanıldı!

Uca Tanrının yazısı Sizin müdrikliyiniz, sarsılmaz, möhkəm iradəniz, Vətəninizə, bizim hər birimizə sonsuz sevginiz sayəsində gerçək oldu.

Gözlərimin önündə sevincli, işıqlı, həyəcanlı xatirələr canlanır. Bu xatirələr mənimlədir, mənimlə olacaq.

Sizin gözləriniz, təbəssümünüz, gülüşünüz və göz yaşlarınız. Danışdığınız əhvalatlar, verdiyiniz məsləhətlər, heç də asan olmayan suallara cavablarınız. Bağışlamaq, sevmək bacarığınız.

Sizin əyilməzliyiniz, iradəniz, öz xalqınıza inamınız – bütün bunlar əbədi olaraq bizimlədir.

Orada – uzaqlarda, səmalarda Siz Şuşanın səsini eşidir və hamımıza öz sevginizi, bizə, Azərbaycana inamınızı göndərirsiniz.

Heç də təsadüfi deyil ki, bu gün Cıdır düzünün səmasında məğrur qartallar qanad çalır.

Sizə sonsuz ehtiramla”.

Continue Reading

Previous: TDT Ulu Öndərin 100 illiyi ilə bağlı paylaşım edib
Next: Prezidentin xalqa müraciəti – Canlı

Bölmənin digər xəbərləri

Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar davam edir
  • Dünya

Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar davam edir

5 Fevral, 2026
Səyyar ASAN xidmət Ağdaşda fəaliyyətə başlayıb
  • Cəmiyyət

Səyyar ASAN xidmət Ağdaşda fəaliyyətə başlayıb

5 Fevral, 2026
Hikmət Hacıyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindən paylaşım edib
  • Cəmiyyət

Hikmət Hacıyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindən paylaşım edib

4 Fevral, 2026

Top 7 Xəbər

Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar davam edir 1

Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar davam edir

5 Fevral, 2026
ABŞ-ın vitse-prezidenti Azərbaycana Qış Olimpiya Oyunlarının açılışından sonra səfər edəcək 2

ABŞ-ın vitse-prezidenti Azərbaycana Qış Olimpiya Oyunlarının açılışından sonra səfər edəcək

5 Fevral, 2026
Emin Əmrullayev Gürcüstan, Serbiya və BƏƏ-dən olan həmkarları ilə əməkdaşlığı müzakirə edib 3

Emin Əmrullayev Gürcüstan, Serbiya və BƏƏ-dən olan həmkarları ilə əməkdaşlığı müzakirə edib

5 Fevral, 2026
Səyyar ASAN xidmət Ağdaşda fəaliyyətə başlayıb 4

Səyyar ASAN xidmət Ağdaşda fəaliyyətə başlayıb

5 Fevral, 2026
BİZİM TƏQVİM: 5 fevralda baş vermiş tarixi hadisələr 5

BİZİM TƏQVİM: 5 fevralda baş vermiş tarixi hadisələr

5 Fevral, 2026
Paşinyan: “Zayed İnsan Qardaşlığı Mükafatı” hər bir erməni və azərbaycanlı üçün eyni dərəcədə vacibdir 6

Paşinyan: “Zayed İnsan Qardaşlığı Mükafatı” hər bir erməni və azərbaycanlı üçün eyni dərəcədə vacibdir

4 Fevral, 2026
Hikmət Hacıyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindən paylaşım edib 7

Hikmət Hacıyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindən paylaşım edib

4 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 836)
  • Dünya (3. 168)
  • Gündəm (11. 036)
  • İdman (613)
  • İqtisadiyyat (567)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 328)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 932)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8836) Dünya (3168) Gündəm (11036) Kateqoriyasızlar (459) Kriminal (1328) Mədəniyyət (333) Siyasət (2932) Texnologiya (14) İdman (613) İqtisadiyyat (567)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar davam edir 5 Fevral, 2026
  • ABŞ-ın vitse-prezidenti Azərbaycana Qış Olimpiya Oyunlarının açılışından sonra səfər edəcək 5 Fevral, 2026
  • Emin Əmrullayev Gürcüstan, Serbiya və BƏƏ-dən olan həmkarları ilə əməkdaşlığı müzakirə edib 5 Fevral, 2026
  • Səyyar ASAN xidmət Ağdaşda fəaliyyətə başlayıb 5 Fevral, 2026
  • BİZİM TƏQVİM: 5 fevralda baş vermiş tarixi hadisələr 5 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.