Skip to content
3 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kriminal
  • Hadisə günü anası da orada olub – 7 yaşlı Fəridin atası
  • Gündəm
  • Kriminal

Hadisə günü anası da orada olub – 7 yaşlı Fəridin atası

“Fəridin döyülməsiylə bağlı videonu dünən gördüm. Həqiqətən dəhşətə gəldim və görüntülər mənə çox təsir etdi. Müəllim kimdir axı,
Cavidan 2 May, 2023
1683024898_1683021114_e142f613-f9b8-4661-9704-574cedee5923

“Fəridin döyülməsiylə bağlı videonu dünən gördüm. Həqiqətən dəhşətə gəldim və görüntülər mənə çox təsir etdi. Müəllim kimdir axı, uşağıma əl qaldırısın…”

Bu fikirləri News24.az-a açıqlamasında 7 yaşlı Fərid Bakarovun atası Eyvaz Bakarov deyib.

O, açıqlamasında bəzi detalları qeyd edib: “Mehman istəyirdi ki, Fərid tələbəsi kimi yarışlarda yüksək yer tutsun və onun adını qaldırsın. 3-4 ay olardı ki, onunla məşğul olurdu. Əvvəllər onların videolarını görmüşdüm və hər şey normal idi. Bu videonu gördükdə dəhşətə gəldim. 7 yaşlı uşağın nə canı var?! Əgər narazıydısa, deyərdi ki, gətirməyin. Uşağım bir gün sonra yarışa çıxmalı idi. Hadisə baş verən gün anası da orada olub, mən işdə olmuşam. Məşq zalında səs-küy olub, anası səs-küyü eşidib iki dəfə içəri keçib. Amma məşqçi az qalıb ki, anasına da əl qaldırsın. Deyib ki, “qız kimi böyütmə”. Məşqdən sonra Fərid çox halsız olub. Hətta uşaq altını isladıb”.

Fəridin atası video ilə bağlı bəzi faktları qeyd edib: “Video təmiz çəkilməyib, amma 99 faiz həmin zaldır. Ziyadla Fərid eyni köynəkdə olanlardır. Orada vəhşicəsinə Fəridin və digər uşağın saçından tutub qaldırıb və dəfələrlə zərbələr endirib. Bu, insanlıq deyil, heyvanlıqdır, vəhşilikdir! Ondan qabaq da uşaq döyülmüşdü, çünki uşağı ora gətirəndə halsız idi. Mən axıra qədər bu işin arxasınca gedəcəyəm. Fikirləşməsinlər ki, azad olub çıxacaq. Ona ən ağır cəzanın verilməsini istəyirəm. Əlaqədar qurumlardan, hüquq-mühafizə orqanlarından mənə köməklik göstərilməsini xahiş edirəm”.

Qeyd edək ki, aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov barəsində Sumqayıt Şəhər Məhkəməsi istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Hazırda onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Hacı Şahinin yerinə TƏYİNAT
Next: Prezident və birinci xanım Ağdama GETDİ

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-02 185609
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 182300
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 145210
  • Dünya

Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 686)
  • Dünya (3. 432)
  • Gündəm (11. 923)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb Screenshot 2026-07-02 185609 1
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

2 İyul, 2026
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb Screenshot 2026-07-02 182300 2
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

2 İyul, 2026
Suriya və Livan arasında razılaşma imzalanıb Screenshot 2026-07-02 173056 3
  • Dünya

Suriya və Livan arasında razılaşma imzalanıb

2 İyul, 2026
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib Screenshot 2026-07-02 165056 4
  • Cəmiyyət

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

2 İyul, 2026
Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək Screenshot 2026-07-02 160646 5
  • Cəmiyyət

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

2 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9686) Dünya (3432) Gündəm (11923) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.