Skip to content
26 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 747)
  • Dünya (3. 145)
  • Gündəm (10. 936)
  • İdman (610)
  • İqtisadiyyat (561)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 317)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Sahibə Qafarova Misir Nümayəndələr Palatasının sədri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Nümayəndələr Palatasının sədri Hanafi Gibali
Cavidan 8 Fevral, 2023

Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Nümayəndələr Palatasının sədri Hanafi Gibali ilə görüşüb.

Addim.az  Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Azərbaycan parlament rəhbərinin Misirə səfərindən məmnunluğunu ifadə edən Nümayəndələr Palatasının sədri bu səfərin parlamentlərarası əlaqələrin inkişafına əhəmiyyətli dərəcədə təkan verəcəyinə inandığını bildirib. İki ölkə arasında diplomatik münasibətlərin 30 illik dövrünə diqqət yetirən Hanafi Gibali ötən dövr ərzində əldə olunmuş nailiyyətləri, əlaqələrin mövcud vəziyyətini yüksək qiymətləndirib. O, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin cari ilin yanvar ayında Azərbaycana işgüzar səfərinə, səfər çərçivəsində aparılmış danışıqlara və əldə olunmuş razılaşmalara toxunaraq, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Palata sədri təhsil, mədəniyyət, turizm və ticarət sahələrində əməkdaşlığın, işgüzar dairələr arasında təmasların artırılmasının əhəmiyyətinə toxunub.

İki ölkə parlamentləri arasında əlaqələrin yüksək səviyyədə olmasına diqqət çəkən Hanafi Gibali bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu deyib. Palata sədri bildirib ki, hər iki parlamentdəki dostluq qruplarının əməkdaşlığı bu baxımdan xüsusən faydalı olacaqdır.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyətinə toxunan Hanafi Gibali Azərbaycanın Parlament Şəbəkəsinin yaradılması təşəbbüsünü və bu çərçivədə gördüyü işləri yüksək qiymətləndirib. O, Misir parlamentinin özünü Parlament Şəbəkəsinin bir hissəsi kimi gördüyünü və Şəbəkə çərçivəsində işbirliyini daha da gücləndirməyə tam hazır olduğunu vurğulayıb.

Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, Azərbaycanla Misir arasında əlaqələrin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Onun sözlərinə görə, münasibətlərimizin inkişafında dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər və görüşlər vacib əhəmiyyətə malikdir. Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ilin mayında Misirə rəsmi səfəri, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin cari ilin 27-28 yanvar tarixlərində Azərbaycana işgüzar səfərləri Misir-Azərbaycan münasibətləri tarixində mühüm rola malikdir.

Bu gün ölkələrimiz arasında əlaqələrin bir çox sahələri əhatə etdiyini deyən spiker Sahibə Qafarova, həmçinin bildirib ki, Azərbaycanla Misirin beynəlxalq təşkilatlar, xüsusən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyəti, qarşılıqlı dəstəyi də məmnunluq doğurur.

Görüşdə spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, ölkələrimiz arasında olan münasibətlərdə parlamentlərin öz yeri var. Bu gün parlamentlərimiz arasında səmərəli əməkdaşlıq qurulub və bu əməkdaşlığı daha da dərinləşdirmək üçün yaxşı imkanlar mövcuddur. Parlament sədrlərinin və üzvlərinin qarşılıqlı səfərləri, görüşləri bu əməkdaşlığın inkişafına mühüm təkan verir. Onun sözlərinə görə, dostluq qrupları öz fəaliyyətləri ilə parlamentlərimiz arasında körpü rolunu oynayırlar.

Həmçinin qeyd olunub ki, parlamentlərimiz arasında beynəlxalq parlament təşkilatları – Parlamentlərarası İttifaq və İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı çərçivəsində də yaxşı əməkdaşlıq təcrübəsi var. Yeni yaranmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi də birgə səylərimizlə parlamentlərarası əməkdaşlığın səmərəli platformasına çevriləcək. Sahibə Qafarova qeyd edib ki, dostluq qruplarımızın qarşılıqlı səfərləri, müvafiq komitələrin təcrübə mübadiləsi, əməkdaşlığı ilə parlamentlərimiz arasında əlaqələri daha da gücləndirə bilərik.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə və öz ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yaranmış vəziyyət barədə məlumat verən Milli Məclisin sədri qeyd edib ki, hazırda ölkəmiz işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işləri aparır. Artıq keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına geri qaytarılmasına başlanıb. Təəssüf ki, həmin ərazilərdəki bütün şəhərlərimiz, kəndlərimiz, tarixi, mədəni, dini abidələrimiz yerlə yeksan edilib. 67 məsciddən 65-i tamamilə dağıdılıb. Bu da Ermənistanın islamofob mahiyyətinin göstəricisidir. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin təşəbbüskarı məhz Azərbaycan olmasına və 5 əsas prinsip əsasında sülh sazişinin imzalanmasını təklif etməsinə baxmayaraq, Ermənistan danışıqlarda destruktiv mövqe nümayiş etdirir və Üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozur.

Spiker Sahibə Qafarova deyib ki, Ermənistan sülhə maneə yaradan destruktiv davranışlarından çəkinməli və sülh sazişinin imzalanması üçün real addımlar atmalıdır. Bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasının yeganə yoludur.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Continue Reading

Previous: Türkiyə vətəndaşları Azərbaycana təxliyə olunacaq? – RƏSMİ
Next: Bu şəxslərə Azərbaycanda daimi yaşamaq icazəsi veriləcək

Bölmənin digər xəbərləri

Buzovnaya işığın verilməsi DAYANDIRILACAQ
  • Cəmiyyət

Buzovnaya işığın verilməsi DAYANDIRILACAQ

26 Yanvar, 2026
Kredit faizləri artır – VİDEO
  • Cəmiyyət

Kredit faizləri artır – VİDEO

26 Yanvar, 2026
Magistraturaya sənəd qəbulu başa çatır
  • Cəmiyyət

Magistraturaya sənəd qəbulu başa çatır

26 Yanvar, 2026

Top 7 Xəbər

Azərbaycanın ən çox məhsul alıb-satdığı ölkələr – SİYAHI 1

Azərbaycanın ən çox məhsul alıb-satdığı ölkələr – SİYAHI

26 Yanvar, 2026
Buzovnaya işığın verilməsi DAYANDIRILACAQ 2

Buzovnaya işığın verilməsi DAYANDIRILACAQ

26 Yanvar, 2026
Kredit faizləri artır – VİDEO 3

Kredit faizləri artır – VİDEO

26 Yanvar, 2026
Magistraturaya sənəd qəbulu başa çatır 4

Magistraturaya sənəd qəbulu başa çatır

26 Yanvar, 2026
Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB 5

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB

24 Yanvar, 2026
2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub 6

2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub

24 Yanvar, 2026
Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər 7

Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər

24 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 747)
  • Dünya (3. 145)
  • Gündəm (10. 936)
  • İdman (610)
  • İqtisadiyyat (561)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 317)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8747) Dünya (3145) Gündəm (10936) Kateqoriyasızlar (454) Kriminal (1317) Mədəniyyət (329) Siyasət (2927) Texnologiya (14) İdman (610) İqtisadiyyat (561)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycanın ən çox məhsul alıb-satdığı ölkələr – SİYAHI 26 Yanvar, 2026
  • Buzovnaya işığın verilməsi DAYANDIRILACAQ 26 Yanvar, 2026
  • Kredit faizləri artır – VİDEO 26 Yanvar, 2026
  • Magistraturaya sənəd qəbulu başa çatır 26 Yanvar, 2026
  • Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB 24 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.