Skip to content
17 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 088)
  • Dünya (3. 267)
  • Gündəm (11. 423)
  • İdman (637)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 353)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 967)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Sahibə Qafarova: “İlham Əliyev Azərbaycanın müzəffər rəhbəridir”

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 23 dekabr tarixli iclasındakı giriş nitqini Azərbaycan Prezidentinə ünvanladığı təbrikə həsr etdi.
Cavidan 23 Dekabr, 2022

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 23 dekabr tarixli iclasındakı giriş nitqini Azərbaycan Prezidentinə ünvanladığı təbrikə həsr etdi.

Xanım spiker qeyd etdi ki, sabah Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür: “Möhtərəm Prezident cənab İlham Əliyev Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyi möhtəşəm işlərlə xalqımızın dərin məhəbbətini və hörmətini qazanmışdır. Müasir dünyanın çox mürəkkəb bölgəsində yerləşən ölkəmizi layiqli şəkildə idarə etmək üçün dövlət başçısından siyasətə, iqtisadiyyata, hərb işinə, tarixə, mədəniyyətə, başqa sahələrə dərindən bələdlik tələb olunur. Bütün bu xüsusiyyətlərlə yanaşı, cənab İlham Əliyev Vətənə dərin məhəbbət, səmimilik, sadəlik, təvazökarlıq, insanların qayğılarına həssas münasibət kimi yüksək mənəvi keyfiyyətlərə də malikdir”.

 Spiker bildirdi ki, İlham Əliyev Azərbaycanın müzəffər rəhbəridir: “Onun siyasi-diplomatik və sərkərdəlik məharəti sayəsində 44 günlük Vətən müharibəsində Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunması ölkəmizin inkişaf tarixində yeni mərhələ açmış, Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini dəyişdirib. Ölkəmizin xoşbəxt gələcəyi bu gün cənab İlham Əliyevin əzmlə davam etdirdiyi quruculuq və inkişaf strategiyası ilə bağlıdır. Əminəm ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə Azərbaycan qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq, dünyanın sayılıb-seçilən dövlətləri sırasında öz yerini daha da möhkəmləndirəcək”.

Yekunda S.Qafarova bildirdi ki, doğum günü münasibəti ilə möhtərəm Prezidentimizə Milli Məclis adından təbrik məktubu ünvanlamağı təklif edir. Deputatlar alqışlarla razılıqlarını ifadə etdilər. “Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətində ona yeni böyük uğurlar arzulayaq” – spiker əlavə etdi.

Continue Reading

Previous: Rusiyalı aparıcıdan xain təklif: “Zelenski səfərdə olarkən KİYEVƏ HÜCUM EDİN!”
Next: Prezidentin xüsusi nümayəndəsi Naxçıvanda

Bölmənin digər xəbərləri

Milli Məclis “Yerin təki haqqında” qanuna dəyişiklikləri qəbul edib
  • Cəmiyyət

Milli Məclis “Yerin təki haqqında” qanuna dəyişiklikləri qəbul edib

17 Mart, 2026
Azərbaycanın ixrac etdiyi neft ucuzlaşıb, qaz isə bahalaşıb
  • Gündəm

Azərbaycanın ixrac etdiyi neft ucuzlaşıb, qaz isə bahalaşıb

17 Mart, 2026
Əbu-Dabidə raketin qalıqlarının düşməsi nəticəsində Pakistan vətəndaşı ölüb
  • Dünya

Əbu-Dabidə raketin qalıqlarının düşməsi nəticəsində Pakistan vətəndaşı ölüb

17 Mart, 2026

Top 7 Xəbər

Milli Məclis “Yerin təki haqqında” qanuna dəyişiklikləri qəbul edib 1

Milli Məclis “Yerin təki haqqında” qanuna dəyişiklikləri qəbul edib

17 Mart, 2026
Azərbaycanın ixrac etdiyi neft ucuzlaşıb, qaz isə bahalaşıb 2

Azərbaycanın ixrac etdiyi neft ucuzlaşıb, qaz isə bahalaşıb

17 Mart, 2026
Əbu-Dabidə raketin qalıqlarının düşməsi nəticəsində Pakistan vətəndaşı ölüb 3

Əbu-Dabidə raketin qalıqlarının düşməsi nəticəsində Pakistan vətəndaşı ölüb

17 Mart, 2026
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib 4

Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib

17 Mart, 2026
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçlarına start verilir 5

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçlarına start verilir

17 Mart, 2026
Ağstafada iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb 6

Ağstafada iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

17 Mart, 2026
ABŞ Prezidenti İranın Xarq adasının bombalanmasından danışıb: Sıradan çıxarılıb 7

ABŞ Prezidenti İranın Xarq adasının bombalanmasından danışıb: Sıradan çıxarılıb

16 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 088)
  • Dünya (3. 267)
  • Gündəm (11. 423)
  • İdman (637)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 353)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 967)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9088) Dünya (3267) Gündəm (11423) Kateqoriyasızlar (474) Kriminal (1353) Mədəniyyət (340) Siyasət (2967) Texnologiya (14) İdman (637) İqtisadiyyat (577)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Milli Məclis “Yerin təki haqqında” qanuna dəyişiklikləri qəbul edib 17 Mart, 2026
  • Azərbaycanın ixrac etdiyi neft ucuzlaşıb, qaz isə bahalaşıb 17 Mart, 2026
  • Əbu-Dabidə raketin qalıqlarının düşməsi nəticəsində Pakistan vətəndaşı ölüb 17 Mart, 2026
  • Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib 17 Mart, 2026
  • UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçlarına start verilir 17 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.