Skip to content
12 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 491)
  • Dünya (3. 051)
  • Gündəm (10. 607)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi Novruz
Cavidan 17 Mart, 2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram.

Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır. Zamanın bütün sınaqlarından çıxaraq əsrlərin yaddaşında silinməz izlər qoyan bu el bayramı uzaq dövrlərdən bəri xalqımızın mənəvi dünyasının dərinliklərinə nüfuz etmiş, ənənəvi dəyərlərimizin təşəkkülündə mühüm rol oynamışdır. Ulu babalarımızın zəngin daxili aləmi, müdrik həyat fəlsəfəsi və gələcəklə bağlı işıqlı arzuları bahar bayramında dolğun təcəssümünü tapmışdır.

Ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən, yeniləşdirici gücə malik Novruz bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq duyğularını möhkəmləndirir, cəmiyyətimizin vahid məfkurə ətrafında inkişafının ahəngdarlığını təmin edir. Milli varlığımızın ayrılmaz parçası saydığımız və yad təsirlərdən qoruduğumuz Novruz ənənələri mənəvi sərvətlərimizə hörmətlə yanaşmağımızın yüksək ifadəsi, eyni zamanda bəşər mədəniyyəti xəzinəsinə qiymətli töhfəmizdir.

Xatirəsini daim minnətdarlıqla andığımız şəhidlərimizin öz canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli torpaqlarımızda gerçəkləşdirilən irimiqyaslı layihələr, geniş vüsət alan quruculuq işləri və əhalimizin doğma yurdlara qayıdışı ilə yenidən canlanan həyat yaz fəslinin Odlar diyarına builki gəlişinə xüsusi ab-hava qatır və rəmzi məna qazandırır.

Ölkəmizin hüdudlarından uzaqlarda yaşayan, qəlbi vətən sevgisi ilə döyünən və baharı bizimlə birgə qarşılayan soydaşlarımıza bayram salamlarımı yetirirəm.

Bu əlamətdar bayramın hər evə, hər ocağa yeni sevinc, bol ruzi-bərəkət və firavanlıq gətirməsini arzu edirəm.

Novruz bayramınız mübarək olsun!”

Continue Reading

Previous: Prezident Rəhim Məmmədovu ordenlə təltif etdi
Next: Bu şəxslərin elektron qeydiyyatının aparılması qaydası təsdiqləndi

Bölmənin digər xəbərləri

Ukrayna Prezidenti gələn həftə Almaniyaya səfər edəcək
  • Dünya

Ukrayna Prezidenti gələn həftə Almaniyaya səfər edəcək

12 Dekabr, 2025
Ərdoğan: Türkiyə Ukraynada müharibənin dayandırılması üçün danışıqlara ev sahibliyi edə bilər
  • Dünya

Ərdoğan: Türkiyə Ukraynada müharibənin dayandırılması üçün danışıqlara ev sahibliyi edə bilər

12 Dekabr, 2025
Ərdoğan: Pakistan və Əfqanıstan arasında barışığa töhfə verməyə hazırıq
  • Cəmiyyət

Ərdoğan: Pakistan və Əfqanıstan arasında barışığa töhfə verməyə hazırıq

12 Dekabr, 2025

Top 7 Xəbər

Ukrayna Prezidenti gələn həftə Almaniyaya səfər edəcək 1

Ukrayna Prezidenti gələn həftə Almaniyaya səfər edəcək

12 Dekabr, 2025
Ərdoğan: Türkiyə Ukraynada müharibənin dayandırılması üçün danışıqlara ev sahibliyi edə bilər 2

Ərdoğan: Türkiyə Ukraynada müharibənin dayandırılması üçün danışıqlara ev sahibliyi edə bilər

12 Dekabr, 2025
Ərdoğan: Pakistan və Əfqanıstan arasında barışığa töhfə verməyə hazırıq 3

Ərdoğan: Pakistan və Əfqanıstan arasında barışığa töhfə verməyə hazırıq

12 Dekabr, 2025
Sabahdan havanın temperaturu 5-7 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq – XƏBƏRDARLIQ 4

Sabahdan havanın temperaturu 5-7 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq – XƏBƏRDARLIQ

12 Dekabr, 2025
Heydər Əliyev – yaşadığı keşməkeşli hadisələrin qalibi – ŞƏRH 5

Heydər Əliyev – yaşadığı keşməkeşli hadisələrin qalibi – ŞƏRH

12 Dekabr, 2025
Zod qızıl yatağında Ermənistanın hər-hansı bir qazıntı və istismar işlərinin aparmadığı aşkarlanıb 6

Zod qızıl yatağında Ermənistanın hər-hansı bir qazıntı və istismar işlərinin aparmadığı aşkarlanıb

12 Dekabr, 2025
Milli Məclisin dekabrın 16-na olan plenar iclasının gündəliyi açıqlanıb 7

Milli Məclisin dekabrın 16-na olan plenar iclasının gündəliyi açıqlanıb

12 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 491)
  • Dünya (3. 051)
  • Gündəm (10. 607)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8491) Dünya (3051) Gündəm (10607) Kateqoriyasızlar (437) Kriminal (1294) Mədəniyyət (322) Siyasət (2909) Texnologiya (14) İdman (593) İqtisadiyyat (550)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Ukrayna Prezidenti gələn həftə Almaniyaya səfər edəcək 12 Dekabr, 2025
  • Ərdoğan: Türkiyə Ukraynada müharibənin dayandırılması üçün danışıqlara ev sahibliyi edə bilər 12 Dekabr, 2025
  • Ərdoğan: Pakistan və Əfqanıstan arasında barışığa töhfə verməyə hazırıq 12 Dekabr, 2025
  • Sabahdan havanın temperaturu 5-7 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq – XƏBƏRDARLIQ 12 Dekabr, 2025
  • Heydər Əliyev – yaşadığı keşməkeşli hadisələrin qalibi – ŞƏRH 12 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.