Skip to content
8 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 443)
  • Dünya (3. 042)
  • Gündəm (10. 561)
  • İdman (590)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Polad Həşimovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.Milli Qəhrəmanın dünyaya gəlməsindən 48 il ötür. P.Həşimov
Cavidan 2 Yanvar, 2023

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.

Milli Qəhrəmanın dünyaya gəlməsindən 48 il ötür.

P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.

General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Onun şəhid olması xəbərini ictimaiyyətə Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyevlə yanaşı dəfn olunub.

2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.

Xatırladaq ki, P.Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Altı il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb.

P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən hərbi əməliyyatlar zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. 2021-ci ildən Bakı şəhərinin küçələrindən biri Azərbaycanın Milli Qəhrəmanının adını daşıyır. Onun adı 2 il öncə təhsil aldığı Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbə verilib.

P.Həşimovun adı Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adının verildiyi yeni park salınıb.

P.Həşimovun iki oğul və bir qız övladı yadigar qalıb.

Continue Reading

Previous: Xankəndi-Laçın yolundakı aksiyanın 22-ci günü
Next: İranda Yeni il şənliyində qadınlarla içki içən futbolçular həbs edildi

Bölmənin digər xəbərləri

İran XİN rəhbəri ABŞ ilə fikir ayrılıqlarının əsas səbəbini açıqlayıb
  • Gündəm

İran XİN rəhbəri ABŞ ilə fikir ayrılıqlarının əsas səbəbini açıqlayıb

8 Dekabr, 2025
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • Cəmiyyət

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

8 Dekabr, 2025
Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ
  • Cəmiyyət

Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ

6 Dekabr, 2025

Top 7 Xəbər

İran XİN rəhbəri ABŞ ilə fikir ayrılıqlarının əsas səbəbini açıqlayıb 1

İran XİN rəhbəri ABŞ ilə fikir ayrılıqlarının əsas səbəbini açıqlayıb

8 Dekabr, 2025
Dünya çempionatı: Azərbaycanın iki boksçusu qələbə qazanıb 2

Dünya çempionatı: Azərbaycanın iki boksçusu qələbə qazanıb

8 Dekabr, 2025
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək 3

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

8 Dekabr, 2025
Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ 4

Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ

6 Dekabr, 2025
“Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU 5

“Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU

6 Dekabr, 2025
İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək 6

İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək

6 Dekabr, 2025
Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı 7

Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı

6 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 443)
  • Dünya (3. 042)
  • Gündəm (10. 561)
  • İdman (590)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8443) Dünya (3042) Gündəm (10561) Kateqoriyasızlar (435) Kriminal (1292) Mədəniyyət (321) Siyasət (2908) Texnologiya (14) İdman (590) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İran XİN rəhbəri ABŞ ilə fikir ayrılıqlarının əsas səbəbini açıqlayıb 8 Dekabr, 2025
  • Dünya çempionatı: Azərbaycanın iki boksçusu qələbə qazanıb 8 Dekabr, 2025
  • Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək 8 Dekabr, 2025
  • Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ 6 Dekabr, 2025
  • “Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU 6 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.