Skip to content
24 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kriminal
  • Azyaşlı qız atasının anasını öldürdüyü gecədən danışdı…
  • Kriminal

Azyaşlı qız atasının anasını öldürdüyü gecədən danışdı…

Tərtərdə ondan boşanan həyat yoldaşını yatdığı yerdə boğaraq öldürən kişi törətdiyi cinayətdən məhkəmədə danışıb. “Kriminalqafqaz” məhkəmə materiallarına istinadən
Cavidan 3 Noyabr, 2021
qetl1

Tərtərdə ondan boşanan həyat yoldaşını yatdığı yerdə boğaraq öldürən kişi törətdiyi cinayətdən məhkəmədə danışıb.

“Kriminalqafqaz” məhkəmə materiallarına istinadən xəbər verir ki, Səlim Əsədov 2017-ci ildə keçmiş həyat yoldaşı Röyalə Tağıyevanı boğaraq qətlə yetirib.

Məhkəmənin araşdırması zamanı məlum olub ki, Səlim Əsədov Röyalə Tağıyeva ilə boşanmalarına baxmayaraq, onunla dəfələrlə səbəbsiz şəkildə mübahisə edib və ailə həyatına müdaxilə edib. 2020-ci il sentyabrın 6-da gecə saatlarında əvvəlcədən planlayaraq əldə etdiyi ehtiyat açarla Röyalənin yaşadığı evə girərək ona şiddət göstərib. Röyalə yuxudan ayılaraq keçmiş həyat yoldaşına müqavimət göstərmək istəsə də, Səlim onun ağzından və boğazından tutub kürəyi üstə yatdığı yerə uzadıb. Daha sonra başının altında olan yastığı ağzının üzərinə, dizini isə bədəni üzərinə sıxmaqla Röyaləyə ağır zərbələr endirib və qəsdən boğaraq öldürüb.

Səlim Əsədov ifadəsində bildirib ki, çoban işləmək üçün Şəkiyə getmək qərarına gəlib, amma həyat yoldaşı onunla getməkdən imtina edib: “Şəkidən qayıtdıqdan sonra Röyalənin mənə qarşı münasibətinin dəyişdiyini gördüm. Məndə Röyalənin kiminləsə münasibət saxlaması ilə bağlı şübhələr oyandı. Bu səbəbdən aramızda bir neçə dəfə dava-dalaş oldu. Həmin vaxt Röyalə boşanmaq üçün məhkəməyə müraciət etdi, rəsmi qaydada boşandıqdan sonra ayrı yaşamağa başladıq. Məcburi köçkün olduğum üçün dövlət tərəfindən verilən üçotaqlı evi Röyalə və övladlarıma verərək qonşuluqda yaşayan qardaşım Kərimin evində yaşamağa başladım. Röyalə boşandıqdan sonra ayrı-ayrı şəxslərə məxsus torpaq sahələrində alaq otlarının təmizlənməsi işi ilə məşğul olurdu. Röyalə işdən gecə saatlarında qayıdırdı. Bu da məni narahat edirdi. Bir neçə dəfə Röyaləyə onu öldürəcəyimi demişdim”.

Hadisədən 1 ay əvvəl R.Tağıyeva DİN-in “102” qaynar xəttinə zəng edərək keçmiş əri barəsində şikayətçi olub. Bu barədə Tərtər rayon Polis Şöbəsində araşdırma da aparılıb.

Övladları çox vaxt Röyalənin yanında olduğuna görə keçmiş əri məqsədini bir müddət reallaşdıra bilməyib. S.Kərimov onu öldürmək üçün ən uyğun vaxtın gecə olduğunu düşünərək yatdığı vaxt evə girib və əməlini gerçəkləşdirib.

