Skip to content
27 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 753)
  • Dünya (3. 148)
  • Gündəm (10. 949)
  • İdman (611)
  • İqtisadiyyat (562)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 928)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

İlham Əliyev xanımı və nəvələri ilə birlikdə Şabrana getdi – YENİLƏNİB (VİDEO)

Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şabran rayonunda “Şabran” İstirahət
Cavidan 29 Dekabr, 2022

Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şabran rayonunda “Şabran” İstirahət Kompleksinin açılışında iştirak ediblər.

Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri kompleksdə yaradılan şəraitlə tanış oldular.

Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına və birinci xanıma oteldə görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Şabran rayonunun Pirəbədil kəndində yerləşən kompleks paytaxt Bakıdan 147 kilometrlik məsafədədir. Kompleksin ərazisində 12,6 hektar sahədə inşa olunan otel müxtəlif kateqoriyalı 119 nömrədən, birmərtəbəli 10, ikimərtəbəli 20 kottecdən ibarətdir.

Kompleks Azərbaycanda Hindistanın qədim təbabət sistemi – Ayurveda ilə müalicə metodlarını tətbiq edən ilk istirahət mərkəzidir. Burada peşəkar Pançakarma (toksinlərdən azadolma) mütəxəssisləri tərəfindən Hindistan ənənələri əsasında xüsusi orijinal terapiya metodları təklif edilir.

“Ayurveda Spa” mərkəzində gözəllik salonu, 6 prosedur otağı, fin saunası, buxar otağı, istirahət zonası və qapalı hovuz vardır. Burada, həmçinin fitnes və yoqa ilə məşğul olmaq üçün hər bir şərait yaradılıb. Mərkəzdə şəfalı Pançakarma prosedurları, Pranayama seansları, yoqa və həyat tərzi üzrə təlimlər təşkil olunacaq.

Eyni zamanda, kompleksdə “Rübai”, “Ahəng”, “Ocaq” restoranları, “Misra Lobby Lounge”, “Badə Lounge Bar”, “Aura Cafe”, müxtəlif əyləncə və oyun otaqları fəaliyyət göstərəcək.

Oteldə işgüzar görüşlər, konfranslar və xüsusi tədbirlər üçün 180 nəfərlik “Bayatı” və “Şiraz” konfrans zalları yaradılıb. Həm də yaradıcılıq mərkəzi kimi xidmət göstərəcək kompleksdə bəstəkarlar, yazıçılar və rəssamlar üçün kotteclər də nəzərdə tutulub.

Qeyd edək ki, Şabran rayonu turizm marşrutları üzrə mühüm istiqamətlərdən biri olmaq potensialına malikdir. Odur ki, artan tələbata uyğun olaraq rayon ərazisində infrastrukturun formalaşdırılması əsas vəzifələrdən biridir. Prezident İlham Əliyevin istifadəyə verilən yeni istirahət kompleksi ilə tanış olması dövlətimizin bu məsələyə həssas münasibətini nümayiş etdirir.

Beləliklə, bu kompleksin istifadəyə verilməsi bölgələrdə turizm infrastrukturunun və xidmət səviyyəsinin yaxşılaşdırılması baxımından növbəti mühüm addımdır.

Continue Reading

Previous: Vasif Talıbovun prokuror qardaşı İŞDƏN ÇIXDI – FOTO
Next: Azərbaycanla 27 ölkə arasında 150 sənəd imzalanıb

Bölmənin digər xəbərləri

Azərbaycan nefti ucuzlaşıb
  • Gündəm

Azərbaycan nefti ucuzlaşıb

27 Yanvar, 2026
Nəsimi və Nərimanovun bəzi ərazilərində qaz olmayacaq
  • Gündəm

Nəsimi və Nərimanovun bəzi ərazilərində qaz olmayacaq

27 Yanvar, 2026
Məktəblərdə qış tətili başlayıb
  • Cəmiyyət

Məktəblərdə qış tətili başlayıb

27 Yanvar, 2026

Top 7 Xəbər

Azərbaycan nefti ucuzlaşıb 1

Azərbaycan nefti ucuzlaşıb

27 Yanvar, 2026
Nəsimi və Nərimanovun bəzi ərazilərində qaz olmayacaq 2

Nəsimi və Nərimanovun bəzi ərazilərində qaz olmayacaq

27 Yanvar, 2026
Məktəblərdə qış tətili başlayıb 3

Məktəblərdə qış tətili başlayıb

27 Yanvar, 2026
ABŞ-NATO ixtilafı – Ştatlar Avropadakı müttəfiqlərdən uzaqlaşır – ŞƏRH 4

ABŞ-NATO ixtilafı – Ştatlar Avropadakı müttəfiqlərdən uzaqlaşır – ŞƏRH

26 Yanvar, 2026
Sumqayıtda maşın təmiri sexi yanır 5

Sumqayıtda maşın təmiri sexi yanır

26 Yanvar, 2026
Prezident şəxsin rezidentliyi ilə əlaqədar dürüst olmayan məlumatlara görə cərimələri təsdiqləyib 6

Prezident şəxsin rezidentliyi ilə əlaqədar dürüst olmayan məlumatlara görə cərimələri təsdiqləyib

26 Yanvar, 2026
Zelenski Tixanovskaya ilə görüşdü – Foto 7

Zelenski Tixanovskaya ilə görüşdü – Foto

26 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 753)
  • Dünya (3. 148)
  • Gündəm (10. 949)
  • İdman (611)
  • İqtisadiyyat (562)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 928)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8753) Dünya (3148) Gündəm (10949) Kateqoriyasızlar (454) Kriminal (1319) Mədəniyyət (329) Siyasət (2928) Texnologiya (14) İdman (611) İqtisadiyyat (562)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycan nefti ucuzlaşıb 27 Yanvar, 2026
  • Nəsimi və Nərimanovun bəzi ərazilərində qaz olmayacaq 27 Yanvar, 2026
  • Məktəblərdə qış tətili başlayıb 27 Yanvar, 2026
  • ABŞ-NATO ixtilafı – Ştatlar Avropadakı müttəfiqlərdən uzaqlaşır – ŞƏRH 26 Yanvar, 2026
  • Sumqayıtda maşın təmiri sexi yanır 26 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.