Skip to content
8 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 400)
  • Dünya (3. 356)
  • Gündəm (11. 731)
  • İdman (650)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (493)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • İqtisadiyyat
  • İqtisadiyyat

Kartof və soğan kəskin BAHALAŞACAQ

Bu ilin sentyabrında tərəvəzlərdə ümumi qiymət artımı 42,2 faizə yüksəlib. Sentyabrda qiymət artımı avqustla müqayisədə daha böyük olub.
Cavidan 29 Oktyabr, 2021

Bu ilin sentyabrında tərəvəzlərdə ümumi qiymət artımı 42,2 faizə yüksəlib. Sentyabrda qiymət artımı avqustla müqayisədə daha böyük olub. İki ay əvvəl tərəvəzlərdə qiymət artımı 29,1 faiz idi.

Addim.az rəsmi məlumatlara istinadən bildirir ki, tərəvəzlərdə bahalaşma sürətinin güclənməsi may ayından müşahidə edilir. İllik bahalaşma apreldə 1,2 faiz olduğu halda, mayda 5,8 faizə, iyunda 13 faizə, iyulda 20,7 faizə çatıb.

Bəs, hansı tərəvəz məhsullarında qiymətlər daha çox artıb?

Bu ilin sentyabrında ötən ilin sentyabrı ilə müqayisədə istixanada yetişdirilən xiyar istisna olmaqla bütün tərəvəz məhsulları bahalaşıb.

Əsas tərəvəz məhsullarından daha çox bahalaşma ağ kələmdə qeydə alınıb. 2020-ci ilin sentyabrında bir kiloqramı orta hesabla 43 qəpiyə satılan ağ kələm bu ilin sentyabrında 81 qəpiyə alıcı tapıb. Ağ kələmin qiyməti 89 faizdən çox yüksəlib.

Açıq məkanda yetişdirilən xiyarın dəyəri 72 faiz artaraq 1,04 manata çatıb. Ötən ilin sentyabrında xiyarın bir kilosu 61 qəpiyə satılırdı.

Pomidorun dəyərində artım 67,4 faiz olub. Əsas tərəvəz məhsullarından olan pomidorun qiyməti bir il ərzində 86 qəpikdən 1,43 manata qədər artıb.
Digər əsas tərəvəz məhsullarından badımcanın qiyməti 81 qəpikdən 1,31 manata (62 faiz bahalaşma), göy lobyanın qiyməti 1,16 manatdan 2,32 manata (99,5 faiz), yerkökünün qiyməti 93 qəpikdən 1,21 manata (30,5 faiz), kartofun dəyəri 71 qəpikdən 80 qəpiyə (12,4 faiz), baş soğanın qiyməti 46 qəpikdən 57 qəpiyə (22,3 faiz) yüksəlib.

Tərəvəzlərin qiymətində oktyabr və dekabr aylarında da yüksək artım ola bilər. Çünki əsas tərəvəz məhsullarından kartof və baş soğanın qiymətində artım sürətinin son aylarda güclənmə ehtimalı böyükdür.

Continue Reading

Previous: Moldova qazla bağlı Azərbaycandan kömək istədi
Next: Azərbaycan nefti bahalaşdı

Bölmənin digər xəbərləri

Baş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı – Müraciət
  • Gündəm

Baş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı – Müraciət

6 May, 2026
Bu günün valyuta məzənnələri
  • Gündəm

Bu günün valyuta məzənnələri

6 May, 2026
Dünya bazarlarında neftin qiyməti açıqlanıb
  • İqtisadiyyat

Dünya bazarlarında neftin qiyməti açıqlanıb

2 May, 2026

Top 7 Xəbər

ABŞ-ın ötən gecə İran gəmisini atəşə tutması nəticəsində 1 dənizçi ölüb, daha 10-u yaralanıb 1

ABŞ-ın ötən gecə İran gəmisini atəşə tutması nəticəsində 1 dənizçi ölüb, daha 10-u yaralanıb

8 May, 2026
Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub 2

Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub

8 May, 2026
Rəsmi Tehran ABŞ-ın İran tankerlərinə hücumunu pisləyib 3

Rəsmi Tehran ABŞ-ın İran tankerlərinə hücumunu pisləyib

8 May, 2026
Etibar Məmmədovun villası qarət olundu 4

Etibar Məmmədovun villası qarət olundu

8 May, 2026
Azərbaycandan Rusiyaya etiraz: Bu, ciddi təxribatdır! 5

Azərbaycandan Rusiyaya etiraz: Bu, ciddi təxribatdır!

8 May, 2026
Azərbaycan Premyer Liqasında XXXI tur bu gün başlayır 6

Azərbaycan Premyer Liqasında XXXI tur bu gün başlayır

8 May, 2026
Bakının bəzi yollarında tıxac müşahidə olunur 7

Bakının bəzi yollarında tıxac müşahidə olunur

8 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 400)
  • Dünya (3. 356)
  • Gündəm (11. 731)
  • İdman (650)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (493)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9400) Dünya (3356) Gündəm (11731) Kateqoriyasızlar (493) Kriminal (1383) Mədəniyyət (348) Siyasət (2988) Texnologiya (14) İdman (650) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • ABŞ-ın ötən gecə İran gəmisini atəşə tutması nəticəsində 1 dənizçi ölüb, daha 10-u yaralanıb 8 May, 2026
  • Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub 8 May, 2026
  • Rəsmi Tehran ABŞ-ın İran tankerlərinə hücumunu pisləyib 8 May, 2026
  • Etibar Məmmədovun villası qarət olundu 8 May, 2026
  • Azərbaycandan Rusiyaya etiraz: Bu, ciddi təxribatdır! 8 May, 2026
© Addim.az | MoreNews by AF themes.