Skip to content
2 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 808)
  • Dünya (3. 163)
  • Gündəm (11. 012)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (457)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (332)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • İqtisadiyyat
  • Gündəm
  • İqtisadiyyat

“İqtisadiyyat nazirinə indi göstəriş verirəm ki, bu məsələni ciddi araşdırsın”

Xəbər verdiyimiz kimi, martın 13-də Berlində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub. Görüşdə
Cavidan 15 Mart, 2023

Xəbər verdiyimiz kimi, martın 13-də Berlində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub.

Görüşdə “Knauf” Şirkətlər Qrupunun tərəfdaşı Uve Knotzerlə dövlət başçısı arasında maraqlı dialoq yaşanıb.

Bu, “Knauf” rəsmisinin Prezidentdən xahişi ilə bağlı olub:

Uve Knotzer: Sizdən və nazirlikdən bir xahişim var. Bizim alçıpan ehtiyatlarımız qurtarıb. Azərbaycanda çoxlu alçıpan qəlibi var və bizə daha böyük həcm üçün dəstək lazımdır. Çünki biz yerli istehsalat üçün həcmi artırmaq istəyirik. Biz Azərbaycanda əlavə məhsullar istehsal etmək istəyirik və biz, həmçinin Gürcüstana ixrac etmək istəyirik və siyasət imkan versə Cənubi qonşulara ixrac etmək istəyirik. Mənim xahişim budur.

Prezident İlham Əliyev: Yeni alçıpan ehtiyatlarına çıxışda çətinliyiniz var? Siz bu məsələni yerli orqanlarla, İqtisadiyyat Nazirliyi ilə müzakirə etmisiniz?

Uve Knotzer: Hələ ki, birbaşa əlaqə yaratmamışıq, çünki biz tərəfdaşla işləyirik. Lakin oradakı material miqdarı ilə bağlı çətinliklərimiz var.

Prezident İlham Əliyev: Beləliklə, mövcud ehtiyat demək olar ki, bitib.

Uve Knotzer: Bəli və bizə daha çox lisenziyalar və mədən işləri aparmaq üçün yeni ərazi lazımdır ki, biz məhsuldar olmağa davam edək.

Prezident İlham Əliyev: Bəli, mən bunu tamamilə dəstəkləyirəm. Mənim layihə barədə məlumatım var. Sizin dediyiniz kimi, o, 2008-ci ildə Gəncə şəhərinin yaxınlığında, Goranboy rayonunun ərazisində icra olunmuşdur. Hesab edirəm ki, bu məsələnin həllini tapmaq mümkündür. Bəlkə iqtisadiyyat nazirinə əlavə məlumat verəsiniz və əlbəttə ki, biz həmişə xarici investorları dəstəkləyirik və sizin şirkətiniz onlardan biridir. Biz şaxələndirmə prosesinə başladıqda siz Azərbaycana sərmayə yatırmısınız. Beləliklə, siz Almaniyadan sərmayə yatıran şirkətlər arasında birincilərdən olmusunuz. Əlbəttə ki, biz sizinlə işbirliyinə davam etməkdə şad olardıq. Ehtiyatlarınızın bitməsi haqqında eşitməmişdim. Yəqin ki, çox gərgin çalışırsınız, bu yaxşı göstəricidir. Lakin mən iqtisadiyyat nazirinə indi göstəriş verirəm ki, bu məsələni ciddi araşdırsın və sizin üçün əlavə ehtiyatları tapsın ki, siz də öz növbənizdə fəaliyyətinizi davam edə biləsiniz. Bildiyimə görə siz 100 faiz yerli bazardan olan materialları təchiz edirsiniz. Xaricdən heç nə idxal olunmur. Əksinə, siz özünüz ixrac edirsiniz.

Uve Knotzer: Bəli, biz bir az Gürcüstana ixrac edirik. Biz gips dəyirmanını tikməklə istehsalımızı artırmaq istəyirik. Həmçinin tərəfdaş şirkətdə olan payımızı da artırmaq istəyirik.

Prezident İlham Əliyev: Bu məsələ ilə bağlı hər hansı bir köməyə ehtiyacınız olarsa, iqtisadiyyat naziri buradadır. Görüşdən sonra o, ehtiyatla bağlı problemin həll olunmasına necə yardımçı ola biləcəyimizi müəyyən etmək üçün hazır olacaq. Düşünürəm ki, bu, asandır. Sizin tərəfdaşınızla münasibətlərinizə biz müdaxilə edə bilmərik.

Uve Knotzer: Bu, başqa məsələdir.

Continue Reading

Previous: “Biz Avropa məkanına qaz ixracatımızı artırırıq” – Prezident
Next: Laçın-Xankəndi yolundakı aksiyanın 94-cü GÜNÜ

Bölmənin digər xəbərləri

Anar Quliyev: “Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır”
  • Cəmiyyət

Anar Quliyev: “Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır”

2 Fevral, 2026
Ombudsman: Hüquqlarını bilən gənclər Azərbaycanın güclü gələcəyinin əsas dayağıdır
  • Cəmiyyət

Ombudsman: Hüquqlarını bilən gənclər Azərbaycanın güclü gələcəyinin əsas dayağıdır

2 Fevral, 2026
Yanvar ayında 48 aptekdə yoxlama keçirilib, 7-də nöqsan aşkarlanıb
  • Dünya

Yanvar ayında 48 aptekdə yoxlama keçirilib, 7-də nöqsan aşkarlanıb

2 Fevral, 2026

Top 7 Xəbər

Anar Quliyev: “Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır” 1

Anar Quliyev: “Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır”

2 Fevral, 2026
Ombudsman: Hüquqlarını bilən gənclər Azərbaycanın güclü gələcəyinin əsas dayağıdır 2

Ombudsman: Hüquqlarını bilən gənclər Azərbaycanın güclü gələcəyinin əsas dayağıdır

2 Fevral, 2026
Nazir direktoru işdən çıxardı 3

Nazir direktoru işdən çıxardı

2 Fevral, 2026
Yanvar ayında 48 aptekdə yoxlama keçirilib, 7-də nöqsan aşkarlanıb 4

Yanvar ayında 48 aptekdə yoxlama keçirilib, 7-də nöqsan aşkarlanıb

2 Fevral, 2026
Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var 5

Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var

2 Fevral, 2026
Parlamentdə müzakirə ediləcək əsas məsələlər açıqlandı 6

Parlamentdə müzakirə ediləcək əsas məsələlər açıqlandı

2 Fevral, 2026
Azərbaycanda yaşa görə pensiya ARTIRILIR 7

Azərbaycanda yaşa görə pensiya ARTIRILIR

2 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 808)
  • Dünya (3. 163)
  • Gündəm (11. 012)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (457)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (332)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8808) Dünya (3163) Gündəm (11012) Kateqoriyasızlar (457) Kriminal (1323) Mədəniyyət (332) Siyasət (2931) Texnologiya (14) İdman (613) İqtisadiyyat (566)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Anar Quliyev: “Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır” 2 Fevral, 2026
  • Ombudsman: Hüquqlarını bilən gənclər Azərbaycanın güclü gələcəyinin əsas dayağıdır 2 Fevral, 2026
  • Nazir direktoru işdən çıxardı 2 Fevral, 2026
  • Yanvar ayında 48 aptekdə yoxlama keçirilib, 7-də nöqsan aşkarlanıb 2 Fevral, 2026
  • Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var 2 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.