Skip to content
19 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 446)
  • Dünya (3. 373)
  • Gündəm (11. 765)
  • İdman (652)
  • İqtisadiyyat (596)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 388)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Ceyhun Bayramov Beynəlxalq Donorlar Konfransında iştirak etdi

Martın 20-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə keçirilmiş “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar
Cavidan 21 Mart, 2023

Martın 20-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə keçirilmiş “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar Konfransında iştirak edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Avropa İttifaqının (Aİ) üzvləri, qonşu və tərəfdaş ölkələr, “Böyük İyirmilik” (G20), Körfəz Əməkdaşlığı Şurası ölkələri, BMT, digər beynəlxalq təşkilatlar, o cümlədən beynəlxalq, habelə Avropa maliyyə institutlarının təmsil olunduğu konfrans Türkiyədə və Suriyada baş vermiş zəlzələlərin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə keçirilib.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin, Aİ Şurasına sədrlik edən ölkə qismində İsveçin Baş naziri Ulf Kristersonun və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın video formatda çıxışlarından sonra Türkiyədə fəlakət sonrası ehtiyacların Türkiyə hökuməti, BMT-nin İnkişaf Proqramı, Dünya Bankı və Aİ tərəfindən hazırlanmış ilkin qiymətləndirilməsi təqdim edilib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun nitqindən sonra yardım vədləri sessiyası çərçivəsində Konfrans iştirakçılarının çıxışları dinlənilib.

Nazir Ceyhun Bayramov konfransda çıxış edərək baş vermiş dəhşətli fəlakətin fəsadlarının aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin səylərinin səfərbər edilməsinə istiqamətlənən tədbirin təşkilinin təqdirəlayiq olduğunu bildirib. Bu xüsusda, Azərbaycanın dağıdıcı zəlzələlər nəticəsində böyük insan tələfatı, o cümlədən dağıntılar ilə üzləşən qardaş Türkiyə, habelə Suriya ilə həmrəy olduğu qeyd edilib.

Zəlzələnin ilk günlərindən etibarən Azərbaycanın Türkiyəyə dəstək nümayiş etdirərək, dərhal axtarış-xilasetmə dəstələri, tibbi heyət, könüllülər, habelə humanitar yardımlar göndərdiyi diqqətə çatdırılıb. Azərbaycanın bölgəyə 940 nəfər xilasedici, tibbi personal və könüllü dəstələri, 5300 tondan artıq humanitar yük göndərdiyi qeyd olunub. Türkiyəyə zəlzələ bölgəsində çalışan aidiyyəti təşkilatlar vasitəsilə indiyə qədər 45 milyon ABŞ dollarından artıq maddi yardım göstərildiyi vurğulanıb.
Azərbaycanın hər zaman olduğu kimi bundan sonra da qardaş Türkiyənin yanında olacağı, bu xüsusda ölkəmizin zəlzələdən sonrakı bərpa və quruculuq işlərində nəticə yönümlü maddi və texniki dəstəyin göstərilməsini davam etdirəcəyi diqqətə çatdırılıb. Azərbaycanın bölgədə bərpa-quruculuq işinə töhfəsi çərçivəsində 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcəyi elan olunub.

Konfransın sonunda tədbirə ev sahibliyi edən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Aİ Şurasına sədrlik edən ölkə qismində İsveçin Baş naziri Ulf Kristersson yekun bəyanatla çıxış ediblər.

Continue Reading

Previous: Azərbaycana yaz gəldi…
Next: 100 gün: Baharı Laçın yolunda qarşıladılar

Bölmənin digər xəbərləri

Deputatlar Tacikistana gedirlər
  • Cəmiyyət

Deputatlar Tacikistana gedirlər

18 May, 2026
Prezident İlham Əliyev: Azərbaycan “vahid Çin” siyasətini daim dəstəkləyir
  • Cəmiyyət

Prezident İlham Əliyev: Azərbaycan “vahid Çin” siyasətini daim dəstəkləyir

18 May, 2026
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb – VİDEO
  • Cəmiyyət

Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb – VİDEO

18 May, 2026

Top 7 Xəbər

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb 1

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

19 May, 2026
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib 2

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

19 May, 2026
Prezidentin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasiminə dair videoçarx paylaşılıb 3

Prezidentin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasiminə dair videoçarx paylaşılıb

19 May, 2026
Deputatlar Tacikistana gedirlər 4

Deputatlar Tacikistana gedirlər

18 May, 2026
İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb 5

İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

18 May, 2026
Prezident İlham Əliyev: Azərbaycan “vahid Çin” siyasətini daim dəstəkləyir 6

Prezident İlham Əliyev: Azərbaycan “vahid Çin” siyasətini daim dəstəkləyir

18 May, 2026
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb – VİDEO 7

Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb – VİDEO

18 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 446)
  • Dünya (3. 373)
  • Gündəm (11. 765)
  • İdman (652)
  • İqtisadiyyat (596)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 388)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9446) Dünya (3373) Gündəm (11765) Kateqoriyasızlar (496) Kriminal (1388) Mədəniyyət (349) Siyasət (2994) Texnologiya (14) İdman (652) İqtisadiyyat (596)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb 19 May, 2026
  • Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib 19 May, 2026
  • Prezidentin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasiminə dair videoçarx paylaşılıb 19 May, 2026
  • Deputatlar Tacikistana gedirlər 18 May, 2026
  • İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb 18 May, 2026
© Addim.az | MoreNews by AF themes.