Litvada rus mədəniyyətindən imtina etmək müzakirə edilir.
“LRT forumas” proqramının efirində Litvanın mədəniyyət nümayəndələri Ukraynanın mədəniyyət naziri Aleksandr Tkaçenkonun müharibə dövründə rus mədəniyyətini ictimai məkanda təbliğ etməkdən və istifadə etməkdən çəkinməyə çağıran müraciətini müzakirə ediblər.
Litvanın mədəniyyət naziri Simonas Kairis qeyd edib ki, Tkaçenko kitabları və ya musiqi əsərlərini məhv etməyi deyil, rus mədəniyyəti ilə bağlı şüurlu pauza etməyi təklif edir.
“O, sadə bir şey istəyir: müharibə zamanı Rusiya Ukrayna mədəniyyətini hədəfə aldığı zaman biz əvvəllər bizim üçün məqbul görünən əsərlərdən imtina etməliyik”, – Kairis deyib.