Həbsdən azad edilmiş Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev tibbi müayinədən keçmək üçün İspaniyaya gedib.
Addim.az “İnterfaks“a istinadən xəbər verir ki, Almazbek Atambayevin kiçik oğlu Kadırla Dubaya, oradan isə İspaniyaya getdiyi bildirilir.
“Keçmiş prezident fevralın 15-i səhər ölkəni tərk edib. Həbsdən azad olunan zaman o müalicə üçün xaricə getməyi, sonra geri qayıtmağı düşündüyünü açıqlayıb”, – KİV yazıb.