Məhkəmə iclasında dindirilən R.Tağıyevanın ögey bacısı N. bildirib ki, Röyalə təxminən 7 il Səlimlə birlikdə çox mehriban yaşayıb: “Hətta Səlim Şəkiyə işləməyə gedəndə də Röyalə onunla gedirdi. Amma fermada yaşamaq üçün şərait olmadığına görə geri qayıtdı. Səlim evliliyinin beşinci ilindən sonra başqa qadınlarla münasibət saxlamağa başladı. Əlaqə saxladığı qadınların əxlaqsız şəkillərini telefonuna yükləyirdi. Həmin şəkilləri arvadı Röyaləyə göstərərək “qadın belə olar, sən bunların əlinə su tökməyə yaramırsan” deyirdi. Onu təhqir edib döyürdü. Bir neçə dəfə Röyaləyə Səlimdən boşanmasını məsləhət gördüm. Röyalə isə övladlarının azyaşlı olmalarını, boşanacağı halda onların ortalıqda qalacaqlarını əsas gətirməklə razılaşmadı. Səlim tez-tez spirtli içki içərək evə gəlib Röyaləni döyürdü. Bütün bunlar onlar boşanana qədər davam edib”.

S.Əsədovun qardaşı Kərim Əsədov bildirib ki, Səlimlə Röyalə boşandıqdan sonra aralarında mübahisə yaradan əsas səbəb alimentin vaxtında ödənməməsi olub: “Qardaşımın iddia etdiyi kimi Röyalənin əxlaqsızlıq etdiyinə dair bir hadisəyə şahid olmamışam. Sadəcə keçmiş həyat yoldaşının işə gedib-gəlməsi Səlimdə qısqanclıq yaradırdı”.

Övladları da anası və atası arasında həmişə dava-dalaş olduğunu təsdiqləyiblər. Mərhumun azyaşlı qızı bildirib ki, ataları hətta onların yanında da analarına döyüb, təhqir edib: “Hadisə baş verən gecə anamın səsini eşitdim. Amma qorxduğum üçün otağa girmədim. Qardaşımın da oyaq olduğunu gördüm. Qardaşım dedi ki, atam anamı döyür. Mən də dedim ki, yataq, sonra bizi də döyər”.

Qışqırıq səsindən yata bilməyən uşaqlar evlərinə polis gələndən sonra biliblər ki, ataları analarını boğaraq öldürüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səlim Əsədov 16 il müddətə azadlıqdan məhrum edilib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Hərbi qulluqçularla bağlı bu qanun dəyişdirilir – Yeni mexanizm yaradılır
Next: AST Telman həbsdən sonra azərbaycanlı jurnalistlə bir arada – Foto

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-23 092159
  • Kriminal

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Cavidan 23 İyun, 2026
Screenshot 2026-06-22 162220
  • Kriminal

Bu il narkotiklə bağlı 2110 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Cavidan 22 İyun, 2026
Screenshot 2026-06-22 092813
  • Kriminal

İvanovka yolunda ağır qəza – Ölən və yaralananlar var

Cavidan 22 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 635)
  • Dünya (3. 412)
  • Gündəm (11. 895)
  • İdman (666)
  • İqtisadiyyat (601)
  • Kateqoriyasızlar (515)
  • Kriminal (1. 404)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İlham Əliyev dövlət qulluqçularını təltif edib – SİYAHI Screenshot 2026-06-23 173441 1
  • Cəmiyyət

İlham Əliyev dövlət qulluqçularını təltif edib – SİYAHI

23 İyun, 2026
İrəvanda Ağsaqqallar Şurasının iclası zamanı kütləvi dava baş verib Screenshot 2026-06-23 170051 2
  • Gündəm

İrəvanda Ağsaqqallar Şurasının iclası zamanı kütləvi dava baş verib

23 İyun, 2026
DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar Screenshot 2026-06-23 162549 3
  • İdman

DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar

23 İyun, 2026
“EU Reporter”: Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib Screenshot 2026-06-23 155526 4
  • Cəmiyyət

“EU Reporter”: Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib

23 İyun, 2026
Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb Screenshot 2026-06-23 152232 5
  • Kateqoriyasızlar

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb

23 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9635) Dünya (3412) Gündəm (11895) Kateqoriyasızlar (515) Kriminal (1404) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (666) İqtisadiyyat (601)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.