Skip to content
18 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 439)
  • Dünya (3. 373)
  • Gündəm (11. 759)
  • İdman (652)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 387)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 991)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Bu şəxslər üçün viza prosedurları sadələşdirildi – SƏRƏNCAM

Prezident İlham Əliyev 2023 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək
Cavidan 29 Mart, 2023

Prezident İlham Əliyev 2023 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“1. Müəyyən edilsin ki, 2023 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il aprelin 1-dən mayın 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

  1. Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilsin:

2.1. Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd;

2.2. Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;

2.3. 2023 Formula 1 Azərbaycan Qran Pri yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

  1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

3.1. 2023 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Formula One Management Limited” Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;

3.2. 2023 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.

  1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2023 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat versin”.

Continue Reading

Previous: Ərdoğan seçki öncəsi işıq və qaz tariflərini endirdi
Next: Havanın temperaturu 10 dərəcə enəcək – XƏBƏRDARLIQ

Bölmənin digər xəbərləri

KİV: Pentaqon İrana zərbələr endirilməsi üçün planlar hazırlayıb
  • Dünya

KİV: Pentaqon İrana zərbələr endirilməsi üçün planlar hazırlayıb

18 May, 2026
Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var
  • Cəmiyyət

Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var

16 May, 2026
Biləsuvarın bəzi ərazilərində üç saat işıq olmayacaq
  • Cəmiyyət

Biləsuvarın bəzi ərazilərində üç saat işıq olmayacaq

16 May, 2026

Top 7 Xəbər

Anar Quliyev: Qarabağdakı bərpa işləri bir çox beynəlxalq qurum üçün böyük maraq doğurur 1

Anar Quliyev: Qarabağdakı bərpa işləri bir çox beynəlxalq qurum üçün böyük maraq doğurur

18 May, 2026
KİV: Pentaqon İrana zərbələr endirilməsi üçün planlar hazırlayıb 2

KİV: Pentaqon İrana zərbələr endirilməsi üçün planlar hazırlayıb

18 May, 2026
Meksikada silahlı hücum 10 nəfərin həyatına son qoyub 3

Meksikada silahlı hücum 10 nəfərin həyatına son qoyub

18 May, 2026
WUF13 çərçivəsində ictimai nəqliyyatda görülən işlər açıqlanıb 4

WUF13 çərçivəsində ictimai nəqliyyatda görülən işlər açıqlanıb

16 May, 2026
Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var 5

Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var

16 May, 2026
Metroda zarafat edənlər cərimələnəcəklər –  Ciddi xəbərdarlıq 6

Metroda zarafat edənlər cərimələnəcəklər –  Ciddi xəbərdarlıq

16 May, 2026
Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb 7

Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb

16 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 439)
  • Dünya (3. 373)
  • Gündəm (11. 759)
  • İdman (652)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 387)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 991)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9439) Dünya (3373) Gündəm (11759) Kateqoriyasızlar (496) Kriminal (1387) Mədəniyyət (349) Siyasət (2991) Texnologiya (14) İdman (652) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Anar Quliyev: Qarabağdakı bərpa işləri bir çox beynəlxalq qurum üçün böyük maraq doğurur 18 May, 2026
  • KİV: Pentaqon İrana zərbələr endirilməsi üçün planlar hazırlayıb 18 May, 2026
  • Meksikada silahlı hücum 10 nəfərin həyatına son qoyub 18 May, 2026
  • WUF13 çərçivəsində ictimai nəqliyyatda görülən işlər açıqlanıb 16 May, 2026
  • Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var 16 May, 2026
© Addim.az | MoreNews by AF themes.